İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu FOTO


Digərləri 29 Okt 2025 15:44:00 96 0

İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu  FOTO

Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Jurnalist Qadınlar Assosiasiyası "Qərbi Azərbaycan: reallıqlar, perspektivlər" adlı layihə çərçivəsində işləri uğurla həyata keçirir. 

Bu xəbəri də oxu: Azərbaycanda zəlzələ oldu

Layihədə nəzərdə tutulduğu kimi JQA-nın bir qrup əməkdaşı Türkiyənin İstanbul şəhərində səfərdə olub. Assosiasiyasının təşkilatçılığı ilə İstanulda fəaliyyət göstərən "İstanbul Azərbaycan Kültür evində"  "Qərbi Azərbaycan: gələcəyə baxış" adlı  dəyirmi masa keçirilib. Dəyirmi masada əslən Qərbi Azərbaycandan olan soydaşlarımız iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan "İstanbul Azərbaycan Kültür Evi"nin rəhbəri  Hikmət Elp Azərbaycandan gələn qonaqları salamlayaraq Qərbi Azərbaycanın tarixi barədə danışıb. Sonra JQA-nın rəhbəri  Sevil Yusifova layihənin məqsəd və məramından geniş söhbət açıb. O,  çıxışında tədbirin mövzusunun aktuallığına və əhəmiyyətinə toxunub. Layihənin  rəhbəri S.Yusifova bildirib ki, keçən əsrdə indiki Ermənistan dövləti tərfindən Qərbi Azərbaycanda yaşayan soydaşlarımız deportasiyaya, soyqırıma məruz qalıblar: "Ermənilər hər fürsətdə millətimizə məxsus tarixi abidələri yer üzündən silib təmizləməyə çalışıblar. Əcdadlarımızın əsrlər boyu qurub yaratdığı abidələr, mədəni-mənəvi dəyərərimiz də erməni vandalizminin qurbanı olub. Ermənilərin tək istəyi o olub ki, gəldikləri Azərbaycan torpaqlarında bizim millətə məxsus izləri silsinlər və qondarma tarix yaratsınlar. Təəssüf ki, ermənilər havadarlarının dəstəyi ilə bir çox məsələlərdə öz istəklərinə nail ola biliblər. Bizim tarixi abidələrimiz ya erməniləşdirilib ya da tamamilə məhv edilib" - deyə S.Yusifova çıxışında qeyd edib. 

Xanım Yusifova layihənin davamlı olmasının və Türkiyədə yaşayan Ermənistan ərazisindən deportasiya edilmiş soydaşlarımızın  təşkilatlanmasının vacibliyini də vurgulayıb. 

Dəyirmi masada çıxış edənlər mövzunun aktuallığından danışıblar. Əslən İrəvandan olan dinləyicilər bildiriblər  ki, ən son 1988-ci ildə yarım milyona yaxın Azərbaycan türkünün zorla öz yurdundan çıxarılmasına nail olan ermənilər bizim soydaşlarımızın mal və mülklərini də ələ keçirərək özününküləşdiriblər. Yüzlərlə qadın, uşaq öldürülüb. 

Natiqlər Ermənistanın illər boyu törətdiyi zorakılıq siyasəti, millətimizin başına gələn hadisələrin dünya ictimaiyyətinə çatdırlmasının vacibliyini söyləyiblər. Qeyd olunub ki, azərbaycanlıların  öz yurduna, Vətəninə dönməsi üçün təminat verilməsi tələbi irəli sürülməlidir. Beynəlxalq aləmin diqqətini hüquqları pozulmuş soydaşlarımızın haqlı tələblərinə yönəltməli olduğumuz səsləndirilib. Həmçinin mədəni irsimizin qorunması və bu irsin yenidən canlandırılması yolları müzakirə olunub.

Sonda qərara alındı ki, Türkiyədə yaşayan indiki Ermənistandan zorla çıxarılmış, İrəvandan gəlmiş ikinci, üçüncü nəsil ailələrin övladları öz əcdadlarının mədəniyyətini qoruyub saxlamaq üçün Qərbi Azərbaycan məsələsini gündəmdə saxlamağa çalışsınlar. Qərbi Azərbaycanın tarixini özündə əks etdirən faktların toplanması və əldə edilən sənədlər, məlumatların xarici dillərə tərcümə olunması kimi fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılıb. 

Türkiyədə nəşr olunan kitabların Azərbaycanda tanıdılması, bilgi mübadiləsinin təşkil edilməsi, elmi araşdırmaların aparılması qarşıya qoyulan hədəfə varmağımızda təsirli rol oynayacağına ümid edildiyi bildirildi. 

