“Sənətkarın dostu” layihəsi çərçivəsində Qarabağ Universitetində ustad xanəndə ilə görüş keçirilib FOTO


Kriminal 21 Okt 2025 23:45:00 71 0

“Sənətkarın dostu” layihəsi çərçivəsində Qarabağ Universitetində ustad xanəndə ilə görüş keçirilib  FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qarabağ bölgəsində "Mədəniyyət rüzgarı" adlı silsilə tədbirlərə başlanılıb.  MEMİM-in "Sənətkarın dostu" layihəsi üzrə Xankəndi şəhər Qarabağ Universitetinin İncəsənət fakültəsində Əməkdar incəsənət xadimi, ustad xanəndə, pedaqoq Aqil Məlikovla görüş keçirilib. Fakültənin dekanı bəstəkar Türkər Qasımzadə çıxış edərək layihənin təşkilinə görə təşəkkürünü bildirib, bu kimi maarifləndirici layihələrin müəllim və tələbələr üçün önəmini vurğulayıb.  MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxışında dövlətimiz tərəfindən sürətlə dirçəldilən Qarabağın mədəni həyatında MEMİM-in də müəyyən qədər payının olmasından məmnunluğunu dilə gətirib, layihənin qonağı Aqil Məlikova dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib.  Sonra görüş MEMİM-in əməkdaşı Ləman Eyyubovanın moderatorluğu ilə davam edib.  Aqil Məlikov Azərbaycan klassik xanəndəlik məktəbləri, müxtəlif muğam və dəstgahlarda qəzəllərin ifa üçün düzgün seçilməsi, gənc ifaçıların həm ixtisas, həm də nəzəri baxımdan maarifləndirilməsi kimi məsələlərdən söz açıb. İnteraktiv formatlı görüşdə İncəsənət fakültəsinin müəllimləri - tarda Bəhruz Zeynalovun, kamançada Fərid Babayevin, nağarada tələbə İlqar Süleymanlının müşayiəti ilə bu fakültədə təhsil alan Xədicə İsmayılova "Mahur-hindi", İsmayıl İsmayılov isə "Rahab" muğamlarını səsləndiriblər.  İncəsənət fakültəsinin müəllimlərindən Əməkdar artistlər Səbuhi İbayev, Fehruz Məmmədov (Səxavət) və Ehtiram Hüseynov, həmçinin xanəndə Səbinə Ərəbli bir-birindən maraqlı ifaları ilə tədbirə rəng qatıblar. Sonda Aqil Məlikov auditoriyanı maraqlandıran sualları cavablandırıb. Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi görüş maraqla qarşılanıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

7 yaşlı uşağın ölümünün detalları  “Qıcolma tutub” like
  • 21 Okt 23:29  
Digərləri 7 yaşlı uşağın ölümünün detalları “Qıcolma tutub”

Qəza nəticəsində 7 yaşlı uşaq həyatını itirdi, atası ağır yaraland�

arrow Ətraflı
III CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək like
  • 21 Okt 23:19  
Kriminal III CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək

Bu il 3-cü CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək. Artıq qəb

arrow Ətraflı
Sakinləri təşvişə salan qurdların sirri açıldı like
  • 21 Okt 23:12  
Digərləri Sakinləri təşvişə salan qurdların sirri açıldı

Bakıda son günlər çoxmərtəbəli binalarda qurdların artması sakinləri c

arrow Ətraflı
Qızın ağzı qəfil əyildi  ağlasığmaz səbəb like
  • 21 Okt 22:49  
Digərləri Qızın ağzı qəfil əyildi ağlasığmaz səbəb

ABŞ-də diş həkimindən çıxan gənc qadının ağzı anesteziya təsiri s�

arrow Ətraflı
Əti pambıq kimi edir  tək bir inqrediyent kifayətdir like
  • 21 Okt 22:35  
Digərləri Əti pambıq kimi edir tək bir inqrediyent kifayətdir

Evdə bişirdiyiniz ət çox sərt olur? Aşpazların da istifadə etdiyi elmə

arrow Ətraflı
“Mən öldükdən sonra arxamca danışsanız iki əlim yaxanızda olar” like
  • 21 Okt 21:59  
Şou-biznes “Mən öldükdən sonra arxamca danışsanız iki əlim yaxanızda olar”

Əməkdar artist Mehriban Xanlarova emosional çıxışı ilə diqqət çəkib.

arrow Ətraflı
Dəhşətli qəzada ölənlər bacıqardaş imiş like
  • 21 Okt 21:24  
Digərləri Dəhşətli qəzada ölənlər bacıqardaş imiş

Xəbər verdiyimiz kimi, Şəkidə 3 nəfərin ölümü ilə nəticələnən ağ

arrow Ətraflı
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb like
  • 21 Okt 21:07  
Siyasət İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

arrow Ətraflı
Həmin ətləri yemək olmaz  Dabaq xəstəliyi hansı hallarda insana keçə bilər? like
  • 21 Okt 21:00  
Digərləri Həmin ətləri yemək olmaz Dabaq xəstəliyi hansı hallarda insana keçə bilər?

Son günlər iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin s�

arrow Ətraflı
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi” like
  • 21 Okt 20:57  
Digərləri “Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”

Sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənov APA-ya müsahibə v

arrow Ətraflı
Şəkidə 3 nəfərin öldüyü qəza yerindən VİDEO like
  • 21 Okt 20:50  
Digərləri Şəkidə 3 nəfərin öldüyü qəza yerindən VİDEO

Xəbərə video əlavə olunub. ------------ Şəki rayonunda baş verə

arrow Ətraflı
Məşhur serial yayımdan qaldırıldı like
  • 21 Okt 20:28  
Şou-biznes Məşhur serial yayımdan qaldırıldı

ATV-nin sevilən serialı "Aşk ve Gözyaşı" bu həftə kanalın yay

arrow Ətraflı
Bakıda məktəbdə yanğın oldu like
  • 21 Okt 20:17  
Digərləri Bakıda məktəbdə yanğın oldu

Bakıda məktəbdə yanğın hadisəsi baş verib.

arrow Ətraflı