Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı Ailəsindən açıqlama
Digərləri 06 Noy 2025 10:50:00 74 0
"Oğlum Amin Elşən oğlu Əliyev Türkiyənin Eskişehir Osmangazi Universitetinin İqtisad fakültəsinin 4-cü kurs tələbəsidir. O, internet üzərindən pul dəyişdirmək istəyərkən dələduzların toruna düşüb və Antalyanın Döşəməaltı "L" Tipi Cəzaevində saxlanılır".
Bu xəbəri də oxu: Xırdalanda asma körpü tikiləcək? RƏSMİ
Bu şikayətlə "qafqazinfo"ya Amin Əliyevin atası Elşən Əliyev müraciət edib.
Onun sözlərinə görə, Türkiyədə təhsil alan oğlu günahsız yerə həbs edilib: "Oğlumun heç bir cinayət niyyəti olmayıb. O, sadəcə dələduzların qurbanı olub. Biz Azərbaycandan onların kartına manatla pul göndəririk. Oğlum da universitetin illiyini ödəmək üçün internet üzərindən həmişə pul dəyişdirir, manatı dollara, dolları da lirəyə çevirir. Türkiyədə bu, leqaldır və xüsusi tətbiq üzərindən həyata keçirilir. Həmin tətbiqin sahibi Pakize Öz adlı xanımın 650 000 lirəsi (26 260 AZN) ələ keçirilib. Pakize xanım da polisə şikayət edib. Oktyabrın 10-u oğlum da daxil olmaqla həmin tətbiq vasitəsilə pul dəyişdirən 8-9 nəfəri saxlayıblar".
Elşən Əliyev iddia edib ki, hadisədən sonra həmin xarici vətəndaş - Connatan adlı şəxs qaçıb: "Oğlumun əlində qəbzlər var, lakin həmin kağızlar, mobil telefon və bank kartları hamısı prokurorluqdadır. Pakize xanımı tapdım, onunla da danışdım. Dedi ki, oğlunuzu tanımıram, ondan şikayətçi də deyiləm. Ərizə yazdı, şikayətini geri götürdü, amma Amini buraxmırlar, deyirlər ki, araşdırma aparılır. Mənim uşağımın günahı olsa, heç məsələni ictimailəşdirmərəm, deyərəm ki, gedib cəzasını çəksin. Bütün qurumlarla əlaqə saxlamışam, lakin hələ səs-soraq yoxdur".
O bildirib ki, övladlarının hər ikisi Eskişehirdə təhsil alır: "Amin həmçinin Türkiyədəki Azərbaycanlılar Dərnəyinin fəal üzvü olub. O, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Vətən müharibəsi ilə bağlı bir sıra tədbirlərin təşkili və keçirilməsində könüllü şəkildə iştirak edib. Oğlumun bu fəaliyyəti onun həm vətəninə, həm də cəmiyyətə bağlılığını göstərir. Aminin imtahanları başlayır, prosesdə iştirak edə bilmir. Hazırda o, noyabr ayında keçiriləcək imtahanlara hazırlaşmalı idi. Onun həbsdə uzunmüddətli saxlanılması təhsil həyatının və gələcəyinin məhv olması ilə nəticələnə bilər. Heç olmasa oğlumu həbs etməsinlər, təhsilinə davam etsin".
Elşən Əliyev onu da qeyd edib ki, tələbə yoldaşları Aminin saxlanılmasına etiraz edərək, dəstək məqsədilə videomüraciət ediblər.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Bakıda 8 Noyabr prospektində, 38 saylı poliklinikanın qarşısında yol qəz
Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül "Qarabağ"ı p
Müğənni Üzeyir Mehdizadə üzünə gülüb, dalınca danışanlarla necə m�
Avtomobil həvəskarlarının maraqla izlədiyi MotorTrend "İlin Avtomobil
Küsülü olan müğənnilər Mətanət Əsədova və Manaf Ağayev birgə efir�
Çaya şirin qatmaq zərərsiz görünə bilər, amma uzun müddət istifadə ol
Avtomobil mütəxəssisləri ikinci əl bazarında uzunömürlüyü və dayanıq
Yeni aldığınız cins şalvarın bir neçə yuyulmadan sonra solub sərtləşm
Gecə tez-tez oyanıb tualetə getməyinizin səbəbini yaşlanma ilə əlaqəl
"İşte Benim Stilim" yarışması ilə tanınan və daha sonra cinsiy
Uşaqların immun sistemi və həzm orqanları hələ tam inkişaf etmədiyi ü�
Pendirin dadını və keyfiyyətini uzun müddət qorumaq üçün onu düzgün �
"Təzyiqin yüksəlməsi halında ilk növbədə, onu artıran amillər ara
Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda yerləşən daş karxanasında �
