31 hindistanlını Sabunçuda saxlayan pakistanlı tutuldu


Kriminal 05 Noy 2025 19:42:00 70 0

31 hindistanlını Sabunçuda saxlayan pakistanlı tutuldu

Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı həbs edilib.

Son.az-ın məlumatına görə, 1978-ci ildə Pakistanın Haripur şəhərində anadan olmuş İrşad Muhammadin barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, İrşad Muhammad azərbaycanlı qızla ailə həyatı quraraq Bakıda yaşayıb və işləyib. O, Hindistanın "SURJİT" adlı turizm şirkətinin müdiri Surjit Sinq ilə Bakıda tanış olub. Daha sonra tərəflər razılığa gələrək işbirliyinə başlayıblar. Razılaşmaya əsasən, Surjit hər bir Hindistan vətəndaşından 1000 ABŞ dolları almaqla onları Bakıya işləməyə göndərəcək, Bakıda isə həmin şəxslər Beynəlxalq Dəniz Limanında aylıq 800 dollar maaşla işlə təmin ediləcək.

31 hindistanlı Bakıya gəldikdən sonra İrşad Muhammadin Sabunçu rayonunda kirayələdiyi evdə bir aydan artıq qalıblar. Təqsirləndirilən şəxs onların hər birindən əlavə olaraq 2500 dollar alıb. Sabunçuda gizli yaşayan hindistanlılar ərazidəki sakinlərin şikayəti əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar ediliblər.

Məhkəmədə İrşad Muhammad elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Hindistan və Pakistan arasında gərgin münasibətlərə istinad edərək, hindistanlıların ondan qisas almaq məqsədilə istintaqa yalan ifadələr verdiklərini iddia edib.

Aparılan araşdırma nəticəsində İrşad Muhammadın həqiqətən də Surjit Sinq ilə cinayət əlaqəsinə girərək, 31 Hindistan vətəndaşının ölkədə qalma müddəti bitdikdən sonra onların qanunsuz şəkildə Azərbaycanda qalmasını təmin etdiyi və təkrarən qanunsuz miqrasiyanı təşkil etdiyi sübuta yetirilib.

Məhkəmənin hökmü ilə İrşad Muhammad 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. (qaynarinfo)

Məhəmməd Şahbaz Şərif İlham Əliyevi təbrik edib like
  • 05 Noy 19:32  
Siyasət Məhəmməd Şahbaz Şərif İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Zəfə

arrow Ətraflı
Hoteldə ölü tapılan vəkil bir neçə gün öncə ata olubmuş like
  • 05 Noy 19:28  
Digərləri Hoteldə ölü tapılan vəkil bir neçə gün öncə ata olubmuş

Xəbər verdiyimiz kimi, Yevlaxda hotellərin birində qalan Bakı sakini 1988-c

arrow Ətraflı
Uşaqlarınızda bu əlamətlər varsa, həkimə aparın  Yoxsa kar qala bilər like
  • 05 Noy 19:12  
Digərləri Uşaqlarınızda bu əlamətlər varsa, həkimə aparın Yoxsa kar qala bilər

"Uşaq adını eşitmədikdə reaksiya vermirsə, televizoru daha uca səs�

arrow Ətraflı
Ağ şəhərdə ictimai asayişi pozanlar məsuliyyətə cəlb edildilər like
  • 05 Noy 18:58  
Digərləri Ağ şəhərdə ictimai asayişi pozanlar məsuliyyətə cəlb edildilər

Paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində ictimai asayişin qorunması

arrow Ətraflı
Sumqayıtda dəmir yolundan rels oğurlayanlar saxlanıldı like
  • 05 Noy 18:56  
Kriminal Sumqayıtda dəmir yolundan rels oğurlayanlar saxlanıldı

Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxlayıb.

arrow Ətraflı
Leyla və Arzu Əliyevalar arıçılıq məhsullarının sərgisatış yarmarkasını ziyarət ediblər like
  • 05 Noy 18:43  
Digərləri Leyla və Arzu Əliyevalar arıçılıq məhsullarının sərgisatış yarmarkasını ziyarət ediblər

Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi

arrow Ətraflı
Evini kirayə verənlər üçün yeni qaydalar  Qiymətlər artacaq?  AÇIQLAMA like
  • 05 Noy 18:39  
Digərləri Evini kirayə verənlər üçün yeni qaydalar Qiymətlər artacaq? AÇIQLAMA

Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət bü

arrow Ətraflı
Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanıldı like
  • 05 Noy 18:24  
Digərləri Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanıldı

Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qa

arrow Ətraflı
“10 ildən çoxdur ki, əziyyət çəkirəm...”  Rasim Balayev xəstəliyindən danışdı like
  • 05 Noy 18:23  
Şou-biznes “10 ildən çoxdur ki, əziyyət çəkirəm...” Rasim Balayev xəstəliyindən danışdı

"10 ildən çoxdur ki, ayağımda əzələ boşalması yaranıb. Bu da mən

arrow Ətraflı
Onun adı təsdiqlənmiş plastik cərrahların siyahısında yoxdur like
  • 05 Noy 18:18  
Digərləri Onun adı təsdiqlənmiş plastik cərrahların siyahısında yoxdur

Qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmm

arrow Ətraflı
Türkiyədə qəssab dükanında ATIŞMA: iki nəfər öldü like
  • 05 Noy 18:11  
Digərləri Türkiyədə qəssab dükanında ATIŞMA: iki nəfər öldü

Türkiyənin Diyarbəkir şəhərindəki qəssab dükanında silahlı insident b

arrow Ətraflı
Prezident onları təltif etdi like
  • 05 Noy 18:04  
Siyasət Prezident onları təltif etdi

Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslər təltif edilib.

arrow Ətraflı
Bakıda məşhur binaları tikən şirkətin 10 mln. manat vergi borcu üzə çıxıb like
  • 05 Noy 18:01  
Digərləri Bakıda məşhur binaları tikən şirkətin 10 mln. manat vergi borcu üzə çıxıb

"Şahinlər" MMC-nin yüksək məbləğdə vergi borcu olduğu üzə �

arrow Ətraflı
Meteohəssas insanlar üçün sabahın PROQNOZU like
  • 05 Noy 17:59  
Digərləri Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Noyabrın 6-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
İki vəkil yeni vəzifəyə təyin olundu like
  • 05 Noy 17:54  
Digərləri İki vəkil yeni vəzifəyə təyin olundu

Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarının tərkib

arrow Ətraflı