Azərbaycanda ilk dəfə Milli Onkologiya Mərkəzində robotik cərrahiyyə əməliyyatları keçirilir VİDEO FOTO


Digərləri 25 Sen 2025 11:40:00 73 0

Azərbaycanda ilk dəfə Milli Onkologiya Mərkəzində robotik cərrahiyyə əməliyyatları keçirilir  VİDEO  FOTO

Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laporoskopik əməliyyat uğurla həyata keçirilib. Bu hadisə ölkə səhiyyəsi üçün yeni, böyük perspektivlər vəd edən inqilabi mərhələnin başlanğıcı hesab olunur.

Çin Xalq Respublikasının "Kangduo" şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə "Kangduo" şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib.

İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı mərhələlər isə Milli Onkologiya Mərkəzinin ixtisaslı həkimləri tərəfindən uğurla davam etdirilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində robot-assistentli laporoskopik cərrahiyyə əməliyyatının keçirilməsi prosesi ilə tanış olub.

Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyev həyata keçirilən fəaliyyətlər, elmi-tədqiqat işlərinin gedişatı və nanotexnologiyanın yeni nailiyyətlərinin tətbiqi ilə bağlı geniş məlumat verib.

Qeyd edilib ki, hazırda müasir robotik cərrahiyyə texnologiyaları sahəsində dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssislər vahid komandada birləşərək, onlayn rejimdə real əməliyyatlar həyata keçirirlər.

Bu, konkret xəstəyə minlərlə kilometr uzaqdan belə anında və yüksək dəqiqliklə təcili yardım göstərmək imkanı yaradır. Beləliklə, kritik vəziyyətdə olan pasiyent indi yalnız olduğu şəhərin və ya ölkənin imkanlarından asılı deyil - o, beynəlxalq səviyyəli həkimlərin bilik və təcrübəsinə robotlar vasitəsilə dərhal çıxış əldə edə bilər. Bu, tibbin gələcəyi deyil, artıq bu günün reallığıdır.

Hazırda Milli Onkologiya Mərkəzində robot-assistentli cərrahiyyənin inkişafı istiqamətində əlavə təlimlərin keçirilməsi və ginekologiya, urologiya, abdominal cərrahiyyə və koloproktologiya şöbələrində yeni əməliyyatların həyata keçirilməsi planlaşdırılır.

Robot-assistentli cərrahiyyə prosesi ilə tanışlıqdan sonra səhiyyə naziri Teymur Musayev bildirib ki, Milli Onkologiya Mərkəzində ölkə səhiyyəsində növbəti mühüm bir ilkə imza atılıb. Onun sözlərinə görə, müasir cərrahiyyənin zirvəsi olan robotik cərrahiyyə üsulunun artıq Azərbaycanda tətbiq edilməsi çox əlamətdar hadisədir: "Bu gün yüksək standartlara cavab verən əməliyyatxanada ən müasir avadanlıqla icra olunan bir əməliyyat prosesinin şahidi olduq. Bu münasibətlə başda akademik Cəmil Əliyev olmaqla Milli Onkologiya Mərkəzinin kollektivini ölkəmizin səhiyyəsi üçün atılan böyük addım münasibətilə səmimi qəlbdən təbrik edirəm".

Nazir xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda səhiyyə sahəsinə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində ən yüksək texnologiyalı müalicə üsullarının ölkə vətəndaşları üçün tətbiqi mümkün olub: "İnsan faktoru daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının sağlamlığı, onun sosial rifahı dayanır. Bu baxımdan da bugünkü əməliyyat yeniliyə doğru atılan bir addımdır. Bundan sonra belə diaqnoz qoyulan ölkə vətəndaşlarımız demək olar ki dünyada qabaqcıl texnologiya, ən müasir müalicə üsulu olan bu kimi əməliyyatların tətbiqi nəticəsində öz sağlamlıqlarına çox qısa bir müddətdə qovuşa biləcəklər. Robotik cərrahiyyə müasir tibbin ən yüksək texnologiya tətbiq edilən bir sahəsidir. Təbii ki, bu sahədə milli kadrların hazırlanması böyük əhəmiyyət kəsb edir. Biz əminik ki, Milli Onkologiya Mərkəzi artıq bu sahədə mütəxəssislərin hazırlanmasının ocağına çevriləcək. Yeri gəlmişkən, qeyd edim ki, mərhələli şəkildə digər tibb müəssisələrində də bu üsulun tətbiqi nəzərdə tutulur".

