Baş Prokurorluq plastik cərrahdan şikayət edən şəxsin iddialarına cavab verdi
Digərləri 21 Okt 2025 17:43:00 60 0
Baş Prokurorluq vətəndaş Lalə Ayvazlının müraciəti ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluqdan Son.az-a verilən məlumatda bildirilib ki, bəzi sosial media səhifələrində Ayvazlı Lalə Abbasəli qızının səhhətində həkim səhlənkarlığı nəticəsində problemlər yaranması barədə müraciəti üzrə Yasamal rayon prokurorluğunda qeyri-obyektiv araşdırma aparılmasına dair məlumatlar yayılıb.
Bununla bağlı bildirilib ki, vətəndaş Lalə Ayvazlı Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda rəhbər şəxslər tərəfindən dəfələrlə qəbul edilərək dinlənilib, qanunvericiliyin tələbləri ona ətraflı şəkildə izah edilib, şikayəti üzrə toplanmış yoxlama materialı Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda ətraflı öyrənilməklə, narazı olduğu bütün hallar üzrə əlavə araşdırılması üçün zəruri göstərişlər verilib:
"Belə ki, Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı bir sıra zəruri prosessual hərəkətlər icra olunub, habelə komisyon məhkəmə-tibb ekspertizası təyin edilərək müvafiq rəy alınıb, 31 mart 2023-cü il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib.
Həmin qərar L.Ayvazlının şikayəti əsasında 10 may 2023-ci il tarixdə Baş Prokurorluq tərəfindən ləğv edilib və yoxlama materialı üzrə araşdırmanın davam etdirilməsi vətəndaşın müraciətində nəzərə alınmaqla Yasamal rayon prokurorluğuna tapşırılıb.
Zaqatalada 41 yaşlı kişi vəhşicəsinə döyülüb.

Bir neçə gündür 20-ci sahə-Dərnəgül metrostansiyası istiqaməti üzrə

Müğənni Şəbnəm Qəhrəmanova şəxsi həyatı ilə bağlı maraqlı açıq

Kadıköydə 15 yaşlı Mattia Ahmet Minguzzinin bıçaqlanaraq öldürülməsin

ASTANA, QAZAXISTAN. Görünənləri tam şəkildə əks etdirmək üçün söz t

Son zamanlar bəzi kosmetoloqların sertifikatlarının olub-olmaması və mövc

Müğənni Zahidə Günəş şəxsi həyatı ilə bağlı uzun illərdən sonra

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qa

Bakı, Gəncə və Sumqayıt Apellyasiya Məhkəmələrinə hakimlər təyin edi

Dünyanın ən populyar mesajlaşma tətbiqi "WhatsApp" istifadəçil�

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək.

2021-2025-ci illərdə ABŞ prezidenti olmuş Co Bayden prostat xərçəngi səb

Təyyarə havada olarkən salonda anidən alışma baş verib.

Bakıda yerləşən "İstanbul NS" klinikasının külli miqdarda verg

Müğənni Şəbnəm Tovuzlu "Qonaqcanlı" verilişində "YouTube
