Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb FOTO


Kriminal 21 Okt 2025 17:45:00 71 0

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb  FOTO

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunan, dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən silsilə ustad dərsləri başa çatıb. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Bakı, Sumqayıt və Xırdalanda gerçəkləşən, 8-18 oktyabr tarixlərini əhatə edən layihə musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün həyata keçirilib.  * Layihə üzrə oktyabrın 13-də Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində violonçel ixtisası üzrə ustad dərsi təşkil olunub. Dərs Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası İfaçılıq fakültəsinin dekanı Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə tərəfindən aparılıb.  * Oktyabrın 14-də Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində xanəndəlik ixtisası üzrə ustad dərsi keçirilib. Ustad dərsi Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist, xanəndə Təyyar Bayramovun iştirakı ilə gerçəkləşib.  * 15 oktyabr tarixində Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbində tar ixtisası üzrə ustad dərsi təşkil edilib. Görkəmli tarzən, pedaqoq, Xalq artisti, professor Vamiq Məmmədəliyev tərəfindən aparılan dərsdə qeyd olunan təhsil ocağı ilə yanaşı, regional idarənin tabeliyindəki bir sıra məktəblərdən də müəllim və şagirdlər iştirak ediblər. * Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində saz ixtisası üzrə ustad dərsi oktyabrın 16-da təşkil olunub. Dərs Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyevin iştirakı ilə gerçəkləşib. * Oktyabrın 17-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu, professor Könül Hüseynovanın iştirakı ilə Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.

Həmin gün daha bir ustad dərsi Bakı şəhər 33 nömrəli uşaq musiqi məktəbində klarnet ixtisası üzrə təşkil olunub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Anar Məmmədovun iştirakı ilə reallaşan ustad dərsində paytaxtın bir sıra məktəblərindən şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər. * Layihənin sonuncu günündə - oktyabrın 18-də rəqs ixtisası üzrə ustad dərsi təşkil olunub. Bakı şəhəri Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadənin iştirakı ilə keçirilən ustad dərsi sahə üzrə təhsil alan gənc istedadlar üçün maraqlı keçib.  Həmin gün Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində layihənin sonuncu ustad dərsi keçirilib. Vokal ixtisası üzrə ustad dərsi Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Əməkdar artist Zenfira İsmayılova tərəfindən aparılıb.

Ustad dərslərinin əvvəlində MEMİM-in şöbə müdirləri - sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova, mərkəzin mütəxəssisi Leyla Rzayeva, eləcə də Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Zaur Cəfərov çıxış edərək layihənin istedadlı uşaq və gənclərin inkişafındakı xüsusi önəmindən danışıblar. 12 ixtisas üzrə keçirilən ustad dərslərinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilməsinin təsadüfi olmadığı bildirilib. Qeyd edilib ki, Üzeyir bəy görkəmli təhsil təşkilatçısı kimi ölkəmizdə musiqi tədrisinin formalaşması və inkişafında müstəsna xidmətlər göstərib.

İcra olunan bütün ustad dərslərində tanınmış mütəxəssislər uşaq və gənclərə, həmçinin müəllimlərə dəyərli tövsiyələrini veriblər ki, bu da onların peşəkar inkişafında, gələcək fəaliyyətində olduqca faydalıdır. Bildirək ki, ustad dərsləri musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsi məqsədilə həyata keçirilib.

Onu da əlavə edək ki, böyük musiqi xadimi Üzeyir Hacıbəylinin 140 illiyinə töhfə olan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Baş Prokurorluq plastik cərrahdan şikayət edən şəxsin iddialarına cavab verdi like
  • 21 Okt 17:43  
Digərləri Baş Prokurorluq plastik cərrahdan şikayət edən şəxsin iddialarına cavab verdi

Baş Prokurorluq vətəndaş Lalə Ayvazlının müraciəti ilə bağlı açıql

arrow Ətraflı
Zaqatalada 41 yaşlı kişi vəhşicəsinə döyüldü like
  • 21 Okt 17:40  
Digərləri Zaqatalada 41 yaşlı kişi vəhşicəsinə döyüldü