Nazir bildirib ki, bu gün pasiyent üzərində icra edilən əməliyyatı izləmək onun üçün xüsusi əhəmiyyət kəsb edir. "Mən özüm də ixtisasca uroloqam. Robotik cərrahiyyə baxımından müxtəlif təkmilləşdirmə kurslarında da iştirak etmişəm. Bu gün pasiyent üzərində icra olunan əməliyyat radikal prostatektomiyadır. Bu metodun tətbiqi ilə belə bir əməliyyatın həyata keçirilməsi ən az travmatik və orqan qoruyucu üsul hesab olunur. Pasiyentlər bu əməliyyatdan sonra çox qısa bir müddətdə normal həyata qayıda bilirlər. Bu, səhiyyəmiz üçün çox qürurverici hadisə və fərəh hissi yaradan məsələdir. Çox yaxşı haldır ki, radikal prostatektomiya əməliyyatlarında da robotik cərrahiyyə üsulunun tətbiqinə başlanılıb. Əməliyyatı icra edən bütün komanda yüksək ixtisaslı mütəxəssislərdir və onlar müvafiq hazırlıq kursu keçiblər. İnanıram ki, qısa bir müddətdə bu sahə üzrə digər mərkəzlərin mütəxəssislərinin də Milli Onkologiya Mərkəzində hazırlanması həyata keçiriləcək".

Keçmiş həyat yoldaşı Ayselə SÖZ ATDI: "Neçə ərin olub?" like
  • 25 Sen 11:38  
Şou-biznes Keçmiş həyat yoldaşı Ayselə SÖZ ATDI: "Neçə ərin olub?"

Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi Qüdrət Şükürovun b

arrow Ətraflı
Müəllimlərin savadlanması üçün 3 milyon manat ayrıldı like
  • 25 Sen 11:30  
Digərləri Müəllimlərin savadlanması üçün 3 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məktəblərin m�

arrow Ətraflı
“TikTok”er Mahirəyə həbs CƏZASI: Tələbə qızları 200500 manata... like
  • 25 Sen 11:10  
Kriminal “TikTok”er Mahirəyə həbs CƏZASI: Tələbə qızları 200500 manata...

Abşeron Rayon Məhkəməsində məşhur "TikTok"er Mahirə Marandskay

arrow Ətraflı
"Nizami" metrosunun yaxınlığında daha bir stansiya olacaq like
  • 25 Sen 11:08  
Digərləri "Nizami" metrosunun yaxınlığında daha bir stansiya olacaq

Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya in

arrow Ətraflı
Bakının mərkəzində yeni metro tikiləcək  "Port Baku"nun yaxınlığında like
  • 25 Sen 11:07  
Digərləri Bakının mərkəzində yeni metro tikiləcək "Port Baku"nun yaxınlığında

"Port Baku" yaxınlığında metronun yeni stansiyasının inşası n�

arrow Ətraflı
Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞdə şam yeməyində like
  • 25 Sen 11:03  
Siyasət Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞdə şam yeməyində

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibi Marko

arrow Ətraflı
“Eurolux”un rəhbəri evini satdı  289 min manatı işçisi ələ keçirdi like
  • 25 Sen 10:55  
Digərləri “Eurolux”un rəhbəri evini satdı 289 min manatı işçisi ələ keçirdi

Bakıda və regionlarda fəaliyyət göstərən "Bergamo" MMC-yə məx

arrow Ətraflı
Qusarda "vülkan" püskürdü  Anbaan görüntülər like
  • 25 Sen 10:53  
Digərləri Qusarda "vülkan" püskürdü Anbaan görüntülər

Qusarda vulkan püskürməsinə bənzər görüntülər lentə alınıb.

arrow Ətraflı
Naxçıvanda magistral yolda ceyranların keçidi like
  • 25 Sen 10:50  
Digərləri Naxçıvanda magistral yolda ceyranların keçidi

Naxçıvanda qeydə alınan görüntü marağa səbəb olub.

arrow Ətraflı
Ərdoğandan Makrona ATMACA: "Yaxşı olduğu vaxtlar da olurmuş"  VİDEO like
  • 25 Sen 10:39  
Dünya Ərdoğandan Makrona ATMACA: "Yaxşı olduğu vaxtlar da olurmuş" VİDEO

BMT-nin tədbiri üçün Nyu-Yorkda olan liderlər konfransdan əvvəl görüş�

arrow Ətraflı
Vətəndaşlar bu avtobuslardan şikayətçidir  Yenilənəcək  VİDEO like
  • 25 Sen 10:30  
Digərləri Vətəndaşlar bu avtobuslardan şikayətçidir Yenilənəcək VİDEO

Paytaxt sakinləri 114B nömrəli marşrut avtobusunun vəziyyətindən narazıl

arrow Ətraflı
İmişlidə toyda zəhərlənən şəxslərin sayı artıb like
  • 25 Sen 10:27  
Digərləri İmişlidə toyda zəhərlənən şəxslərin sayı artıb

24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə

arrow Ətraflı
Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş... like
  • 25 Sen 10:24  
Digərləri Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xə

arrow Ətraflı
Yaslardakı kimi toylarda da qadağa olacaq like
  • 25 Sen 10:17  
Digərləri Yaslardakı kimi toylarda da qadağa olacaq

Özbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq

arrow Ətraflı