Bakı mədəniyyət təşəbbüsünün əsas səhnəsinə çevriləcək
Kriminal 20 Okt 2025 21:00:00 73 0
31 oktyabr - 2 noyabr tarixlərində Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Bakıda incəsənət festivalı keçiriləcək. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır. Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir. Üç gün ərzində incəsənət həvəskarlarını maraqlı və qeyri-adi bir həftəsonu gözləyir. "Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək. Beynəlxalq incəsənət dünyası ilə mənalı dialoqu təşviq edən Art Weekend-in əsas elementi kimi davamlılığın, yenilənmənin və ortaq yaddaşın rəmzi olan su seçilib. Bu da təsadüfi deyil. Belə ki, su həm yaradıcı impulsun metaforası, həm dəyişimin güzgüsü, həm də insan və təbiət arasında körpünün rəmzidir. Bu baxımdan su fəlsəfi, bədii və ekoloji baxımdan Art Weekend konsepsiyasının mərkəzində yer alacaq. Festival günlərində ziyarətçiləri Bakıda sərgilər, təqdimatlar, mühazirələr, ustad dərsləri, musiqi sessiyaları, ekskursiyalar, küçə rəsm layihələri, immersiv küçə teatrının layihələri ilə tanışlıq gözləyir. Festival Bakının müxtəlif incəsənət ocaqlarını - Heydər Əliyev Mərkəzi, İçərişəhər, Müasir İncəsənət Muzeyi, Daş Salnamə Muzeyi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Bakı Marionet Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Q Gallery, Bakı Fotoqrafiya Evi, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Rəngkarlığı Muzeyi , Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, "Nine Senses" İncəsənət Mərkəzi və digər məkanları əhatə edəcək.
Bu xəbəri də oxu: Xalq artisti Fəxrəddin Dadaşovun 75 illik yubileyi qeyd edilib FOTO
Qazaxıstan və Azərbaycan bütün regionda əməkdaşlığın və təhlükəsi

Xərçəngdən ölümün əsas səbəbi metastaz ( xərçəngin əsas şişində

Məşhur aparıcı Acun Ilıcalı ötən il dünyasını dəyişən Hasan Yaln�

Diş sağlamlığının qorunmasında düzgün qidalanma vacib rol oynayır. Hə

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidə

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı A

ABŞ səmasında inanılmaz hadisə yaşanıb.

Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.

Qazaxıstan və Azərbaycan informasiya texnologiyaları və süni intellekt sah

Yeni Günəşlidə yerləşən 275 nömrəli tam orta məktəbdə ayaqyolunun ta

Sosial şəbəkələrdə bir nənənin həyat hekayəsi geniş maraq doğurub.

Maliyyə eksperti bankda problemlərin ola biləcəyini göstərən əlamətlər

"Ramiz Mehdiyevi yalnız televizorda və bir dəfə işə qəbul olunarkən