Zaqatalada 41 yaşlı kişi vəhşicəsinə döyülüb.

arrow Ətraflı
Bakıda bu marşrut avtobusu 40 dəqiqədən bir gəlir like
  • 21 Okt 17:35  
Digərləri Bakıda bu marşrut avtobusu 40 dəqiqədən bir gəlir

Bir neçə gündür 20-ci sahə-Dərnəgül metrostansiyası istiqaməti üzrə

arrow Ətraflı
"Anam seçdiyim şəxsi qəbul etmir, toysuz ərə gedəcəyəm" like
  • 21 Okt 17:30  
Şou-biznes "Anam seçdiyim şəxsi qəbul etmir, toysuz ərə gedəcəyəm"

Müğənni Şəbnəm Qəhrəmanova şəxsi həyatı ilə bağlı maraqlı açıq

arrow Ətraflı
Türkiyənin aylardır müzakirə etdiyi cinayətlə bağlı qərar verildi  FOTO like
  • 21 Okt 17:20  
Digərləri Türkiyənin aylardır müzakirə etdiyi cinayətlə bağlı qərar verildi FOTO

Kadıköydə 15 yaşlı Mattia Ahmet Minguzzinin bıçaqlanaraq öldürülməsin

arrow Ətraflı
Nigar Sultanova əczaçılığı bitirib, kosmetoloq işləyir  Cəmi 5 ay kursda olub  ARAŞDIRMA  FOTO like
  • 21 Okt 16:53  
Digərləri Nigar Sultanova əczaçılığı bitirib, kosmetoloq işləyir Cəmi 5 ay kursda olub ARAŞDIRMA FOTO

Son zamanlar bəzi kosmetoloqların sertifikatlarının olub-olmaması və mövc

arrow Ətraflı
“Xəyanətə görə boşandım"  ilk dəfə DANIŞDI like
  • 21 Okt 16:42  
Şou-biznes “Xəyanətə görə boşandım" ilk dəfə DANIŞDI

Müğənni Zahidə Günəş şəxsi həyatı ilə bağlı uzun illərdən sonra

arrow Ətraflı
İlham Əliyev və Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar like
  • 21 Okt 16:40  
Siyasət İlham Əliyev və Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qa

arrow Ətraflı
Bakı, Gəncə və Sumqayıt Apellyasiya Məhkəmələrinə hakimlər təyin ediləcək like
  • 21 Okt 16:38  
Digərləri Bakı, Gəncə və Sumqayıt Apellyasiya Məhkəmələrinə hakimlər təyin ediləcək

Bakı, Gəncə və Sumqayıt Apellyasiya Məhkəmələrinə hakimlər təyin edi

arrow Ətraflı
“WhatsApp”da yeni funksiya  Rezerv etmək olacaq like
  • 21 Okt 16:30  
Digərləri “WhatsApp”da yeni funksiya Rezerv etmək olacaq

Dünyanın ən populyar mesajlaşma tətbiqi "WhatsApp" istifadəçil�

arrow Ətraflı
Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək like
  • 21 Okt 16:25  
Digərləri Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək.

arrow Ətraflı
Xərçəngdən əziyyət çəkən Baydenin yeni görüntüləri like
  • 21 Okt 16:21  
Dünya Xərçəngdən əziyyət çəkən Baydenin yeni görüntüləri

2021-2025-ci illərdə ABŞ prezidenti olmuş Co Bayden prostat xərçəngi səb

arrow Ətraflı
Təyyarə havada olarkən yanmağa başladı like
  • 21 Okt 16:10  
Digərləri Təyyarə havada olarkən yanmağa başladı

Təyyarə havada olarkən salonda anidən alışma baş verib.

arrow Ətraflı
Məşhur klinikanın külli miqdarda borcu üzə çıxdı like
  • 21 Okt 16:02  
Digərləri Məşhur klinikanın külli miqdarda borcu üzə çıxdı

Bakıda yerləşən "İstanbul NS" klinikasının külli miqdarda verg

arrow Ətraflı