Məhəmməd Şahbaz Şərif İlham Əliyevi təbrik edib
Siyasət 05 Noy 2025 19:32:00 77 0
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Zəfər Günün münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Ramil Usubov Rusiyaya səfər etdi
Son.az xəbər verir ki, təbrik məktubunda qeyd olunub:
"Zati-aliləri.
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin beşinci ildönümü münasibətilə Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Bu tarixi gün Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi cəsarətin, birliyin və sarsılmaz qətiyyətin parlaq təcəssümüdür. Bu qətiyyətli Qələbə nəticəsində sevimli Şuşa şəhəri də daxil olmaqla Azərbaycanın əzəli torpaqları azad edilib.
Bu əlamətdar hadisə, həmçinin Ermənistanla tarixi razılaşmanın əldə edilməsini, bununla da Qafqaz regionunun davamlı sülh və yeni iqtisadi imkanlar dövrünə qədəm qoymasında Zati-alinizin dövlət xadimi kimi müstəsna xidmətlərini və uzaqgörən liderliyini yüksək qiymətləndirmək üçün yaxşı fürsətdir.
Zati-aliləri, 2025-ci il noyabrın 8-də Bakıda Zəfər Günü ilə bağlı tədbirlərdə Sizinlə birlikdə iştirak etməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, səfərim xüsusilə də 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü zamanı əldə olunan mühüm razılıq çərçivəsində qarşılıqlı faydalı gündəliyimizi inkişaf etdirmək üçün gözəl fürsət yaradacaqdır.
Ən qısa zamanda Zati-alinizə münasib vaxtda Pakistana səfərinizi səbirsizliklə gözləyirik. Bu baxımdan, məmnunluqla bildirirəm ki, heyətlərimiz həmin səfər zamanı bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi şəkildə başladılması üçün bəzi məsələləri yekunlaşdırmaq istiqamətində səylə çalışırlar.
Bu xoş fürsətdən istifadə edərək, Pakistanın qardaş xalqlarımızın rifahı naminə əlaqələrimizi çoxşaxəli, qarşılıqlı faydalı strateji və iqtisadi tərəfdaşlıq səviyyəsinə yüksəltmək əzmində olduğunu bir daha vurğulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". Son.az
Xəbər verdiyimiz kimi, Yevlaxda hotellərin birində qalan Bakı sakini 1988-c
"Uşaq adını eşitmədikdə reaksiya vermirsə, televizoru daha uca səs�
Paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində ictimai asayişin qorunması
Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxlayıb.
Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət bü
Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qa
"10 ildən çoxdur ki, ayağımda əzələ boşalması yaranıb. Bu da mən
Qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmm
Türkiyənin Diyarbəkir şəhərindəki qəssab dükanında silahlı insident b
Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslər təltif edilib.
"Şahinlər" MMC-nin yüksək məbləğdə vergi borcu olduğu üzə �
Noyabrın 6-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarının tərkib
Meksikada prezident Klaudiya Şeynbaumun küçədə qarşılaşdığı hadisə �
