Ramiz Mehdiyevin halı pisləşdi
Digərləri 16 Okt 2025 10:12:00 70 0
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı yeni xəbər var. Mehdiyevə yaxın çevrədən Modern.az-a daxil olan məlumata görə, media və sosial şəbəkələrin gündəmi olan akademikin halı dünən axşam saatlarında pisləşib. Hətta onun üstünə həkim çağırıblar. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stress səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi bildirilir. Verilən məlumata görə, 87 yaşlı R.Mehdiyevi qəzəbləndirən əsas məsələlərdən biri vaxtilə vəzifəyə irəli çəkdiyi, deputat mandatı verdiyi, mövqe bəxş etdiyi bəzi insanların indi onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumuna ciddi təsir göstərdiyi xüsusi vurğulanır. Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş.
Bu xəbəri də oxu: Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində Ramiz Mehdiyevə cinayət işi başladılıb.
O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
Astroloqların və ruhani mütəxəssislərin fikrincə, ilin bəzi aylarında d

Şamaxı, Ağsu və İsmayıllı rayonlarında qəzalı vəziyyətə düşmüş

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci

Məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı Fatma Rza qızı Hüsey

Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

Müğənni Nərmin Əhməd haqqında Anar Cəlilovla evlənəcəyi barədə yay�

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə proqnozlaşd�

Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin t�

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması

Səhər oyandıqdan sonra hiss edilən bəzi əlamətlər bəzən sadə yorğunl

Əməkdar artist Elton Hüseynəliyev yeni fəaliyyətə başlayıb.

Ticarət mərkəzlərinin tualetlərində istifadə olunan təmizlik kağızlar

Bir müddət əvvəl səhhətində problem yaranan Xalq artisti Zaur Rzayev uzun
