Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış olub


Siyasət 16 Okt 2025 23:13:00 70 0

Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, keşiş Don Lodoviko Turrisi və arxitektor Marko Çiriaki Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bildirilib ki, Müqəddəs Həvari Pavelin dəfn olunduğu yer üzərində inşa edilən bu kilsə Romada yerləşən dörd əsas papal bazilikadan biridir, Roma Katolik Kilsəsinin ən müqəddəs və tarixi məkanlarından sayılır. Bazilikanın daxili hissəsində I Pyotrdan başlayaraq indiyədək bütün papaların mozaika portretləri yerləşdirilib. Vatikanın gur səs-küylü mühitindən uzaqda yerləşdiyi üçün bazilika sakit və ruhani atmosferi ilə seçilir.

Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən "Yubiley İli" çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi Qubernatorluğun sabiq prezidenti kardinal Fernando Vergez Alzaqa və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar. Son.az 

Qiymənin içinə 1 parça əlavə edin   Çox ləzzəti olur, köhnəlmir like
  • 16 Okt 23:12  
Digərləri Qiymənin içinə 1 parça əlavə edin Çox ləzzəti olur, köhnəlmir

Mətbəximizin ayrılmaz məhsullarından olan qiymə - kotletdən makaronlara,

arrow Ətraflı
Xəyanətin səbəbi açıqlandı like
  • 16 Okt 23:00  
Digərləri Xəyanətin səbəbi açıqlandı

"Xəyanətin ən çox yayılan səbəbi emosional və ya cinsi ehtiyacları

arrow Ətraflı
Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb like
  • 16 Okt 22:48  
Siyasət Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəd

arrow Ətraflı
Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş like
  • 16 Okt 22:36  
Digərləri Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş

Kaliforniya Universitetinin (UC Irvine) alimləri adi optik kompüter siçanlar�

arrow Ətraflı
Mehriban Əliyeva Vatikanda açılış mərasimində iştirak edib like
  • 16 Okt 22:30  
Siyasət Mehriban Əliyeva Vatikanda açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəd

arrow Ətraflı
“Qızımın artıq 18 yaşı olacaq, amma icazə vermir ki...” like
  • 16 Okt 22:25  
Şou-biznes “Qızımın artıq 18 yaşı olacaq, amma icazə vermir ki...”

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizin ona qoyduğu qadağadan dan�

arrow Ətraflı
2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir – kilosu 30 manat like
  • 16 Okt 22:12  
Digərləri 2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir – kilosu 30 manat

Türkiyənin Sivas bölgəsində yetişən və nadir tapıldığı üçün dəy�

arrow Ətraflı
Meyvətərəvəz BAHALAŞDI like
  • 16 Okt 21:29  
Digərləri Meyvətərəvəz BAHALAŞDI

Bəzi meyvə-tərəvəzlərin qiymətində kəskin bahalaşma müşahidə edilir

arrow Ətraflı
Ot bahalaşdı, bəs ət?  QİYMƏTLƏR like
  • 16 Okt 21:16  
Digərləri Ot bahalaşdı, bəs ət? QİYMƏTLƏR

Son günlər Göyçayda ot bazarında bahalaşma müşahidə olunur. Belə ki, o

arrow Ətraflı
Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir  Açıqlama like
  • 16 Okt 21:03  
Digərləri Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir Açıqlama

Bəzi qida əlavəli həkim məsləhəti olmadan qəbul edilərsə faydasız ol

arrow Ətraflı
“PAŞA Bank" bu ilin hesabatını açıqladı like
  • 16 Okt 20:55  
Digərləri “PAŞA Bank" bu ilin hesabatını açıqladı

"Pasha bank"da 2025-ci ilin I yarımilinə həsr olunan mətbuat konfr

arrow Ətraflı
“Deyirdi ki, guya qızım pis yola düşüb, həyatımı söndürdü”  Mətanətin atası like
  • 16 Okt 20:50  
Kriminal “Deyirdi ki, guya qızım pis yola düşüb, həyatımı söndürdü” Mətanətin atası

"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməz

arrow Ətraflı
Un fabrikində baş verən yanğın söndürüldü like
  • 16 Okt 20:39  
Digərləri Un fabrikində baş verən yanğın söndürüldü

Gəncədə "Araboğlu" un fabrikində başlayan yanğın tam söndür�

arrow Ətraflı
“Ad günü” filminin aktyorları 48 ildən sonra bir arada like
  • 16 Okt 20:34  
Şou-biznes “Ad günü” filminin aktyorları 48 ildən sonra bir arada

"Ad günü" filminin qəhrəmanları 48 ildən sonra bir araya gəlibl

arrow Ətraflı
"Bank kredit borcuna görə tanışlarınıza zəng edə bilməz"  AÇIQLAMA like
  • 16 Okt 20:21  
Digərləri "Bank kredit borcuna görə tanışlarınıza zəng edə bilməz" AÇIQLAMA

Kredit götürərkən banklar vətəndaşdan zəruri olan bütün məlumatları

arrow Ətraflı