Azərbaycan QHTləri Anım Günü ilə bağlı bəyanat yayıb FOTO


Digərləri 26 Sen 2025 16:29:00 79 0

Azərbaycan QHTləri Anım Günü ilə bağlı bəyanat yayıb  FOTO

Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu 27 sentyabr - Anım Gününə həsr olunmuş toplantı keçirib. Əvvəlcə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib.

Bu xəbəri də oxu: Paşinyan Moskvadan NyuYorka gedib

Toplantıda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının İdarə Heyəti, müxtəlif QHT rəhbərləri, şəhid ailələrinin təmsilçiləri, müharibə veteranları iştirak edib. Vətən müharibəsinin başlanması səbəbləri və tarixi Zəfərlə nəticələnməsi prosesi, yaranan yeni real müzakirələrdə geniş təhlil edilib.

Yekunda 27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Milli QHT Forumunun bəyanatı səsləndirilib. Bəyanatı təqdim edirik:

"5 il əvvəl - 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu "Dəmir Yumruq əməliyyatı" kimi dünya hərb tarixinə düşən əks-hücum əməliyyatına başladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi, milli ləyaqət nümunəsinə çevrildi.

27 Sentyabr - Anım Günü Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümüdür. Şəhidlərimizin hünəri və qanı bahasına yazılan bu zəfər tarixi ədaləti təmin etdi, regional güc balansını Azərbaycanın xeyrinə dəyişdi, gələcək nəsillərə təhlükəsizlik və tərəqqi miras qoydu.

Biz fəxr edirik ki, şəhidlərimiz 44 günlük müharibənin gedişində Gəncə, Tərtər və Bərdə rayonlarında dinc əhaliyə qarşı raket hücumlarının qisasını döyüş meydanında aldı. Biz bundan sonra da şəhidlərimizin şərəfli həyat yolunu öyrənəcək və öyrədəcək, onların tarixi missiyasını unutmayacağıq.

2020-ci ildəki 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzü, 2023-cü il 19-20 sentyabr tarixində keçirilən əməliyyat dövlət suverenliyimizi tam bərpa etdi.

Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrinin icrasına nail oldu. Hazırda azad edilmiş ərazilərdə dünyada bənzəri olmayan geniş bərpa və quruculuq işləri aparılır, "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı həyata keçirilir.

Azərbaycan beynəlxalq hüququn prinsiplərinə - suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına sadiq qalaraq, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində qətiyyətli addımlar atır. Bu ilin 8 avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə tarixi əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycanın əsas ərazisi ilə Naxçıvan bölgəsi arasında maneəsiz bağlantının - Zəngəzur dəhlizinin reallaşmasını da təmin edəcək.

Bütün bunlar həm də şəhidlərimizin fədakarlığı, müharibə veteranlarımızın əzmi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik siyasəti, yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev müharibənin qalibi olduğu kimi, sülhün də müəllifidir.

Azərbaycan QHT-ləri qəhrəman şəhidlərimizin ailələrinə bundan sonra da müqəddəs əmanət kimi yanaşacaq.

Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Azərbaycan Milli QHT Forumu şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, onların ruhu qarşısında baş əyir".

"Starbucks" yüzlərlə mağazasını bağlayır  900 iş yeri ixtisar ediləcək like
  • 26 Sen 16:15  
Dünya "Starbucks" yüzlərlə mağazasını bağlayır 900 iş yeri ixtisar ediləcək

Amerikanın məşhur qəhvə şəbəkəsi "Starbucks" 400 mağazasın�

arrow Ətraflı
Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə  FOTO like
  • 26 Sen 16:00  
Digərləri Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə FOTO

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsu

arrow Ətraflı
Naxçıvanda əhalidən istifadə etmədiyi suya görə pul yığılıb like
  • 26 Sen 15:55  
Digərləri Naxçıvanda əhalidən istifadə etmədiyi suya görə pul yığılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi əhalidə

arrow Ətraflı
Naxçıvanda içməli su təmizlənmədən əhaliyə satılıbmış like
  • 26 Sen 15:47  
Digərləri Naxçıvanda içməli su təmizlənmədən əhaliyə satılıbmış

Naxçıvan Muxtar Respublikasında içməli su şəbəkəsinə sayğac quraşdı

arrow Ətraflı
Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində saziş imzalandı like
  • 26 Sen 15:45  
Dünya Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində saziş imzalandı

ABŞ prezidenti Donald Tramp altı ildən sonra Türkiyə prezidenti Rəcəb Tay

arrow Ətraflı
“Sənət inciləri” adlı silsilə mühazirəkonsertlər başa çatıb  FOTO like
  • 26 Sen 15:44  
Kriminal “Sənət inciləri” adlı silsilə mühazirəkonsertlər başa çatıb FOTO

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

arrow Ətraflı
Hesablama Palatası bu qurumda ciddi nöqsanlar aşkarladı like
  • 26 Sen 15:17  
Digərləri Hesablama Palatası bu qurumda ciddi nöqsanlar aşkarladı

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayı

arrow Ətraflı
Simonyanın əri öldü like
  • 26 Sen 15:13  
Digərləri Simonyanın əri öldü

Rejissor və televiziya aparıcısı Tigran Keosayan vəfat edib.

arrow Ətraflı
Paşinyan Moskvadan NyuYorka gedib like
  • 26 Sen 15:00  
Digərləri Paşinyan Moskvadan NyuYorka gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan ABŞ-a səfər edib.

arrow Ətraflı
Pensiya yaşına çatmadan ölən şəxsin təqaüdünü bu şəxslər ala bilər  AÇIQLAMA like
  • 26 Sen 14:48  
Digərləri Pensiya yaşına çatmadan ölən şəxsin təqaüdünü bu şəxslər ala bilər AÇIQLAMA

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxs pensiya ka

arrow Ətraflı
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert baş tutub  FOTO like
  • 26 Sen 14:40  
Kriminal Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
Bakıda ağacların nömrələnməsinə başlanılıb  FOTO like
  • 26 Sen 14:38  
Digərləri Bakıda ağacların nömrələnməsinə başlanılıb FOTO

Bakıda ağaclar nömrələnərək uçota alınır.

arrow Ətraflı
“Azərbaycan mahnısı ilə bağlı o səhnə qəsdən qurulmayıb” like
  • 26 Sen 14:28  
Şou-biznes “Azərbaycan mahnısı ilə bağlı o səhnə qəsdən qurulmayıb”

"Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı ob

arrow Ətraflı
Bakıda qardaşı arvadını barda tutan kişi cərimələndi like
  • 26 Sen 14:12  
Digərləri Bakıda qardaşı arvadını barda tutan kişi cərimələndi

Bakıda polisin qanuni tələbinə məhəl qoymayan şəxs həbs olunub.

arrow Ətraflı
Sumqayıta yeni avtobuslar verildi like
  • 26 Sen 14:10  
Digərləri Sumqayıta yeni avtobuslar verildi

Sumqayıtda nəqliyyat şəbəkəsi genişlənir.

arrow Ətraflı