Heydər Əliyev Fondu tərəfindən Saatlının ucqar kəndində yeni məktəb binası inşa olunub FOTO
Digərləri 26 Sen 2025 17:23:00 79 0
Saatlı rayonunda yeni inşa olunan İkram Ağayev adına Nabatkənd tam orta məktəbin binasının açılışı olub.
Bu xəbəri də oxu: Ət əvəzinə bu məhsulları yemək olar Eyni effekti verir
Heydər Əliyev Fondunun tərəfindən inşa olunan yeni binanın açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Astanov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Son.az xəbər verir ki, açılış mərasimində çıxış edənlər dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Qeyd edilib ki, son illər bir çox ucqar kənddə yeni məktəb binaları inşa edilib, həmçinin bir sıra binalar əsaslı təmir olunub. Bildirilib ki, Nabatkənd tam orta məktəbin binası 1937-ci ildə inşa edilib. Ötən müddət ərzində bina istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası inşa olunub.
624 şagird yerlik yeni məktəb binasının inşasına 2024-cü il may ayında başlanılıb. Dördmərtəbəli məktəb binası 4 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Neftçala rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.

"Bağışlayın ki, bunu yaşatdım"

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında istedadlı rəssam Meh

Azərbaycanlı tiktokerin gəlinliyi sosial şəbəkədə müzakirələr yaradı

Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu 27 sentyabr - A

Amerikanın məşhur qəhvə şəbəkəsi "Starbucks" 400 mağazasın�

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsu

Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi əhalidə

Naxçıvan Muxtar Respublikasında içməli su şəbəkəsinə sayğac quraşdı

ABŞ prezidenti Donald Tramp altı ildən sonra Türkiyə prezidenti Rəcəb Tay

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayı

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan ABŞ-a səfər edib.
