İlham Əliyev NyuYorkda Bayo Oqunlesi ilə görüşüb
Siyasət 24 Sen 2025 23:17:00 65 0
Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in təsisçisi, sədri və baş icraçı direktoru Bayo Oqunlesi ilə görüşü olub.
Bu xəbəri də oxu: Azərbaycandakı dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib.
Prezident İlham Əliyev 2024-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında qurulan uğurlu tərəfdaşlığı vurğulayaraq, xüsusilə İtaliyanın aparıcı sürətli dəmir yolu operatoru "Italo"ya yatırılan birgə sərmayəni səmərəli əməkdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı, həmçinin şirkətin hava limanlarının idarə olunması, enerji keçidi və süni intellekt infrastrukturu kimi sahələrdə təcrübəsinin gələcək əməkdaşlıq üçün böyük imkanlar açdığını dedi.
Adebayo Oqunlesi Azərbaycanın strateji coğrafi mövqeyinin və dayanıqlı inkişaf prioritetlərinin infrastruktur sahəsində uzunmüddətli investisiyalar üçün mühüm imkanlar yaratdığını vurğuladı. O, rəhbərlik etdiyi şirkətin enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirdi.
Qeyd edək ki, "Global Infrastructure Partners" şirkəti 2006-cı ildə ABŞ-da təsis edilib. Hazırda təxminən 170 milyard ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London, Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri fəaliyyət göstərir. "Global Infrastructure Partners"in nəzarət etdiyi bərpaolunan enerji sahəsindəki şirkət ABŞ-da bu sahədə aparıcı şirkətlərdən biridir. Son.az
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Y

Suriya Prezidenti Əhməd Şara Birləşmiş Millətlər Təşkilatının 80-ci

Burqer gündəlik qidalanmada ən çox rast gəlinən fast food məhsullarından

BMT-nin 80-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-də olan Türki

İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir.

Ötən il Azərbaycanda, Bakıda keçirilən COP29 daha bir parlaq nümunədir.

İtaliya Baş naziri Corcia Meloni, BMT-nin Nyu-Yorkda keçirilən 80-ci Baş As

Alimlər kişi seksual davranışını yalnız beynin idarə etmədiyini, onurğ

Sosial şəbəkələrdə "ANC Group" MMC-yə məxsus "Rahat"

Astroloqlar bir bürc üçün ən çətin dövrün, nəhayət başa çatdığın

"Rəngarəng" verilişində aparıcı Zaur Nəbioğlu müğənni Nəf�

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində
