Rusiyanın qısa zamanda təyyarə qəzası ilə bağlı istintaqın konkret nəticələri barədə Azərbaycana məlumat verəcəyinə ümid edirik – Baş prokuror


Siyasət 22 İyl 2025 15:53:00 74 0

Rusiyanın qısa zamanda təyyarə qəzası ilə bağlı istintaqın konkret nəticələri barədə Azərbaycana məlumat verəcəyinə ümid edirik – Baş prokuror

Ümid edirik ki, Rusiya tərəfi qısa zaman ərzində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişi və konkret nəticələri, həmçinin cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunması barədə Azərbaycana məlumat verəcək. Əgər bu addım atılmasa, o zaman Prezident İlham Əliyevin qeyd etidiyi kimi, beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququnu özümüzdə saxlayırıq.

Son.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev səsləndirib.

Baş prokuror xatırladıb ki, hadisə baş verən kimi Azərbaycanın prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyni zamanda, Qazaxstan tərəfi də cinayət işi başladıb. Sonra Rusiya İstintaq Komitəsi də prosesə cəlb olunub.

"Sual yarana bilər ki, eyni hadisəyə görə niyə bir neçə ölkə cinayət işi başladır? Çünki bu məsələ hər üç dövlətin maraqlarına toxunub. Hadisə zamanı hər üç ölkənin və digər dövlətlərin vətəndaşları həm dünyasını dəyişib həm də xəsarət alıblar", - deyə Kamran Əliyev diqqətə çatdırıb.

O deyib ki, Azərbaycanın rəsmi strukturları həm Rusiya, həm də Qazaxıstan tərəfi ilə bu məsələ ilə əlaqədar əməkdaşlıq edir.

"Prezindent İlham Əliyevin də qeyd etdiyi kimi, biz Rusiya İstintaq Komitəsi ilə daim əlaqə saxlayırıq, məktublar ünvanlıyırıq. Qarşı tərəf hələ ki istintaq hərəkətləri və ekspertizaların həyata keçirilməsini əsas gətirərək istintaqın konkret nəticələri barədə bizə məlumat vermir", - deyə Baş prokuror vurğulayıb.

Kamran Əliyevin sözlərinə görə, Azərbaycan tərəfinin hadisə ilə bağlı kifayət qədər sübütları var.

"İlkin mərhələdən etibarən biz zəruri olan bütün sübutları toplamışıq. Hadisənin baş verməsi və səbəbləri barədə kifayət qədər məlumatımız var, sübutlar mövcuddur. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik. Bu yaxınlarda istintaq qrupumuzun üzvləri Qazaxıstana səfər ediblər və həmkarlarla işguzar görüş keçiriblər. Biz, həmçinin Braziliya prokurorluğu ilə əlaqə saxlayırıq. Çünki "Embraer-190" təyyarəsi bu ölkədə istehsal olunub", - deyə o əlavə edib.

Zelenski Rusiya ilə danışıqlara onu göndərəcək like
  • 22 İyl 15:50  
Dünya Zelenski Rusiya ilə danışıqlara onu göndərəcək

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və Ukrayna arasında sülh danış

arrow Ətraflı
Havalar dəhşətli dərəcədə isindi  Məktəblər bir günlük bağlı olacaq like
  • 22 İyl 15:20  
Dünya Havalar dəhşətli dərəcədə isindi Məktəblər bir günlük bağlı olacaq

İranlılar temperaturun 50C-yə çatması və su anbarlarının tükənməsi s�

arrow Ətraflı
Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQ like
  • 22 İyl 15:03  
Digərləri Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQ

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi i

arrow Ətraflı
Tramp İranı hədələdi  “Lazım olsa...” like
  • 22 İyl 14:53  
Dünya Tramp İranı hədələdi “Lazım olsa...”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, zəruri hesab olunduğu təqdirdə,

arrow Ətraflı
İyulun pensiya ödənişi yekunlaşdı like
  • 22 İyl 14:42  
Digərləri İyulun pensiya ödənişi yekunlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi like
  • 22 İyl 14:36  
Şou-biznes Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricd

arrow Ətraflı
Mais Cəfərov faciəvi şəkildə vəfat etdi like
  • 22 İyl 14:20  
Digərləri Mais Cəfərov faciəvi şəkildə vəfat etdi

Bakı şəhər Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzas

arrow Ətraflı
Bakıda yeni metro stansiyalarının tikintisinə 35,4 milyon manat ayrıldı like
  • 22 İyl 14:12  
Digərləri Bakıda yeni metro stansiyalarının tikintisinə 35,4 milyon manat ayrıldı

Bakıda yeni metro stansiyalarının tikintisi üzrə layihələndirilmə işlə

arrow Ətraflı
Yalanı həyat tərzinə çevirən 3 BÜRC  Yalansız yaşaya bilmir! like
  • 22 İyl 13:57  
Digərləri Yalanı həyat tərzinə çevirən 3 BÜRC Yalansız yaşaya bilmir!

Bəzi bürclər var ki, həqiqətə alternativ yollar tapmaqda ad çıxarıb. B�

arrow Ətraflı
Sabah çimərliklərdə hava necə olacaq? like
  • 22 İyl 13:42  
Digərləri Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Sumqayıtda 20 yaşlı fəhlə dağıntılar altında qaldı like
  • 22 İyl 13:30  
Digərləri Sumqayıtda 20 yaşlı fəhlə dağıntılar altında qaldı

Sumqayıt şəhərində yeni tikilən binaların birində bədbəxt hadisə baş

arrow Ətraflı
“Yunus Oğuz dövlətçilik və ictimai fikir tariximizin salnaməsini yazır” – Zahid Oruc like
  • 22 İyl 13:24  
Digərləri “Yunus Oğuz dövlətçilik və ictimai fikir tariximizin salnaməsini yazır” – Zahid Oruc

"Yunus Oğuzun zəngin və çoxşaxəli fəaliyyəti təkcə yaradıcılıq

arrow Ətraflı
Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib like
  • 22 İyl 13:21  
Siyasət Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial �

arrow Ətraflı
Prezident Sabirabadda yol təmirinə 2,1 milyon manat ayırdı like
  • 22 İyl 13:09  
Siyasət Prezident Sabirabadda yol təmirinə 2,1 milyon manat ayırdı

Prezident İlham Əliyev "Sabirabad rayonunun Hacıqabul-Bəhrəmtəpə-Min

arrow Ətraflı
Sülh müqaviləsinə nə mane olur? like
  • 22 İyl 13:08  
Siyasət Sülh müqaviləsinə nə mane olur?

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin niyə imzalanmadığı

arrow Ətraflı