ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır
Digərləri 25 Sen 2025 13:47:00 75 0
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.
Bu xəbəri də oxu: Donetskdə mülki ərazilərə zərbə: 17 yaralı, 5 ölən
Son.az ADY-yə istinadən xəbər verir ki, Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində - sentyabrın 28-dən etibarən müasir elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.
Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına çatacaq, saat 07:15-də Mingəçevirdən Gəncə-Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncə, 09:48-də isə Ağstafada olacaq. Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayacaq, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olacaq.
Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Gəncə-Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir-Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edəcək. Sərnişinlər səfər zamanı ödənişsiz "Wi-Fi" xidmətindən də yararlana biləcəklər.
Biletləri sentyabrın 25-dən etibarən ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yay

"Özümə gələ bilmirəm"

ABŞ sakini Moris Heystinqs törətmədiyi cinayətə görə 38 il Kaliforniya h

Zəlzələ təkcə geofiziki hadisə deyil, həm də cəmiyyətin aynasıdır. H

ABŞ-in kosmik agentliyi NASA yarım əsrlik fasilədən sonra ilk dəfə olaraq

Müğənni Xatirə İslamın paylaşımı marağa səbəb olub.

Limadakı məhkəmə zalında sanki hökm yox, kağız üzərindəki sıravi pro

Rusiyalı ekspertlər vətəndaşlara dollar və avroya alternativ axtarmağı t

İctimai nəqliyyat üçün yeni fondun yaradılması sosial şəbəkələrdə y

Xətlərin ayrılması layihəsinin tərkib hissəsində olan hər iki tunelin i

Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində r

Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi Qüdrət Şükürovun b
