Dünyanın gözünü dikdiyi Tramp–Putin zirvəsi ləğv edildi


Dünya 22 Okt 2025 00:12:00 82 0

Dünyanın gözünü dikdiyi Tramp–Putin zirvəsi ləğv edildi

Dünyanın maraqla gözlədiyi Tramp-Putin sülh zirvəsi rəsmən ləğv edilib. Ağ Evdən verilən açıqlamaya görə, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında yaxın vaxtlarda görüş keçirilməsi planlaşdırılmır. 

Bu xəbəri də oxu: Gümrü meri həbs edildi FOTO

Son.az xəbər verir ki, Tramp ilə Putin arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan görüşün yaxın zamanda olmayacağı bildirilib.

ABŞ mediası, mənbələrə istinadən yazır ki, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında dünən baş tutan telefon danışığı zamanı Moskvanın Trampın sülh planına laqeydliyi hiss olunub.

Ağ Ev rəsmisi açıqlamasında deyib: "Dövlət katibi Rubio və nazir Lavrovun telefon danışığı kifayət qədər məhsuldar olub. Buna görə əlavə üzbəüz görüşə ehtiyac yoxdur və Prezident Trampın yaxın gələcəkdə Prezident Putinlə görüşməsi planlaşdırılmır."

Kremlin sözçüsü Dmitri Peskov da məsələ ilə bağlı bildirib ki, "hələ razılaşdırılmamış bir görüşü təxirə salmaq olmaz. Nə Prezident Tramp, nə də Prezident Putin dəqiq tarix verməyib. Bu cür zirvələr ciddi hazırlıq tələb edir və bu, vaxt aparır."

Peskov həmçinin Putin və Trumpın eyni təyyarə ilə Budapeştə uçacağı barədə xəbərləri "fantastik ssenari" adlandırıb.

Zirvənin baş tutmaması ilə bağlı Ukrayna Prezidenti Zelenski də maraqlı açıqlama verib. O, sosial şəbəkədə paylaşdığı videoda deyib: "Cəbhə xətti diplomatiyanı alovlandıra bilər."

Zelenski Ukraynaya Tomahawk raketlərinin verilməsi ilə bağlı Vaşinqtonla aparılan danışıqlara toxunaraq bildirib:

"Ukraynaya uzaqmənzilli hücum imkanlarının verilməsi məsələsində çeviklik azalan kimi, Moskvanın diplomatiyaya marağı da dərhal itdi."

Zelenski əlavə edib ki, Rusiyanın diplomatiyadan yayınmaq üçün hər yola əl atdığını düşünür və bu vəziyyətin "Ukraynanın uzaqmənzilli raket qabiliyyətinin əslində sülhün açarı ola biləcəyini" göstərdiyini qeyd edib.

Xatırladaq ki, Tramp 16 oktyabrda Putinlə telefon danışığı aparmış və 2,5 saat davam edən söhbətdə Ukrayna böhranını müzakirə etmişdi.

Tramp daha sonra ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə "Yüksək Səviyyəli Müşavirlər Görüşü" keçiriləcəyini, daha sonra Budapeştedə Putinlə görüşəcəyini açıqlamışdı.

17 oktyabrda isə Tramp Ukrayna Prezidenti Zelenskini Ağ Evdə qəbul edərək, Tomahawk raketlərinin verilməsinə hələlik razılıq vermədiyini demişdi:

"Bizim də bu raketlərə ehtiyacımız var. Son 4 ildə Ukraynaya çox şey göndərdik. İndi vəziyyət fərqlidir. Ümid edirəm ki, onlara ehtiyac olmayacaq və bu müharibə Tomahawk-lara müraciət etmədən bitəcək. Məncə, buna çox yaxınıq." Lalə Qüdrətova Son.az

Günün qoroskopu: Dəyişiklik artıq yoldadır like
  • 22 Okt 00:01  
Digərləri Günün qoroskopu: Dəyişiklik artıq yoldadır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qızılın qiyməti uzun fasilədən sonra ilk dəfə ucuzlaşdı like
  • 21 Okt 23:50  
Digərləri Qızılın qiyməti uzun fasilədən sonra ilk dəfə ucuzlaşdı

ABŞ və Çin arasında ticarət müharibəsinin yumşalacağına dair xəbərl�

arrow Ətraflı
7 yaşlı uşağın ölümünün detalları  “Qıcolma tutub” like
  • 21 Okt 23:29  
Digərləri 7 yaşlı uşağın ölümünün detalları “Qıcolma tutub”

Qəza nəticəsində 7 yaşlı uşaq həyatını itirdi, atası ağır yaraland�

arrow Ətraflı
III CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək like
  • 21 Okt 23:19  
Kriminal III CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək

Bu il 3-cü CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək. Artıq qəb

arrow Ətraflı
Sakinləri təşvişə salan qurdların sirri açıldı like
  • 21 Okt 23:12  
Digərləri Sakinləri təşvişə salan qurdların sirri açıldı

Bakıda son günlər çoxmərtəbəli binalarda qurdların artması sakinləri c

arrow Ətraflı
Qızın ağzı qəfil əyildi  ağlasığmaz səbəb like
  • 21 Okt 22:49  
Digərləri Qızın ağzı qəfil əyildi ağlasığmaz səbəb

ABŞ-də diş həkimindən çıxan gənc qadının ağzı anesteziya təsiri s�

arrow Ətraflı
Əti pambıq kimi edir  tək bir inqrediyent kifayətdir like
  • 21 Okt 22:35  
Digərləri Əti pambıq kimi edir tək bir inqrediyent kifayətdir

Evdə bişirdiyiniz ət çox sərt olur? Aşpazların da istifadə etdiyi elmə

arrow Ətraflı
“Mən öldükdən sonra arxamca danışsanız iki əlim yaxanızda olar” like
  • 21 Okt 21:59  
Şou-biznes “Mən öldükdən sonra arxamca danışsanız iki əlim yaxanızda olar”

Əməkdar artist Mehriban Xanlarova emosional çıxışı ilə diqqət çəkib.

arrow Ətraflı
Dəhşətli qəzada ölənlər bacıqardaş imiş like
  • 21 Okt 21:24  
Digərləri Dəhşətli qəzada ölənlər bacıqardaş imiş

Xəbər verdiyimiz kimi, Şəkidə 3 nəfərin ölümü ilə nəticələnən ağ

arrow Ətraflı
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb like
  • 21 Okt 21:07  
Siyasət İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

arrow Ətraflı
Həmin ətləri yemək olmaz  Dabaq xəstəliyi hansı hallarda insana keçə bilər? like
  • 21 Okt 21:00  
Digərləri Həmin ətləri yemək olmaz Dabaq xəstəliyi hansı hallarda insana keçə bilər?

Son günlər iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin s�

arrow Ətraflı
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi” like
  • 21 Okt 20:57  
Digərləri “Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”

Sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənov APA-ya müsahibə v

arrow Ətraflı