"Mən ailəmlə çox xoşbəxtəm" Səidə Dadaşovadan xalasına
Şou-biznes 07 Noy 2025 21:47:00 71 0
Mərhum sənətkar Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova xalası, Xalq artisti Brilliant Dadaşovanın efirdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bu xəbəri də oxu: Qumral ilk dəfə canlı oxudu tənqid olundu
Bu barədə Lent.az-a müğənni özü məlumat verib: "Atam dünyasını dəyişəndən sonra elə bilirdim ki, arxamda heç kim qalmayıb. Amma bu gün sosial şəbəkələrdə gördüklərim mənə bunun əksini sübut etdi. Təşəkkür edirəm, Brilliant xanım (xalam) - mənə görə narahat oldunuz. Amma mən ailəmlə, həyat yoldaşım Maqa və övladım Rafael ilə çox xoşbəxtəm. Çox sağ olun".
Xatırladaq ki, Xalq artisti Brilliant Dadaşova Səidə Dadaşovanın ərinin zorakılığına məruz qaldığını bildirib. "Səidə o qədər düzgün, yaxşı qızdır ki... Səidə efirdə deyir ki, anam mənim evimə gəlmir, uşağımı görmək istəmir. Anası Səidəyə zəng vurub deyib ki, sənə bujiteriya almışam. Əri də zəng edərək, "Əgər bizə gəlsən sənin ayaqlarını qıraram", deyib. Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?
Məsələ əndazədən çıxdığına görə bunları açıqlayıram. Səidə indi ağlayır, gözyaşlarının səbəbi odur ki, ərim dediyi adam 2 ay əvvəl onun qabırğalarını sındırıb. Səidə də atasının 50 illik dostuna zəng edib ki, 102-yə zəng etdim, gəldi yenə məni döydü, məni bunun əlindən alan yoxdur. Səidə məcbur qalıb deyib ki, stuldan yıxılmışam.
Əgər Səidənin başından bir tük əskik olsa, səs yazıları əlimdədir, onu öyrədib televiziyaya çıxarıb, Dadaşovların adını hallandırsanız, mən hökumətimizə ərizə yazacağam", - Brilliant Dadaşova qeyd edib.
Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı "Ana
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Meyxanaçı Namiq Qaraçuxurlu illər əvvələ aid olan videosunu yayımlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham �
"Bu gün Zəfər Günü ilə bağlı tədbirdə idim. Xəbər mənə çatan
Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 7-də Azərbaycan Respublik
Rusiyalı həkim ən zərərli səhər yeməyini açıqlayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
Müğənni Cəmilə mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr - Zəfər Günü mü
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Zəfər Günün münasibə
