“Rəqəmsal kitabxana xidmətləri” mövzusunda təlim təşkil olunub FOTO
Digərləri 29 Okt 2025 16:56:00 94 0
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən "Mədəniyyət rüzgarı" layihəsi çərçivəsində Bərdə rayon Mədəniyyət Mərkəzində "Rəqəmsal kitabxana xidmətləri" mövzusunda təlim keçirilib.
Bu xəbəri də oxu: Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilər
Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı ilə keçirilən təlimin məqsədi kitabxanaların xidmət sektorunda müasir metodların tətbiqinin sürətləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və oxucularla işin düzgün qurulmasıdır.
Bərdə və ətraf rayonlardan kitabxana əməkdaşlarının iştirak etdiyi təlim Azərbaycan Milli Kitabxanası Elektron kitabxana şöbəsinin baş kitabxanaçısı Vüsalə Şükürova tərəfindən aparılıb.
Əvvəlcə çıxış edən Qarabağ Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Əhliyyət Əliyev və MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova rəqəmsallaşmanın müasir kitabxanalar üçün əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu sahədə tətbiq edilən müasir yanaşmalar oxuculara sürətli xidmət göstərilməsi, həmçinin kitabxana resurslarının daha geniş istifadəsinə şərait yaradır. Təlim zamanı Vüsalə Şükürova Milli Kitabxanada xidmət sahəsində tətbiq olunan yeniliklərdən söz açıb. O, rəqəmsal sistemin üstünlüklərindən danışıb, kitabxanaçıların suallarını cavablandırıb. İnteraktiv formatda gerçəkləşən təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Aston Martin 2025-ci ilin
Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin
Hindistanın Maharashtra ştatının Lonavala bölgəsində yerləşən bir şə
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib.
Bu gün "Bolmart" mağazalar şəbəkəsinin icraçı direktoru Ramil
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya ç
Hindistana səfər edən Moskva sakini həyatını itirib.
Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən
ABŞ sakini, 70 yaşlı Elis Conson boşandıqdan sonra həyatında yeni səhif�
Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi
Müxtəlif KİV-lərdə keçmiş "Sovetski" adlanan ərazidə tarixi b
Şəmkirin Kür qəsəbəsi 1975-ci ildə salınıb. Həmin vaxt Şəmkir Su Ele
Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəşt
Tanınmış meyxanaçı Rüfət Nasosnu sosial mediada yayılan yeni görüntül
Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən gö
