Uşaqlar çimərlikdən qaçır dənizanası sancmaları artdı


Digərləri 10 Avq 2025 09:30:00 65 0

Uşaqlar çimərlikdən qaçır  dənizanası sancmaları artdı

Bu yay Delaver sahillərində dənizanası sayının kəskin artması çimərlik ziyarətçilərinə gözlənilməz narahatlıq yaradıb, yay əyləncəsini yarımçıq kəssə də, tam dayandırmayıb.

Son.az xarici mediaya istinadən xəbər verir ki, çimərlik patrul kapitanları iyul ayında dənizanası aktivliyi və sancmalarında son illərin ən böyük artımını müşahidə etdiklərini bildiriblər.

"Lewes Beach" çimərliyində əvvəlki illərlə müqayisədə dörd dəfə çox sancma hadisəsi qeydə alıb.

Yay aylarında Delaver sularında tez-tez rast gəlinən növlərə "lions mane" (uzunluğu 30 santı metrə çatan tentakllara malik növ), "sea nettle" və "moon jellyfish" daxildir.

Son illərdə Meyndən Floridaya qədər dənizanası artımları adi hala çevrilib. Suların isinməsi onların çoxalması üçün ideal şərait yaradır.

Adətən, Delaver ştatının beş dövlət parkında yay ərzində cəmi bir neçə sancma hadisəsi qeydə alınır, deyə çimərlik patrulu kapitanı Beyli Noel bildirib. Lakin "Fenwick Island State Park" bu yaxınlarda cəmi bir iyul günündə 92 sancma hadisəsi qeyd edib. Üç xilasedici isə dənizanası ilə dolu sularda üzgüçülük etdikdən sonra təcili yardıma aparılıb.

Filadelfiya sakini Kristina Cons bildirib ki, Delaverin "Towers Beach" sahilindəki dənizanası onun iki qızını elə qorxudub ki, sancıldıqdan sonra bir daha suya girməyiblər.

Beyli Noel deyib ki, Delaver Dövlət Çimərlik Patrulu bu il artan hadisələrə görə dənizanası sancmalarını izləməyə başlayıb. Əksər patrullar bu məlumatı ümumiyyətlə toplamır.

"Lewes Beach" patrulu 2024-cü ildə 295 sancma hadisəsi qeydə alıb (məlumat ilk dəfə toplanıb), 2025-ci ildə isə artıq 1 200-dən çox sancma baş verib, deyə kapitan Strohm Edvards vurğulayıb. Xilasedicilər indi sirkə məhlulları daşıyır ki, zəhərin təsirini neytrallaşdıraraq ağrını azaltsınlar.

Lakin bəzi araşdırmalara görə, sirkə məhlulu mikroskopik zəhərli tikanları, nematosistləri aktivləşdirə bilər. Bu səbəbdən bəzi mütəxəssislər çörək sodasından hazırlanmış məhlulu tövsiyə edir.

Edvardsın sözlərinə görə, Delaverin "lions mane" və "sea nettle" növlərinin sancmaları zəhərli olsa da, adətən yalnız yüngül qıcıqlanma və ağrıya səbəb olur. Amma güclü allergik reaksiya, ürəkbulanma, qusma və nəfəsalma çətinliyi hallarında xilasedicilər müdaxilə edə bilirlər.

Bu gün rezidenturaya qəbul imtahanının 2ci mərhələsi keçiriləcək like
  • 10 Avq 09:23  
Digərləri Bu gün rezidenturaya qəbul imtahanının 2ci mərhələsi keçiriləcək

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanını

arrow Ətraflı
Türkiyə bu tarixlərdə "qovrulacaq"  Azərbaycanda da 55° isti gözlənilirmi? like
  • 10 Avq 09:13  
Digərləri Türkiyə bu tarixlərdə "qovrulacaq" Azərbaycanda da 55° isti gözlənilirmi?

Türkiyə Afrikadan gələn yeni "Eyyam-ı Bahur" isti hava dalğası

arrow Ətraflı
Diş fırçasını islatmaq olmaz – Həkimlərdən xəbərdarlıq like
  • 10 Avq 08:08  
Digərləri Diş fırçasını islatmaq olmaz – Həkimlərdən xəbərdarlıq

Diş fırçasını islatmaq çox insanın gündəlik vərdişidir, amma mütəx�

arrow Ətraflı
Qarabağ Universitetində oxumaq istəyənlərin nəzərinə! like
  • 10 Avq 07:07  
Digərləri Qarabağ Universitetində oxumaq istəyənlərin nəzərinə!

Qarabağ Universitetində qəbul aparılacaq ixtisaslar məlum olub.

arrow Ətraflı
Gündə nə qədər çərəz yemək olar? like
  • 10 Avq 06:06  
Digərləri Gündə nə qədər çərəz yemək olar?

Çərəzlərin tərkibi vitaminlər, minerallar, zülallar və yağlarla zəngin

arrow Ətraflı
Noxud ağciyərlərə inanılmaz FAYDASI like
  • 10 Avq 04:04  
Digərləri Noxud ağciyərlərə inanılmaz FAYDASI

Noxud hər kəsin mətbəxində tapılan və tez-tez bişirilən paxlalı bitkil

arrow Ətraflı
Sağlamlıq üçün nektarin yeyilməlidir like
  • 10 Avq 02:02  
Digərləri Sağlamlıq üçün nektarin yeyilməlidir

Nektarin dadlı və şirin yay meyvəsidir.

arrow Ətraflı
Günəş altında yanmamağın ən effektiv like
  • 10 Avq 01:01  
Digərləri Günəş altında yanmamağın ən effektiv

Dəri xərçənginə ixtisaslaşmış dermatoloq, günəşdən qorunmanın son d

arrow Ətraflı
Putin niyə Alyaskanı seçdi? like
  • 10 Avq 00:10  
Siyasət Putin niyə Alyaskanı seçdi?

Gələn həftə, avqustun 15-də ABŞ-nin Alyaska ştatında Rusiya Prezidenti V

arrow Ətraflı
Günün qoroskopu: real addımlar sabaha saxlanılsın like
  • 10 Avq 00:01  
Digərləri Günün qoroskopu: real addımlar sabaha saxlanılsın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İlham Əliyev Paşinyandan niyə qələmi götürməsini istədi?  Jestin tarixçəsi like
  • 09 Avq 23:50  
Siyasət İlham Əliyev Paşinyandan niyə qələmi götürməsini istədi? Jestin tarixçəsi

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tra

arrow Ətraflı
Çində magistrı yenicə bitirib qayıtmışdı  Qəzada öldü  FOTO like
  • 09 Avq 23:38  
Digərləri Çində magistrı yenicə bitirib qayıtmışdı Qəzada öldü FOTO

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

arrow Ətraflı
Bu məhsulları soyuducuda saxlamaq olmaz like
  • 09 Avq 23:30  
Digərləri Bu məhsulları soyuducuda saxlamaq olmaz

Mütəxəssislər bəzi məhsulların soyuducuda saxlanmasının onların dadın

arrow Ətraflı
Natanyahu Azərbaycan xalqını təbrik edib like
  • 09 Avq 23:14  
Dünya Natanyahu Azərbaycan xalqını təbrik edib

"Prezident Trampı təbrik edirəm! Sizin cəsarətli liderliyiniz və qlob

arrow Ətraflı
Ağdamda yenə yanğın başladı like
  • 09 Avq 23:10  
Digərləri Ağdamda yenə yanğın başladı

Ağdamda yenidən yanğın hadisəsi başlayıb.

arrow Ətraflı