Heydər Əliyev Mərkəzində incəsənət həftəsonunda caz konserti keçiriləcək VİDEO FOTO
Kriminal 20 Okt 2025 16:53:00 80 0
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsinin açılış tədbirlərinin ardından caz konserti təşkil olunacaq.
Bu xəbəri də oxu: “CineMastercard”da tarixi dram “Mevlana Mesti Aşk”
Trend xəbər verir ki, konsertdə ABŞ-dən əfsanəvi Şeril "Pepsii" Rayli (Cheryl "Pepsii" Riley) ilə "Interplay" qrupunun ifasında "R&B" və caz improvizasiyalarının unikal sintezindən ibarət proqram təqdim ediləcək.
Şeril "Pepsii" Rayli (Cheryl "Pepsii" Riley) və "Interplay" qrupu paytaxtımızda 20-ci Bakı Caz Festivalı günləri çərçivəsində çıxış edir. Heydər Əliyev Mərkəzində təşkil ediləcək konsert 20-ci Bakı Caz Festivalının bağlanış tədbiri olacaq.
Bruklində doğulan Şeril karyerasına fiziki məhdudiyyətli uşaqlara qulluq edən tibb bacısı kimi başlayıb. O, "Thanks for My Child" adlı duyğulu ballada ilə beynəlxalq şöhrət qazanıb. Bu mahnı 1988-ci ildə Billboard R&B çartında birinci yerədək yüksəlib. O, güclü səsi və səmimi ifası ilə yanaşı, həm də aktrisa kimi tanınır.
"Interplay" əməkdaşlıq və yaradıcılıq ruhunu təcəssüm etdirən, caz və sərbəst improvizasiyaları sintez edən triodur.
Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin həbsi ilə

Müğənni Elit Star Cəmilə maraqlı açıqlaması ilə gündəmə gəlib.

Rusiyalı müğənni Zemfira Ramazanova Ermənistana planlaşdırılan konsert t

Oktyabrın 19-da Rumıniyadan olan ifrat sağçı deputat Diana Şoşoake Rusiya

Rusiyalı müğənni Zemfira (əsl adı Zemfira Ramazanova) Ermənistana konsert

İranın su ehtiyatları və ətraf mühit üzrə eksperti Möhsün Xansəri bil

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, professor, kamança ifaçısı F�

Gəncədə xəstəxanada bədbəxt hadisə baş verib.

Xəyalə Xalıqverdi qızı Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təs

Quba şəhərinin mərkəzində piyadaların hərəkəti çətinləşib, çünki

İTV-də efirə gedən "Salam, Azərbaycan" verilişi yeni aparıcıl

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni təyinat olub.

Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova intihara

"Amazon", "Snapchat", "Robinhood" və "Perple

Müğənnilər - Musayevlər ailəsi verilişlərin birinin qonağı olublar.
