"Referans"ın baş həkimi 32 yaşlı laborant imiş
Digərləri 07 Noy 2025 23:24:00 70 0
Mediada və sosial şəbəkələrdə "Referans" klinikasında tibbi analiz nəticələrinin digər klinikaların nəticələri ilə üst-üstə düşməməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, əksər özəl xəstəxanalarda çalışan həkimlər öz pasiyentlərini məhz "Referans"a yönəldirlər.
Bu xəbəri də oxu: “Pajizni cesi” 2 aylıq həbs olundu
Son.az "Teleqraf"a istinadən xəbər verir ki, ötən il fəaliyyətə başlayan "Referans Naxçıvan" Tibb Mərkəzinin baş həkimi laborantdır. Söhbət 32 yaşlı Variz İsmayılovdan gedir.
"Referans"ın rəsmi saytında bu klinikada çalışan digər həkimlərin təhsil aldığı universitetlər göstərilsə də, Variz İsmayılovla bağlı məlumatlarda onun tibbi təhsilinə aid hər hansı məlumata rast gəlmək mümkün deyil. Belə olan halda laborantın ixtisaslı həkimlərə necə rəhbərlik etdiyi sual olaraq qalır.
Maraq üçün bildirək ki, laborant laboratoriyalarda elmi-texniki tədqiqat və analiz işləri aparan mütəxəssisdir. O, təcrübələr üçün lazımi preparat və avadanlıqları hazırlayır, nümunələri analiz edir, nəticələri qeyd edir və laboratoriya rəhbərinə kömək edir. Bu peşə tibb, kimya, biologiya, fizika və sənaye kimi müxtəlif sahələrdə tələb olunur.
Qeyd edək ki, səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş "Tibb müəssisəsinin rəhbərləri haqqında təlimat"da qeyd edilib ki, tibb müəssisəsinin rəhbəri vəzifəsinə ali tibb təhsili olan (baş direktor və direktor vəzifəsinə əlavə olaraq ali iqtisadi və ya ali hüquq) və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
"Referans Medical Group"un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir. Son.az
"WhatsApp" istifadəçilərin telefon nömrəsini açıqlamadan əlaq�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ana olub.
Ayaqda yaranan "şiş" adətən zərərsiz görünsə də, zamanla cid
Abşeronda kişi kirayə yaşadığı evdə ölü halda tapılıb.
Azərbaycan Milli İncəsənət Muzeyində "Zəfərin rəngləri" adl�
Aqrar Sığorta Fondunun Mərkəzi Aran filialına yeni rəhbər təyin edilib.
Rusiyalı onkoloq-ginekoloq Radmir Axmerov uşaqlıq endometriyası xərçən
Mərhum sənətkar Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova xalası
Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı "Ana
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Meyxanaçı Namiq Qaraçuxurlu illər əvvələ aid olan videosunu yayımlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham �
"Bu gün Zəfər Günü ilə bağlı tədbirdə idim. Xəbər mənə çatan
