İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib FOTO
Siyasət 16 Okt 2025 12:14:00 62 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
Son.az xəbər verir ki, söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunuldu.
Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vurğuladı.
Azərbaycan-UN-Habitat tərəfdaşlığı çərçivəsində ölkəmizdə indiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyi məmnunluqla qeyd edildi.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunuldu, işğaldan azad edilmiş ərazilərimizdə şəhər və kəndlərimizin inşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğu bildirildi.
Qonaq Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına könüllü maliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. O, COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayaraq, bu tədbirdə iqlim gündəliyi ilə urbanizasiya fəaliyyətinin bir araya gətirildiyini və bu xüsusda Azərbaycanın təşəbbüslərlə çıxış etdiyini məmnunluqla vurğuladı.
Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Digər mötəbər beynəlxalq tədbirlər kimi bunun da yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın perspektivləri müzakirə edildi.
Bu ilin III rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb

Hindistanın ən varlı iş adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani

Azərbaycan Prezidenti İlham Əliyev bütün Qafqazın şərəfini qorudu.

Palma yağı bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

ADY qatarlarında texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə

Türkiyədə polis tərəfindən daha bir genişmiqyaslı əməliyyat həyata ke

İstanbulun Esenyurt şəhərində avtomobillə gələn şəxs qəhvəxanada otu

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxun

Sabunçu Tibb Mərkəzində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin r�

Sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən b

Metronun "Cəfər Cabbarlı" stansiyası istiqamətində iki tunel tik

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Admi

Astroloqların və ruhani mütəxəssislərin fikrincə, ilin bəzi aylarında d

Şamaxı, Ağsu və İsmayıllı rayonlarında qəzalı vəziyyətə düşmüş
