Hərbi xidmətlə bağlı qanuna dəyişiklik edilir
Digərləri 15 Okt 2025 14:37:00 72 0
Hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində sərəncamda olacaqlar.
Bu xəbəri də oxu: Qızılın qiyməti tarixi maksimumu yenilədi
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarına təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi məqsədilə hazırlanıb.
Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunu ilə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq 156-cı və 41-ci maddələrinə "Qeyd" hissəsi əlavə edilmişdir. "Qeyd" hissəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilmir.
"Survivor" yarışması ilə məşhurluq qazanan Aktyor Efecan Dianzen

Braziliyalı ulduz Neymar karyerasını İtaliyada davam etdirmək niyyətindəd

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ qazanacağı məbləğlə müzak

49 yaşında qəfil vəfat edən Əməkdar artist Cabir İmanovun konsertlərin

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say h�

Türkiyəli məşhur aktrisa Rabia Soytürkün yenicə eşq yaşamağa başlad�

2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərind�

Prezident İlham Əliyev "Dövlət Turizm Agentliyinin fəaliyyətinin təm

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Brazili

Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normalarının nəz�

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində ke�

Prezident İlham Əliyev "Müstəqil Dövlətlər Birliyinin iştirakçıs�

Son.az 15-31 oktyabr tarixləri üçün hər bürcə uyğun ulduz falını təqd

2022-ci ilin fevralından bəri Rusiyanın neft emalı sənayesi sırf "tex
