Qriqoryan Azərbaycana təşəkkür etdi FOTO
Siyasət 05 Noy 2025 11:44:00 58 0
Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçməsində rəsmi Bakının göstərdiyi səyləri yüksək qiymətləndirib və təşəkkür edib.
Bu xəbəri də oxu: Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib
Son.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
O qeyd edib ki, yaxın zamanda qatar Ermənistana çatacaq.
"Hazırda qatar Gürcüstan ərazisinə daxil olur və tezliklə Ermənistana çatacaq. Bu fürsətdən istifadə edərək, azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işi yüksək qiymətləndirdiyimi qeyd etmək istərdim. Bu hadisə qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün böyük əhəmiyyət kəsb edir", - M.Qriqoryan bildirib.
Qeyd edək ki, Ermənistana yük daşınmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasından sonra ümumi çəkisi 1048,8 ton olan 15 vaqon buğda daşıyan qatar Rusiyadan Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana yola düşüb.
Fidan Son.az
"Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 m
ABŞ-da 19 ildir uşaq sahibi ola bilməyən cütlük Kolumbiya Universitetinin
Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər e
Sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşlar
Dövlət Vergi Xidmətinin saytında problem yaranıb.
İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb K
Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0 milyo
Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Dö
Bakıda, Suraxanı rayonunda ağır yol qəzası baş verib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu no
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik �
Türkiyəli sənətçi Muazzez Abacının səhhəti pisləşib.
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinə daxil olan Surqut şəhərində dəh�
