“Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”


Şou-biznes 06 Noy 2025 08:41:00 63 0

“Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”

Müğənni Üzeyir Mehdizadə üzünə gülüb, dalınca danışanlarla necə mübarizə apardığını açıqlayıb.

Son.az xəbər verir ki, "Günə uğurla" verilişində qonaq olan ifaçı bunları deyib:

"Əksəriyyətini bu düşüncə ilə ötüşdürürəm ki, hər bir kəs səhv edə bilər. Mən ümumiyyətlə demirəm ki, haqqımda düşünənlər səhv edir. Çünki hər kəsin öz fikri, öz baxışı var. Mahnılarım haqqında da kimsə mənfi fikirdə ola bilər. Əgər kimsə bilmədən arxamızca danışır, haqqımıza girirsə, düşünürəm və ümid edirəm ki, nə vaxtsa doğru yolu tapar. Buna görə də onların arxasınca çox düşmürəm. Elə bilirəm ki, mən hansısa məsələdə səhv etmişəmsə, onlar da bu məsələdə səhv edirlər.

Allah bizə buyurub ki, səbrli olaq. Mən də səbrin niyə bu qədər tövsiyə olunduğunu araşdırmışam. Səbr etməyən insan özündən çıxır, idarəetməni itirir. Bu halda insan gülünc və ya acınacaqlı vəziyyətə düşə bilər. Amma normal halda bu baş verməz. Səbrim var, amma bunu asan sanmasınlar. Həyatda güclü olmağa çalışırıq. Bu gün səhnədəyik, sabah isə məhlədə ola bilərik. Həyat təkcə çalıb-oxumaqdan ibarət deyil".

Üzeyir qarşısına qoyduğu hədəfə çatana qədər xeyli travma aldığını bildirib:

"Mən qarşıma qoyduğum məqsədə çatanda artıq travmalar almışdım. Acı da olsa, etiraf edəcəyəm. Bu, bizim keçmiş televiziya proqramlarından başlayır. O vaxt məni aldadıb efirə çağırırdılar. 19-20 yaşım var idi, özümü böyük hesab edirdim. İndi başa düşürəm ki, çox gənc olmuşam. Onlar da bundan istifadə edirdilər. Yolda məni görən yaşlı adamlar deyirdilər ki, "elə verilişlərə çıxma, nə məcburdur axı?". Amma başa sala bilmirdim ki, telefonda dəvət edəndə başqa cür danışırlar. Yaşım az idi, saf idim, düşünürdüm ki, bu boyda kişi, xanım məni aldatmaz. Sonra gördüm ki, aldatmağa meyilli insanlar da az deyil.

Belə bir hal var: yeni bir iş yoldaşı gələndə insanların 90 faizi onda mənfi bir şey axtarmağa çalışır. Lap sənət adamı gələndə də deyirlər ki, "bu haradan çıxdı?" Amma düşünürəm ki, biz həyatda gülə-gülə qarşıladığımız nə varsa, onları ağlaya-ağlaya yola salırıq. Bunu rişxənd mənasında yox, hər bir mənada deyirəm.

Seçim edərkən və bir insana yanaşanda ilkin mərhələdə onun mənfi tərəflərini axtarmayaq. Əgər bu yanaşmaya nəzarət etsək, heç kim travma almaz və münasibətlər daha sağlam olar". (Axşam.az) Son.az  

İlin avtomobili açıqlandı: BMW, Porsche və Mercedes deyil like
  • 06 Noy 08:23  
Digərləri İlin avtomobili açıqlandı: BMW, Porsche və Mercedes deyil

Avtomobil həvəskarlarının maraqla izlədiyi MotorTrend "İlin Avtomobil

arrow Ətraflı
“Məndən ötrü darıxırdı, ürəyi partlayırdı” like
  • 06 Noy 08:08  
Şou-biznes “Məndən ötrü darıxırdı, ürəyi partlayırdı”

