Pensiya yaşı artırılacaq?
Digərləri 16 Okt 2025 18:24:00 63 0
Sosial şəbəkələrdə orta ömür uzunluğunun artmasının gələcəkdə pensiya yaşının artırılmasına səbəb olacağı ilə bağlı iddialar yayılıb.
Bu xəbəri də oxu: Teleaparıcıya yeni vəzifə verildi
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a cavab olaraq, bildirilib ki, pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur.
Qeyd edilib ki, ölkədə sosial ödənişlərin, o cümlədən pensiyaların davamlı artımı təmin edilməklə yanaşı, bu ödənişlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən hər ay vaxtlı-vaxtında həyata keçirilir:
"Eyni zamanda, Fondun maliyyə dayanıqlılığının təmin edilməsi üçün də məqsədyönlü işlər aparılır.
Sığorta-pensiya sistemində rəqəmsal həllərin geniş tətbiqi ilə şəffaflığın təminatı, DSMF-nin sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi və s. istiqamətlərdə müvafiq addımlar atılır.
Qeyd edilən tədbirlər çərçivəsində pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur", - cavabda bildirilib.
Xatırladaq ki, ötən gün Maliyyə Nazirliyi tərəfindən hazırlanan "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi"ndə qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil etmiş və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir: "Qeyd olunan demoqrafik yaşlanma, qeyri-formal məşğulluq, əmək bazarındakı struktur dəyişiklikləri və qlobal çağırışlar fonunda əhalinin pensiya təminatının kəmiyyət və keyfiyyətcə artan müasir tələblərə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi mühüm əhəmiyyət daşıyır". Son.az
Xəbər verdiyimiz kimi, Səbuhi Hacızadə bu gün Tovuzda həyat yoldaşı Mə

Oktyabrın 16-da "Texnologiya sərhəd tanımır: sağlamlıq naminə birl�

Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev saxlanılıb.

Müğənni Vəfa Şərifova sosial şəbəkələrdə yeni paylaşımı ilə izl

İsveçrənin nəhəng qida şirkəti "Nestle" xərcləri azaltmaq mə

Yəmən Husilərinin Baş Qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Gəmar

"Sənətin sərhədi yoxdur" adlı Beynəlxalq Akvarel Festivalı Xət

Bir neçə gündür barəsində 4 aylıq qəti imkan tədbiri seçilmiş Ramiz M

Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla ba

Cadenza orkestri 23 oktyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində görk

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev

Gəncə şəhərində yeni yaşayış binalarının tikintisinə başlanılır.