Layihə rəhbəri Qərbi Azərbaycan məsələsini bütün dünyada duyurmaq,  yaşanmış faciələrimizi dünya ictimaiyyətinə çatdırmaq və bu yöndə bir mərkəzdən idarə olunmanın ümumi işimizə xeyir gətirəcəyini dedi. O,  gənclərin milli mücadiləmizdə fəal olmasını arzuladığını dilə gətirdi.


Xəbərə aid video

“Sovetski”dəki tarixi bina sökülür?  RƏSMİ AÇIQLAMA like
  • 29 Okt 15:22  
Digərləri “Sovetski”dəki tarixi bina sökülür? RƏSMİ AÇIQLAMA

Müxtəlif KİV-lərdə keçmiş "Sovetski" adlanan ərazidə tarixi b

arrow Ətraflı
Şəmkirin Kür qəsəbəsi 50 ildir dəyişməz qalıb like
  • 29 Okt 15:16  
Digərləri Şəmkirin Kür qəsəbəsi 50 ildir dəyişməz qalıb

Şəmkirin Kür qəsəbəsi 1975-ci ildə salınıb. Həmin vaxt Şəmkir Su Ele

arrow Ətraflı
Aylığı 236477 manat olan güzəştli mənzilləri necə almaq olar?  İZAH like
  • 29 Okt 14:45  
Digərləri Aylığı 236477 manat olan güzəştli mənzilləri necə almaq olar? İZAH

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəşt

arrow Ətraflı
Övladı olmayan meyxanaçının azyaşlı uşağa baxışları gündəm oldu like
  • 29 Okt 14:42  
Şou-biznes Övladı olmayan meyxanaçının azyaşlı uşağa baxışları gündəm oldu

Tanınmış meyxanaçı Rüfət Nasosnu sosial mediada yayılan yeni görüntül

arrow Ətraflı
“WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb  XƏBƏRDARLIQ like
  • 29 Okt 14:27  
Digərləri “WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb XƏBƏRDARLIQ

Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən gö

arrow Ətraflı
Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq like
  • 29 Okt 14:25  
Digərləri Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması i

arrow Ətraflı
Bakıda kişi həyat yoldaşını parkda qətlə yetirib  MƏHKƏMƏ like
  • 29 Okt 14:17  
Digərləri Bakıda kişi həyat yoldaşını parkda qətlə yetirib MƏHKƏMƏ

Bakıda həyat yoldaşını parkda bıçaqlayaraq qətlə yetirməkdə təqsirl�

arrow Ətraflı
"Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm"  Elton Məmmədov like
  • 29 Okt 14:13  
Digərləri "Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm" Elton Məmmədov

AMEA-da 2020-2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı apar

arrow Ətraflı
17 yaşlı gəlin toyda bu səbəbdən ölübmüş  TƏBİBdən açıqlama like
  • 29 Okt 13:48  
Digərləri 17 yaşlı gəlin toyda bu səbəbdən ölübmüş TƏBİBdən açıqlama

Astarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanı

arrow Ətraflı
"Bir evin pulunu estetik əməliyyatlarıma vermişəm" like
  • 29 Okt 13:42  
Şou-biznes "Bir evin pulunu estetik əməliyyatlarıma vermişəm"

Foto model və müğənni Müjgan Ayxanın açıqlaması marağa səbəb olub.

arrow Ətraflı
Azərbaycanlı tələbə Türkiyədə faciəli şəkildə öldü  FOTO like
  • 29 Okt 13:38  
Digərləri Azərbaycanlı tələbə Türkiyədə faciəli şəkildə öldü FOTO

Türkiyənin Alanya şəhərində yol qəzasına düşən 27 yaşlı azərbaycan

arrow Ətraflı
Bu nazirliyə yeni səlahiyyət verildi like
  • 29 Okt 13:32  
Digərləri Bu nazirliyə yeni səlahiyyət verildi

Prezident İlham Əliyev "Beynəlxalq ticarətdə müəyyən təhlükəli k

arrow Ətraflı
İş yerində siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏK like
  • 29 Okt 13:30  
Digərləri İş yerində siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda siqaret çəkənlər və onları işəgötürən müəssələr cə

arrow Ətraflı
Azərbaycan Rotterdam Konvensiyasına qoşulub like
  • 29 Okt 13:23  
Siyasət Azərbaycan Rotterdam Konvensiyasına qoşulub

Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi madd�

arrow Ətraflı