Milli İncəsənət Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə poçt markalarının təqdimat mərasimi baş tutub FOTO


Kriminal 23 Okt 2025 19:31:00 97 0

Milli İncəsənət Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə poçt markalarının təqdimat mərasimi baş tutub  FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə AMİM-nin təşəbbüsü ilə "Azərpoçt" MMC tərəfindən dövriyyəyə buraxılan poçt markalarının təqdimat mərasimi baş tutub.

Tanınmış elm və mədəniyyət xadimlərinin, millət vəkillərinin, ölkəmizdəki diplomatik korpusların rəhbər və nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və "Azərpoçt" MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova çıxış ediblər. Onlar öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncamını vurğulayaraq, bu qərarın dahi sənətkarın irsinin qorunması, araşdırılması və geniş ictimaiyyətə tanıdılması üçün mühüm addım, təqdim edilən poçt markalarının isə yubiley ilinə dəyərli töhfə olduğunu bildiriblər. Daha sonra Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən  İsi Mustafayev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovanın iştirakı ilə markaların möhür vasitəsilə "söndürülməsi" mərasimi keçirilib. Poçt markaları üzərində M.Q.İrəvaninin tanınmış portretləri sırasında yer alan "Əsgər", "Mah Tələt xanım", "Zadəgan qadının portreti", "Vəcihulla Mirzə", "Fətəli şah" əsərləri əks olunub. İrəvani yaradıcılığının müxtəlif mərhələlərinə aid bu mükəmməl sənət nümunələrində öz dövrləri üçün yeni olan xüsusiyyətlər - təkcə zahiri bənzərlik deyil, hər bir obraza xas fərdi cizgi və daxili aləmin dolğun təsviri verilib.  Qeyd edək ki, təqdimat mərasimində AMİM-nin kolleksiyasında qorunan bu portretlər nümayiş etdirilib. Tədbirin sonunda Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəznində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı xalq sənəti incilərindən ibarət konsert proqramı ilə gecəyə unudulmaz musiqi ərmağanı bəxş ediblər. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az

Yeni iki planet kəşf edildi like
  • 23 Okt 19:30  
Dünya Yeni iki planet kəşf edildi

İrvin Kaliforniya Universitetinin alimləri "TESS" kosmik teleskopunu

arrow Ətraflı
Ramal bu müğənni ilə sevgili imiş like
  • 23 Okt 19:20  
Şou-biznes Ramal bu müğənni ilə sevgili imiş

Müğənni Əminə Şirin illər öncə müğənni Ramal İsrafilovla sevgili ol

arrow Ətraflı
Meyvətərəvəz 2 qat bahalaşa bilər like
  • 23 Okt 19:00  
Digərləri Meyvətərəvəz 2 qat bahalaşa bilər

Hazırda bazarlarda həm mövsümü, həm də mövsümü olmayan meyvə-tərəv�

arrow Ətraflı
Qanunsuz qumar oyunlarının reklamına görə 5 nəfər cəzalandırıldı like
  • 23 Okt 18:50  
Digərləri Qanunsuz qumar oyunlarının reklamına görə 5 nəfər cəzalandırıldı

Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında

arrow Ətraflı
Kənan Əliyev yüksək vəzifəyə təyin olundu like
  • 23 Okt 18:41  
Digərləri Kənan Əliyev yüksək vəzifəyə təyin olundu

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

arrow Ətraflı
"Ford" bir milyondan çox avtomobili geri çağırır like
  • 23 Okt 18:30  
Digərləri "Ford" bir milyondan çox avtomobili geri çağırır

"Ford Motor Company"  1 448 655 avtomobili geri çağırır.

arrow Ətraflı
Bu müəllimlərin maaşı 35% artırılacaq like
  • 23 Okt 18:15  
Digərləri Bu müəllimlərin maaşı 35% artırılacaq

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və m�

arrow Ətraflı
Bu xəstəliklər də tibbi sığorta ilə müalicə olunacaq like
  • 23 Okt 18:08  
Digərləri Bu xəstəliklər də tibbi sığorta ilə müalicə olunacaq

Gələn il şəkərli diabet başda olmaqla indiyədək icbari tibbi sığorta z

arrow Ətraflı
Dünya ulduzu falçıdancadudan kömək umur  keçmiş ərini geri qaytarmaq üçün like
  • 23 Okt 18:00  
Şou-biznes Dünya ulduzu falçıdancadudan kömək umur keçmiş ərini geri qaytarmaq üçün

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez ayrılıqdan sonra mis

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrının rejissorunun yataqxanadakı mənzilinə plomb vurulub? like
  • 23 Okt 17:50  
Digərləri Gənc Tamaşaçılar Teatrının rejissorunun yataqxanadakı mənzilinə plomb vurulub?

Dillər Universitetinin yataqxanasında yaşayan Cəbrayıl rayonundan məcburi

arrow Ətraflı
Şadlıq evində müəmmalı ölüm  Ofisiantın meyiti tapıldı like
  • 23 Okt 17:48  
Digərləri Şadlıq evində müəmmalı ölüm Ofisiantın meyiti tapıldı

Bakıda şadlıq evində faciəvi hadisə baş verib.

arrow Ətraflı
"BakuBus"un avtobusunda baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA like
  • 23 Okt 17:45  
Digərləri "BakuBus"un avtobusunda baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Ötən gün Bakıda fəaliyyət göstərən "BakuBus"a aid 3 nömrəli

arrow Ətraflı
“Onun günahı yoxdur”  5 min təzminat ödədi like
  • 23 Okt 17:42  
Şou-biznes “Onun günahı yoxdur” 5 min təzminat ödədi

Xəbər verdiyimiz kimi, ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovu mə

arrow Ətraflı