İlham Haqverdiyev onlardan rüşvət alıb FOTO
Digərləri 20 Okt 2025 16:52:00 59 0
Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin həbsi ilə bağlı detallar məlum olub.
Bu xəbəri də oxu: ANAMA əməkdaşı Xocavənndə minaya düşdü
Son.az xəbər verir ki "qafqazinfo"nun əldə etdiyi məlumata görə, mayor rütbəsi ilə xidmət edən rəis rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.
Nazirliyin istirahət evindəki korrupsiya faktı Respublika Hərbi Prokurorluğu tərəfindən müəyyən edilib. Aparılan araşdırma nəticəsində qanunauyğun tədbir görülüb. İlkin istintaqla müəyyən edilib ki, İlham Haqverdiyev vəzifəsindən sui-istifadə edərək bir neçə mülki şəxsi rüşvət qarşılığında işə düzəldib.
Belə ki, o, bir nəfəri yanğından mühafizə üzrə müfəttiş təyin etmək üçün 2500 manat, başqa bir qadını xadimə kimi işə qəbul etmək üçün isə 1500 manat alıb. Bundan əlavə, Haqverdiyevin istirahət evinin inzibati qeydiyyatçısının gecə növbəsindən gündüz növbəsinə keçirilməsi üçün 500 manat, dizelçi-elektrikin əmək müqaviləsinin uzadılması üçün isə əlavə məbləğdə rüşvət aldığı bildirilir.
Mayora qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda onun ətrafında araşdırma davam edir. İbtidai istintaq dövründə cinayət işi üzrə başqa epizodların da ortaya çıxa biləcəyi istisna edilmir.
Təqsirləndirilən şəxs özü isə ittihamla razılaşmır. O, bu gün həbs qərarından apellyasiya şikayəti verib.
Müğənni Elit Star Cəmilə maraqlı açıqlaması ilə gündəmə gəlib.

Rusiyalı müğənni Zemfira Ramazanova Ermənistana planlaşdırılan konsert t

Oktyabrın 19-da Rumıniyadan olan ifrat sağçı deputat Diana Şoşoake Rusiya

Rusiyalı müğənni Zemfira (əsl adı Zemfira Ramazanova) Ermənistana konsert

İranın su ehtiyatları və ətraf mühit üzrə eksperti Möhsün Xansəri bil

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, professor, kamança ifaçısı F�

Gəncədə xəstəxanada bədbəxt hadisə baş verib.

Xəyalə Xalıqverdi qızı Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təs

Quba şəhərinin mərkəzində piyadaların hərəkəti çətinləşib, çünki

İTV-də efirə gedən "Salam, Azərbaycan" verilişi yeni aparıcıl

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni təyinat olub.

Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova intihara

"Amazon", "Snapchat", "Robinhood" və "Perple

Müğənnilər - Musayevlər ailəsi verilişlərin birinin qonağı olublar.

Bərdə rayonunda sürücü idarə etdiyi avtomobili qarşısına keçən şəxs
