Qazaxıstan və Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizliyin gücləndirilməsi üçün vacib addımlar atır Ekspert


Siyasət 20 Okt 2025 20:45:00 70 0

Qazaxıstan və Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizliyin gücləndirilməsi üçün vacib addımlar atır  Ekspert

Qazaxıstan və Azərbaycan bütün regionda əməkdaşlığın və təhlükəsizliyin gücləndirilməsi üçün vacib addımlar atır.

Bunu Trend-ə Qazaxıstanın Avrasiya İnteqrasiyası İnstitutunun eksperti Əminə Kosbayeva bildirib.

"Prezident İlham Əliyevin Qazaxıstana səfəri ikitərəfli münasibətlərə yeni təkan verə bilər. Qazaxıstan və Azərbaycan təkcə qarşılıqlı tərəfdaşlığın inkişafında deyil, həm də bütün regionda əməkdaşlığın və təhlükəsizliyin gücləndirilməsində növbəti mühüm addımı atır", - deyə o, qeyd edib.

Kosbayeva vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər hazırda inkişafının ən yüksək mərhələsindədir. Qazaxıstan və Azərbaycan ümumi tarix, mədəni yaxınlıq və geosiyasi maraqların uyğunluğu əsasında dayanıqlı strateji tərəfdaşlıq qurublar.

"Son illər dövlətlər arasında qarşılıqlı əlaqə nəzərəçarpacaq dərəcədə güclənib. Ali səviyyəli mütəmadi səfərlər, parlamentlərarası dialoqun fəallaşması və birgə layihələrin sayının artması münasibətlərə yeni dinamika qazandırıb. Xüsusilə ticarət dövriyyəsinin və nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafı diqqəti cəlb edir: son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi 6 dəfə artıb", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu fakt hər iki ölkənin Avrasiya nəqliyyat sisteminin əsas halqaları kimi potensialını aydın şəkildə nümayiş etdirir. Əhəmiyyətli addımlardan biri də 300 milyon ABŞ dolları həcmində birgə Birbaşa İnvestisiya Fondunun yaradılması olub ki, bu da biznes əməkdaşlığı üçün yeni imkanlar açıb.

"Xüsusi diqqətəlayiq məsələ isə Avropa ilə Asiyanı birləşdirən ən perspektivli marşrutlardan biri olan Orta Dəhlizin inkişafıdır. Bu dəhlizin üstünlüklərinə coğrafi baxımdan kompaktlıq, siyasi sabitlik və çatdırılma müddətlərinin əhəmiyyətli dərəcədə qısa olması daxildir. Qazaxıstan və Azərbaycan bu layihənin əsas hərəkətverici qüvvələri kimi çıxış edir, onu regional təşəbbüsdən qitə miqyaslı marşruta çevirirlər", - deyə Kosbayeva qeyd edib.

Ekspertin fikrincə, Qazaxıstan üçün Zəngəzur dəhlizi də mühüm rol oynaya bilər. Bu dəhliz Xəzəri Türkiyə ilə birləşdirərək türk dövlətlərinin nəqliyyat əlaqəliliyini gücləndirəcək. Onun sözlərinə görə, bu marşrut region ölkələrinin Avrasiya kommunikasiya sistemindəki mövqelərini möhkəmləndirərək bölgəni daha çox inteqrasiya olunmuş və logistik cəhətdən şaxələnmiş hala gətirməyə qadirdir.

"Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da az əhəmiyyətli istiqamət deyil. Qazaxıstan və Azərbaycan bu birliyin iqtisadi və siyasi məzmununu formalaşdıran mərkəzi iştirakçılardır. Orta Dəhlizin, enerji və humanitar layihələrin inkişafı istiqamətində birgə fəaliyyət bütün region ölkələrinin əməkdaşlığını möhkəmləndirir", - deyə o əlavə edib.

Kosbayeva onu da qeyd edib ki, qarşıdakı Qazaxıstan-Azərbaycan biznes forumu da səmərəli əməkdaşlıq üçün mühüm platformaya çevriləcək. Bu forum biznes dairələri arasında birbaşa dialoq imkanı yaradacaq və siyasi razılaşmaların konkret investisiya layihələrinə çevrilməsinə şərait yaradacaq. Ekspertin fikrincə, forumda xüsusilə logistika, rəqəmsallaşma, kənd təsərrüfatı sektoru və "yaşıl" enerji sahələrinə xüsusi diqqət yetiriləcək.  

Alimlər xərçəngdən ölümün əsas səbəbini tapdılar like
  • 20 Okt 20:41  
Digərləri Alimlər xərçəngdən ölümün əsas səbəbini tapdılar

Xərçəngdən ölümün əsas səbəbi metastaz ( xərçəngin əsas şişində

arrow Ətraflı
Acundan mərhum iştirakçının ailəsinə JEST like
  • 20 Okt 20:25  
Şou-biznes Acundan mərhum iştirakçının ailəsinə JEST

Məşhur aparıcı Acun Ilıcalı ötən il dünyasını dəyişən Hasan Yaln�

arrow Ətraflı
Filippində güclü zəlzələ oldu like
  • 20 Okt 20:04  
Dünya Filippində güclü zəlzələ oldu

Filippində 5,8 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Şirin içkiləri bu formada içəndə dişlərə zərər vurmur  Açıqlama like
  • 20 Okt 20:00  
Digərləri Şirin içkiləri bu formada içəndə dişlərə zərər vurmur Açıqlama

Diş sağlamlığının qorunmasında düzgün qidalanma vacib rol oynayır. Hə

arrow Ətraflı
"Həzi Aslanov"da aparılan təmir işləri nə yerdədir?  AÇIQLAMA like
  • 20 Okt 19:41  
Digərləri "Həzi Aslanov"da aparılan təmir işləri nə yerdədir? AÇIQLAMA

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidə

arrow Ətraflı
İllərdir küsülü olduğu qızı ilə barışdı like
  • 20 Okt 19:24  
Şou-biznes İllərdir küsülü olduğu qızı ilə barışdı

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı A

arrow Ətraflı
Qəbələdə iki avtomobil toqquşdu  xəsarət alanlar var like
  • 20 Okt 18:55  
Digərləri Qəbələdə iki avtomobil toqquşdu xəsarət alanlar var

Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.

arrow Ətraflı
Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq like
  • 20 Okt 18:46  
Digərləri Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.

arrow Ətraflı
Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı like
  • 20 Okt 18:25  
Digərləri Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı

Yeni Günəşlidə yerləşən 275 nömrəli tam orta məktəbdə ayaqyolunun ta

arrow Ətraflı
21 ölkədə tərcüməçi işləyib  indi yollarda corab SATIR like
  • 20 Okt 18:14  
Digərləri 21 ölkədə tərcüməçi işləyib indi yollarda corab SATIR

Sosial şəbəkələrdə bir nənənin həyat hekayəsi geniş maraq doğurub.

arrow Ətraflı
Bu halda pulunuzu bankdan təcili çıxarın  Açıqlama like
  • 20 Okt 18:00  
Digərləri Bu halda pulunuzu bankdan təcili çıxarın Açıqlama

Maliyyə eksperti bankda problemlərin ola biləcəyini göstərən əlamətlər

arrow Ətraflı
“Ramiz Mehdiyev heç mənə salam vermirdi” like
  • 20 Okt 17:58  
Digərləri “Ramiz Mehdiyev heç mənə salam vermirdi”

"Ramiz Mehdiyevi yalnız televizorda və bir dəfə işə qəbul olunarkən

arrow Ətraflı