Yeni hobbiyə başlamaq üçün ideal yaş 55 imiş ARAŞDIRMA
Digərləri 28 Okt 2025 03:03:00 72 0
Yeni bir hobbiyə başlamaq üçün gec olduğunu düşünürsünüzsə, elm bunun əksini deyir. Avstraliyada aparılan son tədqiqat göstərib ki, insan beyninin idrak potensialı 55-60 yaşları arasında ən yüksək səviyyəyə çatır.
Bu xəbəri də oxu: “Özsüt”ü milyonlarla borca salan Rəhman Vəliyev işdən çıxarıldı
Son.az xəbər verir ki, Qərbi Avstraliya Universitetinin psixologiya professoru Gilles Gignacın rəhbərlik etdiyi araşdırma "Intelligence" jurnalında dərc olunub.
Tədqiqatda mühakimə, yaddaş və şəxsiyyət ölçüləri də daxil olmaqla 16 psixoloji xüsusiyyət analiz edilib. Burada "Böyük Beşlik" şəxsiyyət modeli - açıqlıq, vicdanlılıq, ekstravertlik, razılıq və nevrotizm xüsusiyyətləri xüsusi diqqət mərkəzində olub.
Alimlərin nəticəsinə görə, ümumi zehni fəaliyyət 55-60 yaşda zirvəyə çatır, bundan sonra isə 65 yaşdan etibarən tədricən azalma müşahidə olunur. Maraqlıdır ki, bəzi xüsusiyyətlər həyatın daha gec dövrlərində də inkişaf edir: vicdanlılıq 65 yaşında, emosional sabitlik isə 75 yaşında ən yüksək səviyyəyə qalxır.
Uzun illər beyin fəaliyyətinin 20 yaşlarda ən güclü olduğu düşünülürdü. Lakin Heydelberq Universitetinin apardığı genişmiqyaslı araşdırma bu fikri təkzib edib - bir milyondan çox insanın cavab sürətinin təhlili göstərib ki, idrak funksiyaları 60 yaşdan sonra belə yüksək səviyyədə qalır.
Tədqiqatçılar bildirirlər ki, yaş artdıqca bəzi qabiliyyətlər zəifləsə də, digər bacarıqlar bu itkini kompensasiya edir. Nəticə etibarilə, zehni güc uzun illər boyu aktiv və çevik qala bilir - yəni, öyrənmək və inkişaf etmək üçün heç vaxt gec deyil.
Fidan Son.az
Amerikanın "Qualcomm" şirkəti yeni nəsil mobil rabitənin inkişaf
1929-cu ilin dekabrında Macarıstanın Solnok şəhərində bütün ölkəni sa
Türkiyənin Balıkesir vilayətində qeydə alınan 6,1 bal gücündə zəlzəl
Müasir kompüterlərdəki USB portları artıq sadəcə bir "əlavə cihaz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı sosial media
Evdə çörək hazırlayanların ən çox şikayət etdiyi mövzulardan biri, ç
Şəhər ətrafından daha bir alternativ yol salınır.
Balıkesirin Sındırgı bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alı
Son.az 28 oktyabr üçün günün ulduz falını təqdim edir:
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silah
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ərazisinə yönələn uzaqmən
"Mənə deyirlər gözəlsən. Bunu qəbul etmirəm. Cavab verirəm ki, hə
