İmişlidə “Promalt” MMCnin arpa emalı müəssisəsi istifadəyə verilib FOTO
Siyasət 28 Okt 2025 12:20:00 75 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə "Promalt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq. İsveçrənin "Bühler GmbH" şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək.
Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, "Azərşəkər" MMC və "Azərsun Holdinq" MMC-nin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. "Carlsberg Azerbaijan" pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.
Aparıcı Mətanət Əliverdiyeva etirafı ilə diqqət çəkib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabira
Türkiyənin Sındırgı bölgəsində 4,6 bal gücündə daha bir zəlzələ ba
24-25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən
Ötən gecə Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabira
Monteneqronun paytaxtı Podqoritsada 25 oktyabr gecəsi 25 yaşlı MJ-nin bıça
Türkiyəli professor Şener Üşümezsoy Sındırğıda baş verən 6,1 bal g�
2026-2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız
Bakının Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayan Jalə Abbasova və hə
Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Balıkəsir Sındırgı bölgəsin
İkinci mərtəbəsi qanunsuz tikildiyi əsas gətirilərək bağlanan "Pad
Ayın son günləri bəzi bürclərə yeni fürsətlər, gözlənilməz sevincl�
Şəmkirdə Vətən müharibəsi iştirakçısı dünyasını dəyişib.
