Fərhad Əhmədov “Göyçayda nar plantasiyalarımda camaat 67 saat 20 manata çalışır”
Digərləri 16 Okt 2025 19:05:00 88 0
Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Bu xəbəri də oxu: Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşüb
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda cinayət işi üzrə əsas şahid qismində tanınmış azərbaycanlı milyarder Fərhad Əhmədov ifadə verib.
Məhkəmədəki ifadəsində Fərhad Əhmədov təqsirləndirilən Anass Derrazı tanıdığını söyləyib.
Fotoda:Anass Derraz
"Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə İngiltərə məhkəməsi yaxtama həbs qoyulmasına qərar verdi. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verildi və yaxta beynəlxalq sularda olarkən saxlanıldı. Anass Derraza bu məsələni danışarkən o da bu məsələdə Aleksandr Benalla ilə əlaqə yaratmışdı.
Onun köməyi ilə beynəlxalq imkanlardan istifadə etməklə yaxtamın üzərinə qoyulan həbs götürülməli idi. Bununla bağlı söhbətlər əsasında işin görülməsi üçün 6 milyon 140 min dollar lazım olduğunu dedilər.
Üçtərəfli müqavilə bağladıq və bu işin görülməsi üçün ilkin olaraq 600 min dollar köçürülməli idi. Həmin puldan 400 mini Aleksandr Benallanın, 200 mini isə Derrazın hesabına öz şəxsi bank hesabımdan köçürmə etdim. Amma onlar öz öhdəliklərini icra edə bilmədilər."
Fərhad Əhmədovun sözlərinə görə, sonradan DTX-də Anass Derrazın ifadəsi alınıb. O da izahat verib:
"Burada dələduzluq, aldatma var. Başqa cür desəm, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı, deyirdi ki, pulu qaytaracam. Mənim Göyçayda nar plantasiyalarım var, camaat orada 6-7 saata 20 manat pul alaraq çalışır.
Bunlar isə 600 min dollar alıb heç nə etməyiblər. Bu pulu niyə qaytarmırsınız?"
Tərəflərin suallarını cavablandıran Əhmədov yalnız Derraz ilə söhbət etdiyini, Aleksandr Benalla ilə əlaqəsi olmadığını deyib:
"Benalla ilə görüşməmişəm. Həmin dövrdə Anass Derrazı hüquqşünas kimi tanımışam, onun mühəndis olduğunu bilməmişəm."
Tanınmış milyarder ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edib. Əlavə olaraq, ona qarşı dəymiş ziyanın ödənilmədiyini bəyan edib. Proses gələn ay növbəti şahidlərin ifadəsi ilə davam edəcək.
Xatırladaq ki, Anass Derrazın adı Fransa prezidentinin keçmiş mühafizə rəhbəri Aleksandr Benalla ilə birgə Fərhad Əhmədova qarşı həyata keçirilmiş korrupsiya sxemində hallanır. İttihamlara görə, 2018-ci ildə bu şəxslər Əhmədovdan sanksiyalardan qorunması və yaxtasının həbsi məsələsinin həlli müqabilində külli miqdarda rüşvət alıblar. İstintaq sənədlərinə əsasən, Əhmədov tərəfindən köçürülən milyonlarla dollar Derrazın "Al Hilal Bank"dakı, Benallanın isə "Bank of Africa United Kingdom"dakı hesablarına yatırılıb. Son.az
Şagird sayının azlığına görə bağlanan məktəblərimiz 2023-cü ildən

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Sosial şəbəkələrdə orta ömür uzunluğunun artmasının gələcəkdə pen

Xəbər verdiyimiz kimi, Səbuhi Hacızadə bu gün Tovuzda həyat yoldaşı Mə

Oktyabrın 16-da "Texnologiya sərhəd tanımır: sağlamlıq naminə birl�

Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev saxlanılıb.

Müğənni Vəfa Şərifova sosial şəbəkələrdə yeni paylaşımı ilə izl

İsveçrənin nəhəng qida şirkəti "Nestle" xərcləri azaltmaq mə

Yəmən Husilərinin Baş Qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Gəmar

"Sənətin sərhədi yoxdur" adlı Beynəlxalq Akvarel Festivalı Xət

Bir neçə gündür barəsində 4 aylıq qəti imkan tədbiri seçilmiş Ramiz M

Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla ba
