“Yaşa görə orta aylıq pensiya 629 manat olacaq”
Digərləri 05 Noy 2025 11:40:00 84 0
"Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 manat olacağı proqnozlaşdırılır".
Bu xəbəri də oxu: Həkim əməliyyat zamanı 60 yaşlı kişinin bağırsağını kəsib?
Son.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.
"Gələn il yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəldilməsi proqnozlaşdırılır", - komitə sədri bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əlavə edib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub:
"Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdirilməsi ilə bağlı xərclərin payına düşür.
Qeyd edək ki, proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatdırılması proqnozlaşdırılır".
Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər e
Sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşlar
Dövlət Vergi Xidmətinin saytında problem yaranıb.
İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb K
Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0 milyo
Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Dö
Bakıda, Suraxanı rayonunda ağır yol qəzası baş verib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu no
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik �
Türkiyəli sənətçi Muazzez Abacının səhhəti pisləşib.
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinə daxil olan Surqut şəhərində dəh�
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinay�
Bir həftə əvvəl hökumət nümayəndələri Sədərəkdəki "Naxçıvan
