Döyüldüyünü iddia edən işçi barədə TƏBİBdən AÇIQLAMA


Digərləri 23 Okt 2025 20:30:00 73 0

Döyüldüyünü iddia edən işçi barədə TƏBİBdən AÇIQLAMA

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısının döyülməsi ilə bağlı iddialara TƏBİB-dən açıqlama verilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib ki, vətəndaş Xalidə Əliniyaz qızı Cümşüdovanın iş yerində təzyiqə və hədə-qorxuya məruz qalması, döyülməsi, həmçinin qanunsuz və əsassız olaraq işdən azad olunması barədə 2024 və 2025-ci illər ərzində TƏBİB-ə daxil olmuş müraciətləri əsasında müvafiq araşdırmalar aparılıb.

X.Cümşüdova müraciətlərində "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin bir qrup əməkdaşı tərəfindən ondan pul tələb olunduğunu, tələb olunan pulu vermədiyi üçün təzyiqə məruz qaldığını, işdən çıxmasının tələb olunduğunu, həmin tələblərə əməl etmədikdə isə Xəstəxananın İnsan resursları şöbəsinin müdiri tərəfindən döyülərək burnunun qanadığını bildirib. İddiada adı keçən şəxslərin hər birinin izahatları alınıb, məsələ ilə bağlı verdikləri izahatlarında qeyd olunan halları təkzib edilib.

Həmçinin X.Cümşüdova tərəfindən müraciətində qeyd olunan halları təsdiq edən hər hansı sübut təqdim edilməyib.

Araşdırma nəticəsində əmək funksiyalarının icrası zamanı nöqsana yol verməsi və iş yerində əmək və icra intizamını pozması səbəbindən (icazəsiz işə gəlməməsi, işçilərin öz əmək funksiyalarını yerinə yetirməsinə mane olması və s.) X.Cümşüdovanın bir neçə dəfə intizam məsuliyyətinə cəlb olunduğu, yekun olaraq, 10.01.2025-ci il tarixli əmrlə X.Cümşüdova ilə "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən olunub.

Əmrdən narazı qalan X.Cümşüdova "əmrin ləğvi və işə bərpa" tələbi ilə məhkəməyə müraciət edib və iddia təmin olunmayıb.

İş materiallarında X.Cümşüdovanın yerli icra hakimiyyəti orqanının başçısına və Xəstəxana rəhbərinə ünvanlanmış 27.06.2024-cü il tarixli müraciətlərindən müxtəlif dövlət orqanlarına ünvanladığı şikayətlərinin emosional vəziyyətdə yazılaraq həqiqəti əks etdirmədiyini bildirdiyi aydın olur.

X.Cümşüdovanın digər iddialarına hazırda aidiyyəti dövlət qurumları ilə birgə baxılır.

Məleykə Abbaszadə: "Bu xidmət ödənişli olacaq" like
  • 23 Okt 20:19  
Digərləri Məleykə Abbaszadə: "Bu xidmət ödənişli olacaq"

Son illər ən ciddi problemlərdən biri abituriyentlərin peşə və ixtisas s

arrow Ətraflı
Slovakiya nümayəndə heyəti Ağdamda: “Azad olunmuş torpaqlara həyat qayıdır” like
  • 23 Okt 20:18  
Digərləri Slovakiya nümayəndə heyəti Ağdamda: “Azad olunmuş torpaqlara həyat qayıdır”

Slovakiya nümayəndə heyəti  Ağdam şəhərinə səfər edib. Son.az xə

arrow Ətraflı
“Efirdə barışdıq, amma sonra dedi ki...“ like
  • 23 Okt 19:46  
Şou-biznes “Efirdə barışdıq, amma sonra dedi ki...“

Əməkdar artist Mehriban Xanlarova qızı Aysel Xanlarovanı bağışlamayıb.

arrow Ətraflı
Yeni iki planet kəşf edildi like
  • 23 Okt 19:30  
Dünya Yeni iki planet kəşf edildi

İrvin Kaliforniya Universitetinin alimləri "TESS" kosmik teleskopunu

arrow Ətraflı
Ramal bu müğənni ilə sevgili imiş like
  • 23 Okt 19:20  
Şou-biznes Ramal bu müğənni ilə sevgili imiş

Müğənni Əminə Şirin illər öncə müğənni Ramal İsrafilovla sevgili ol

arrow Ətraflı
Meyvətərəvəz 2 qat bahalaşa bilər like
  • 23 Okt 19:00  
Digərləri Meyvətərəvəz 2 qat bahalaşa bilər

Hazırda bazarlarda həm mövsümü, həm də mövsümü olmayan meyvə-tərəv�

arrow Ətraflı
Qanunsuz qumar oyunlarının reklamına görə 5 nəfər cəzalandırıldı like
  • 23 Okt 18:50  
Digərləri Qanunsuz qumar oyunlarının reklamına görə 5 nəfər cəzalandırıldı

Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında

arrow Ətraflı
Kənan Əliyev yüksək vəzifəyə təyin olundu like
  • 23 Okt 18:41  
Digərləri Kənan Əliyev yüksək vəzifəyə təyin olundu

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

arrow Ətraflı
"Ford" bir milyondan çox avtomobili geri çağırır like
  • 23 Okt 18:30  
Digərləri "Ford" bir milyondan çox avtomobili geri çağırır

"Ford Motor Company"  1 448 655 avtomobili geri çağırır.

arrow Ətraflı
Bu müəllimlərin maaşı 35% artırılacaq like
  • 23 Okt 18:15  
Digərləri Bu müəllimlərin maaşı 35% artırılacaq

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və m�

arrow Ətraflı
Bu xəstəliklər də tibbi sığorta ilə müalicə olunacaq like
  • 23 Okt 18:08  
Digərləri Bu xəstəliklər də tibbi sığorta ilə müalicə olunacaq

Gələn il şəkərli diabet başda olmaqla indiyədək icbari tibbi sığorta z

arrow Ətraflı
Dünya ulduzu falçıdancadudan kömək umur  keçmiş ərini geri qaytarmaq üçün like
  • 23 Okt 18:00  
Şou-biznes Dünya ulduzu falçıdancadudan kömək umur keçmiş ərini geri qaytarmaq üçün

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez ayrılıqdan sonra mis

arrow Ətraflı