III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
Digərləri 25 Okt 2025 16:51:00 89 0
Bu xəbəri də oxu: “Moskvanın cavabı sərt olacaq”
Fikir çəkmə, telefona çək!
III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasimi 31 oktyabr tarixində keçiriləcək. Bu barədə festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: "III CINEMO Beynəlxalq Mobil Film Festivalı 29-31 oktyabr tarixlərdə keçiriləcək. Nizami Kino Mərkəzində 29 və 30 oktyabr saat 11:00-dən 14:00-dək filmlərin nümayişi baş tutacaq, qaliblərinin adları isə 31 oktyabr saat 19:00-da Mükafatlandırma Mərasimində elan olunacaq".
Xatırladaq ki, festivalda filmlər beynəlxalq və yerli nominasiyalar üzrə iştirak etmişdir:
Beynəlxalq: Ən yaxşı bədii film, Ən yaxşı sənədli film, Ən yaxşı sosial çarx, Ən yaxşı musiqi klipi, "CINEMO TikTok". Yerli (yalnız Azərbaycan): Ən yaxşı bədii film, Ən yaxşı sənədli film, Ən yaxşı sosial çarx.SBRLY tərəfindən keçirilən "Fikir çəkmə, telefona çək" sloqanlı II CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və TikTok platformasının dəstəyi ilə keçirilir.
Qaliblərin Mükafatlandırma Mərasimi Mərkəzi Asiya və Qafqaz üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində https://www.tiktok.com/@tiktoklive_eecca canlı yayımlanacaq.
Təqdim edilmiş filmlər arasından Münsiflər Heyəti qalibləri müəyyən edəcək. Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com
Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:
Email: [email protected]
Facebook: https://www.facebook.com/cinemoff
Instagram: https://www.instagram.com/cinemoff
/“Miss Millenium” titullu Validə Abbasovadan arxiv paylaşımı
Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya "Mirage" qırıcıları
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Astroloqların fikrincə, bəzi insanlar ətrafındakıların həyatını doğru
Rusiya Ukraynaya gecə hücumu etdi: Ballistik raketlər və "Shahed"
Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri davam etdiri
Polis sosial evlərdə mənzil almaq adı ilə dələduzluq edən şəxsi saxlay
Yaş artdıqca kişilərin orqanizmində fizioloji dəyişikliklər baş verir v
Venesuela Prezidenti Nikolas Maduro ölkəsində keçirilən partiya toplantıs�
Bakının Nəsimi rayonunda gecə saatlarında sakinlərin rahatlığını pozan
Aparıcı Zaur Baxşəliyev proqramına qatılmayan Əməkdar artist Mehriban Xa
Sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarından əldə edilən pul
Qəhvə istehlakının vaxtı bədənin kofeinə reaksiyasına təsir göstərir
"Onbeşlilər" serialının baş rolu İsmayıl Ege Şaşmaz çəkili�
ABŞ Prezidenti Donald Trump və NATO Baş Katibi Mark Rutte İtaliya Baş Nazir