Küsülü olan müğənnilər Mətanət Əsədova və Manaf Ağayev birgə efir�

arrow Ətraflı
Çayı şirin edənlərin nəzərinə  bu xəstəliyə səbəb olurmuş like
  • 06 Noy 07:35  
Digərləri Çayı şirin edənlərin nəzərinə bu xəstəliyə səbəb olurmuş

Çaya şirin qatmaq zərərsiz görünə bilər, amma uzun müddət istifadə ol

arrow Ətraflı
Uzun illər problemsiz işləyən ən etibarlı ikinci əl avtomobillər açıqlandı like
  • 06 Noy 07:07  
Digərləri Uzun illər problemsiz işləyən ən etibarlı ikinci əl avtomobillər açıqlandı

Avtomobil mütəxəssisləri ikinci əl bazarında uzunömürlüyü və dayanıq

arrow Ətraflı
Cins şalvarınızı yuymazdan əvvəl bunu edin – illərlə yeni kimi qalsın! like
  • 06 Noy 06:36  
Digərləri Cins şalvarınızı yuymazdan əvvəl bunu edin – illərlə yeni kimi qalsın!

Yeni aldığınız cins şalvarın bir neçə yuyulmadan sonra solub sərtləşm

arrow Ətraflı
Gecə tualetə qalxmağın arxasında bu səbəb dayanır  Həkimdən maraqlı açıqlama like
  • 06 Noy 06:06  
Digərləri Gecə tualetə qalxmağın arxasında bu səbəb dayanır Həkimdən maraqlı açıqlama

Gecə tez-tez oyanıb tualetə getməyinizin səbəbini yaşlanma ilə əlaqəl

arrow Ətraflı
Cinsiyyət dəyişdirmişdi, sevgilisi ilə paylaşımı diqqət çəkdi like
  • 06 Noy 05:05  
Şou-biznes Cinsiyyət dəyişdirmişdi, sevgilisi ilə paylaşımı diqqət çəkdi

"İşte Benim Stilim" yarışması ilə tanınan və daha sonra cinsiy

arrow Ətraflı
Bu 5 qidanı uşaqlara vermək olmaz! like
  • 06 Noy 04:04  
Digərləri Bu 5 qidanı uşaqlara vermək olmaz!

Uşaqların immun sistemi və həzm orqanları hələ tam inkişaf etmədiyi ü�

arrow Ətraflı
Pendiri düzgün saxlama üsulu  Kifin qarşısını alın like
  • 06 Noy 03:03  
Digərləri Pendiri düzgün saxlama üsulu Kifin qarşısını alın

Pendirin dadını və keyfiyyətini uzun müddət qorumaq üçün onu düzgün �

arrow Ətraflı
"Təzyiqiniz qalxıbsa, oturun, oturmusunuzsa, uzanın" like
  • 06 Noy 02:02  
Digərləri "Təzyiqiniz qalxıbsa, oturun, oturmusunuzsa, uzanın"

"Təzyiqin yüksəlməsi halında ilk növbədə, onu artıran amillər ara

arrow Ətraflı
Türkiyədə karxana çöküb  Ölən var like
  • 06 Noy 01:18  
Digərləri Türkiyədə karxana çöküb Ölən var

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda yerləşən daş karxanasında �

arrow Ətraflı
Şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlandı like
  • 06 Noy 01:08  
Digərləri Şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlandı

Paytaxtdakı şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlan�

arrow Ətraflı
Müsəlman namizədin qələbəsindən sonra, Trampdan tarixi etiraf like
  • 06 Noy 01:05  
Digərləri Müsəlman namizədin qələbəsindən sonra, Trampdan tarixi etiraf

ABŞ Prezidenti Donald Tramp Nyu-York bələdiyyə sədri seçkilərində qalib

arrow Ətraflı
Süni intellekt eqoistləşir: “Yoluxucu tendensiya yaranıb” like
  • 06 Noy 01:01  
Digərləri Süni intellekt eqoistləşir: “Yoluxucu tendensiya yaranıb”

ABŞ-nin Karnegi Mellon Universitetində aparılan yeni araşdırma göstərib

arrow Ətraflı