Elariz Məmmədoğlunun kürəkəninin növbəti məhkəməsi
Digərləri 21 İyl 2025 20:44:00 79 0
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu xəbəri də oxu: Ərdoğan: Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir
Son.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə "İnvestAz" saytının rəhbəri Elşən Quliyev ölkə xaricində olduğundan onun məhkəməyə məcburi gətizdirilməsi ilə bağlı qərar qəbul edilib.
Təqsirləndirilənin vəkili vəsatət qaldıraraq "İnvestAz "ın digər səlahiyyətli şəxsi, saytın direktor müavini Ceyhun İbrahimovun prosesdə dindirilməsinin təmin olunmasını xahiş edib.
Növbəti proses iyulun 28-ə təyin edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
İş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
Əlavə edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.
Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm bünövrəyə malik o

Aparıcı Elgiz Əkbər bir çox bayağı mahnı ifaçılarının proqramında &

Alimlər Albaniyada yerləşən xrom mədənində təbiətdə nadir hallarda ras

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda mill

Paytaxtın Səbail rayonu Bibiheybət qəsəbəsində ölümlə nəticələnən

Ağcabədi sakini ötən il vəfat edən atasının adına olan həyətyanı sah

Polşanın enerji sektorunda dönüş nöqtəsi ola biləcək mühüm kəşf edi

Son günlərdə sosial şəbəkələrdə yayılan xəbərdarlıq mesajları nara

"İçimizdəki o saf, sevinən uşağı qoruyub saxlamaq həyatı daha rən

Türkiyə Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Ermənistan arası

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş naz

Bu günlərdə baş verəcək maqnit qasırğaları meteohəssas insanlar üçü

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikası Prezidentini

2025-ci ilin yanvar-iyun ayları ərzində 33 min nəfərdən çox şəxsə ə

Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizirə cəza verilib. Əsgər h�
