İsveçrədə KOBİAnın təşəbbüsü ilə Bakı İqlim Koalisiyasının təqdimatı keçirilib
Digərləri 23 Avq 2025 10:28:00 84 0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri İsveçrənin Cenevrə şəhərində səfərdə olub. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuş səfər zamanı KOBİA tərəfindən İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası (SACCI) və İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) üçün "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"yə dair təqdimatlar keçirilib.
Bu xəbəri də oxu: 3 deputatın övladı TƏLƏBƏ OLDU
Təqdimatlar zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində Agentliyin irəli sürdüyü və qlobal müstəvidə KOB-ların yaşıl hərəkatının yaradılması məqsədini daşıyan bəyannaməyə dair məlumat verib. "KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"nin məqsəd və hədəflərinə dair KOBİA-nın təqdimatında isə qeyd edilib ki, bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Artıq sözügedən bəyannaməyə 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub. Həmçinin, təqdimatlar zamanı Bakı İqlim Koalisiyası çərçivəsində görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.
SACCI, JCC və İsveçrə Alternativ Maliyyələşmə Səhmdar Cəmiyyəti (SAFAG) Bakı İqlim Koalisiyasını dəstəklədiklərini bildirib, bəyannaməyə qoşulmalarına dair anlaşma memorandumlarını imzalayıblar. Sənədlərdə KOB-ların yaşıl keçidinə dəstək və bu istiqamətdə tədbirlərin təşkili, iqtisadi əməkdaşlıq, ticarət, investisiya imkanları və yaşıl təşəbbüslərə dair məlumat mübadiləsi, əməkdaşlığın təşviqi kimi məsələlər nəzərdə tutulur.
KOBİA heyəti səfər zamanı BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyas, Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktorunun müavini Doroti Tembo və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Sahibkarlıq şöbəsinin müdiri Arlet Verploeq ilə görüşlər keçirib. Görüşlərdə iş adamlarının iştirakı ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsinə, KOB-ların inkişafına və yaşıl keçidinə dair fikir mübadiləsi aparılıb.
Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəss

ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukrayna ilə bağlı münaqişənin h

Ötən gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə

Astroloqların proqnozlarına görə, bu gün ərzində bəzi bürclər müsbət

İstirahət üçün rayonlara üz tutanların bəziləri təhlükəli ərazilər

Mətbəxdə diqqət yetirmədiyiniz kiçik bir vərdiş sağlamlığınız üç�

İllərdir 2-ci tip şəkər xəstələri üçün təhlükəli hesab edilən man

Misirin İsgəndəriyyə sahillərində aparılan arxeoloji araşdırmalar zaman

Moda dünyası 2025-ci ilin payız mövsümündə trendləri müəyyənləşdir�

Repçi Emirhan Çakal, Tekirdağın Hayrabolu rayonunda keçirilən 33-cü Gün�

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı m

ABŞ Prezidenti Donald Tramp ilə Vladimir Putin arasında 15 avqustda Alyaskada

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun
