Onlar 400 min qrant almaqda ittiham edilir Prokuror açıqladı
Digərləri 28 Okt 2025 14:28:00 86 0
Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinə qarşı aparılan cinayət işi üzrə üç nəfərin məhkəmə istintaqı başlayıb.
Bu xəbəri də oxu: İsfəndiyar Axundov Elman Nəsirovun qızına ev verir AÇIQLAMA
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, mühakimə olunanlar Bəşir Süleymanlı, Qalib Bayramov (Qalib Toğrul) və Nərgiz Muxtarovadır.
Onlardan yalnız Bəşir Süleymanlı həbsdədir. Ayrı-ayrılıqda baxılan işlər üzrə prokuror ittiham aktını elan edib.
İttihamda deyilir ki, Bəşir Süleymanlı digər şəxslə birgə beynəlxalq donor təşkilatlarından bir sıra layihələrin keçirilməsi adı ilə 148 min, Qalib Bayramov (Qalib Toğrul) 100 min, Nərgiz Muxtarova isə 150 min manat qrant alıb. Lakin həmin vəsaitlərin alınması barədə müvafiq quruma məlumat verilməyib, pullar həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.
Nərgiz Muxtarova "Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla əlbir olmaqda təqsirləndirilir. Ş.İsmayıl barəsində hələ ki ibtidai istintaq aparılır. Ətraflı
Təqsirləndirilən şəxslər isə heç bir epizod üzrə özlərini təqsirli bilməyiblər.
Qalib Toğrulun vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq cinayət işi üzrə icraata xitam verilməsini istəyib. Vəkil vəsatətini cinayət işində qeyd olunan qrup üzvlərinin kimliyinin müəyyən edilməməsi və ittihamı əsaslandıran digər yetərli sübutların mövcud olmaması isə əlaqələndirib.
Məhkəmə bu vəsatəti əsassız sayaraq təmin etməyib.
Növbəti prosesdə təqsirləndirilən şəxslərin sərbəst ifadə verəcəkləri gözlənilir.
Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrul iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akade
Marketdə iş yoldaşını qətlə yetirən 2005-ci il təvəllüdlü Sənan Ş�
Ağstafa rayonunun Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərində sakinlə
Keniyanın Kvale bölgəsində təyyarə qəzaya uğrayıb.
Tele-aparıcı Vüsalə Əlizadə verilişinin təkrar yayımlanması izləyicil
Video çəkməkdə məqsədim atamı biabır etmək deyildi. Sadəcə illərlə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Lətif Şahhüs
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Uzun illər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan aka
Ötən gün Gəncə şəhərində dəm qazından zəhərlənən tələbələrin
Müğənni Günel Zeynalova maraqlı açıqlamalar verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmiş
Aparıcı Mətanət Əliverdiyeva etirafı ilə diqqət çəkib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabira
