HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar
Digərləri 22 İyl 2025 16:10:00 88 0
10 iyul tarixində Huawei şirkəti mobil fotoqrafiya sahəsində yeni standartlar müəyyən edən innovativ funksiyalar və qabaqcıl texnologiyalarla təchiz olunmuş yeni flaqman smartfonlar seriyası HUAWEI Pura 80-i təqdim etdi.
Bu xəbəri də oxu: Kamran Əliyev ona vəzifə verdi
İkonik dizayn
HUAWEI Pura 80 Ultra və HUAWEI Pura 80 Pro modellərinin qırmızı rəngi parlaq dizaynı ilə seçilir. Bu modellər günəş şüaları altında zərif şəkildə parıldayır, HUAWEI Pura 80 Ultra smartfonunun kamera modulları isə qızılı halqalarla əhatə olunaraq, gələcəyə irəliləyişi simvolizə edən və flaqman modelin vizit kartına çevrilən ikonik dizayna ahəngdar şəkildə inteqrasiya olunub.
HUAWEI Pura 80 seriyası, Gələcəyin Estetikası
Peşəkar fotoçəkiliş
HUAWEI Pura 80 Pro smartfonunun inqilabi kamerası ultra-realistik rəng ötürməsi və 1 düym sensoru ilə kameranın qəbul etdiyi işıq həcmini maksimum dərəcədə artıraraq, zəif işıqlandırma şəraitində çəkiliş zamanı bütün çalarların və detalların möhtəşəmliyini əks etdirə və ötürə bilir. Ultra-realistik çəkiliş üçün ultra-kamera dəqiq rəng ötürməsini təmin edir, bu da gecə mənzərələrinin parlaq və yüksək dərəcədə aydın şəkildə çəkilməsinə imkan verir.
HUAWEI Pura 80 Ultra modelində isə ilk dəfə olaraq iki ədəd teleobyektiv təqdim olunur - biri 3.7x, digəri isə 10x yaxınlaşdırma dəstəyi olan ultra-böyük sensorlu obyektivlər. Bu obyektivlər sayəsində canlı portretlər və heyrətamiz perspektiv və məkan effektləri ilə dolğun yaxın plan şəkilləri çəkmək mümkündür.
HUAWEI XMAGE, Keyfiyyət itkisi olmadan dəfələrlə yaxınlaşdırma
Təkmilləşdirilmiş HUAWEI XMAGE filtrləri və üslubları, innovativ fotoçəkiliş texnologiyaları, sahədəki ən böyük teleobyektiv sensoru və qabaqcıl alqoritmlərlə birlikdə, zəif işıqlandırmada və güclü yaxınlaşdırma zamanı belə kristal dərəcədə aydın görüntülər yaratmağa imkan verir.
Maraqlı memarlıq detallarından tutmuş, möhtəşəm şəhərsalma nümunələrinə qədər - gecə şəhərinin canlı atmosferi misilsiz dəqiqliklə əks olunur. Teatr tamaşalarının və konsertlərin çəkilişi zamanı səhnədə baş verənlərin ən xırda detalları parlaq rənglərlə vurğulanır, 4K formatında video çəkilişə dəstək isə səhnə şousunu mobil telefon ekranında bütün gözəlliyi ilə canlandırmağa imkan verir.
HUAWEI Pura 80 seriyası, Gələcəyin Fotoçəkilişi
Süni intellektin innovativ imkanları
HUAWEI Pura 80 Pro və HUAWEI Pura 80 Ultra modellərində istifadəçiyə seçilmiş funksiyalara - kamera, fənər, ağıllı kamera xüsusiyyətləri və s. - dərhal çıxış imkanı verən ağıllı idarəetmə düyməsi təqdim olunur.
Təkmilləşdirilmiş barmaq izi tanıma alqoritmi bu texnologiyanın təhlükəsizliyini artırır və əməliyyatların bir an qırpımında yerinə yetirilməsini təmin edir.
Süni intellekt əsasında işləyən inkişaf etmiş səs-küy azaldıcı texnologiya, danışanın səsini önə çıxararaq hər iki tərəf üçün ətraf səsləri aradan qaldırır və istənilən şəraitdə təmiz, aydın səs keyfiyyəti təqdim edir.
Təkrarolunmaz güc və məhsuldarlıqHUAWEI Pura 80 Pro və HUAWEI Pura 80 Ultra modelləri, 5170 mA*s gücündə güclü batareya ilə təchiz olunub. Bu batareya 100 Vt HUAWEI SuperCharge naqilli və 80 Vt HUAWEI SuperCharge simsiz sürətli enerji doldurma texnologiyası ilə uzunmüddətli istifadəni təmin edir.1
Yüksək tutumlu batareya və sürətli şarj texnologiyası smartfonun fasiləsiz işləməsini təmin edir və cihazın qəfil sönməsi ilə bağlı narahatlıqları aradan qaldırır.
Kompromisi olmayan möhkəmlikHUAWEI Pura 80 Ultra modelindəki ikinci nəsil Kunlun Glass - aşınmaya davamlı şüşəsi, cızılmalara qarşı 16 dəfə, yerə düşmə zamanı zədələnmələrə qarşı isə 25 dəfə daha dayanıqlıdır.2
Bu etibarlı qoruyucu qat, smartfonu ən gözlənilməz vəziyyətlərdə belə zədələnmələrdən qoruyaraq misilsiz davamlılıq və möhkəmlik təmin edir.
¹ HUAWEI SuperCharge 80 Vt simsiz enerji doldurma paneli ayrıca satılır.
² Məlumatlar Huawei laboratoriyasının ikinci nəsil Kunlun Glass aşınmaya davamlı şüşəsi ilə adi şüşə arasındakı müqayisəsinə əsaslanır.
Smartfon yüksək dəqiqlikli elektron komponentlərdən ibarətdir və xarici təsirlərə, fiziki faktorlarla təmasa həssasdır. İstifadə zamanı cihazın yerə düşməməsinə diqqət yetirin.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və Ukrayna arasında sülh danış

İranlılar temperaturun 50C-yə çatması və su anbarlarının tükənməsi s�

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi i

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, zəruri hesab olunduğu təqdirdə,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricd

Bakı şəhər Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzas

Bakıda yeni metro stansiyalarının tikintisi üzrə layihələndirilmə işlə

Bəzi bürclər var ki, həqiqətə alternativ yollar tapmaqda ad çıxarıb. B�

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Sumqayıt şəhərində yeni tikilən binaların birində bədbəxt hadisə baş

"Yunus Oğuzun zəngin və çoxşaxəli fəaliyyəti təkcə yaradıcılıq

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial �

Prezident İlham Əliyev "Sabirabad rayonunun Hacıqabul-Bəhrəmtəpə-Min
