“Azərbaycan mahnısı ilə bağlı o səhnə qəsdən qurulmayıb”
Şou-biznes 26 Sen 2025 14:28:00 72 0
"Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı obraz kimi təqdim olunur. Lakin biz bunu onların layihələrində görmürük".
Bu xəbəri də oxu: "Universitet müəllimlərindən 10 dəfə çox QAZANIRAM"
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, bunu aktyor Elməddin Cəfərov Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində tanınmış kino simaları ilə keçirilən görüşdə deyib.
Reytinqləri partladan türk serialında Azərbaycan mahnısı - VİDEOO, tədbir zamanı azərbaycanlı obrazların Türkiyə seriallarında pis göstərilməsini qınayıb: "Buna görə inciyirik. Azərbaycanlılar həmin layihələrdə süpürgəçi və ya buna bənzər obrazlarda təqdim olunur".
E.Cəfərov daha sonra aktyor Berk Oktayın "Amma Kənan MM bizim serialda komandir kimi çəkilmişdi" sözlərinə cavab olaraq "həmin serialın sponsoru da azərbaycanlılar idi", - deyə bildirib.
Həmçinin görüşdə türkiyəli aktyorlara Azərbaycan mahnılarının onların filmlərində səslənməsi və bəzi ekran işlərində Azərbaycan dilinə qarşı hörmətsizliklə bağlı iddialar barədə sual ünvanlanıb.
Türkiyəli sənətçilər bildiriblər ki, hər iki xalqı birləşdirən ortaq dəyərlərə hörmətlə yanaşılır və belə halların yanlış anlaşılmadan qaynaqlandığını düşünürlər.
B.Oktay isə mövzu barədə danışarkən deyib ki, sənətdə əsas məqsəd xalqlar arasında körpü yaratmaqdır: "Azərbaycan musiqisi və dili bizim üçün böyük dəyərə malikdir. Əksinə, biz filmlərdə bu zənginliyi təqdim etməkdən qürur duyuruq. "Kızılcık şerbeti" serialında həmin səhnədə oynayan aktyorlar mənim yaxın dostlarımdır. Əgər yanlış anlaşılma olubsa, bu, heç vaxt qəsdən edilməyib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunurdu və biz bununla bağlı danışdıq. Həqiqətən belə anlaşıldığı üçün çox məyus idilər. Bu səhnədən sonra daha diqqətli olacaqlarını söylədilər".
Qeyd edək ki, bir müddət öncə Türkiyənin "Kızılcık Şerbeti" serialında yeni rol alan Asil musiqisi mərhum Xalq artisti Məmmədbağır Bağırzadəyə məxsus "Ay saçı burma" mahnısının sədaları altında rəqs edib.
Mahnının səsləndirildiyi səhnə sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb.
Bakıda polisin qanuni tələbinə məhəl qoymayan şəxs həbs olunub.

İstanbulun Bahçelievler səmtində azərbaycanlı qətlə yetirilib.

Dırnaq gelləri bir çox xanımların istifadə etdiyi baxımdır. Hər birimiz

Sentyabrın 26-da ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (

Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı &q

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq tədbirlərdə ingi

Rusiyanın Vladivostok şəhərində orta məktəbdə yanğın baş verib.

"Atamın pulunu başqa qadınlara yedizdirən olmusan"

Şərqi Çinin Tszyansu əyalətində həkimlər ürək çatışmazlığının s

"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanova yeni müşavir t�

"Kolorit" restoranında heyvanların qanunsuz saxlanıldığı aşkar

Rusiyada saxta spirtli içkidən zəhərlənmə nəticəsində 7 nəfər ölüb.

Space Tv-də yayımlan verilişlərin birində gərgin anlar yaşanıb.
