Yerin altında həcmi 200 milyon ton olan enerji anbarı tapıldı: Harda yerləşir?


Digərləri 21 İyl 2025 20:06:00 59 0

Yerin altında həcmi 200 milyon ton olan enerji anbarı tapıldı: Harda yerləşir?

Alimlər Albaniyada yerləşən xrom mədənində təbiətdə nadir hallarda rast gəlinən və enerji baxımından böyük əhəmiyyətə malik olan nəhəng hidrogen ehtiyatı aşkarlayıblar. 

Son.az xəbər verir ki, "Econews" saytının xəbərinə görə, bu yataq ildə təqribən 200 ton hidrogen hasil etməyə qadirdir və potensial ümumi ehtiyatlar 200 milyon tonadək qiymətləndirilir.

Məlumata əsasən, bu, Yer kürəsində indiyə qədər ölçülmüş ən böyük təbii hidrogen mənbəyidir. Tədqiqatçıların fikrincə, bu tapıntı, dərin geoloji qırılma zonalarında yerləşən yeraltı hidrogen anbarlarının mövcudluğu və istifadəyə yararlılığına dair ilk konkret sübutdur.

Hidrogen uzun illərdir "gələcəyin yanacağı" kimi qəbul edilir. Lakin ənənəvi üsullarla - metanın yandırılması və ya elektrolizlə - istehsalı həm baha başa gəlir, həm də karbon emissiyası yaradır. Albaniyadakı bu yataq isə istisna təşkil edir: burada qaz artıq təmiz, yüksək konsentrasiyalı formada mövcuddur və əlavə emala ehtiyac duymur.

Tapıntı Bulqizə mədənində müəyyən dərinliklərdəki qırılma zonalarına çatdıqda təzyiqlə çıxan qazın analizləri nəticəsində qeydə alınıb. Bu da sübut edir ki, təbii hidrogen birbaşa hasil edilə bilər. Alimlər bildirirlər ki, bu sadəcə nəzəriyyə deyil, artıq elmi faktlarla təsdiq olunub.

Lakin prosesin çətinlikləri də var. Hidrogenin geoloji mənşəli olduğu və yenilənməsinin milyonlarla il çəkdiyi üçün bu mənbə bərpa olunan enerji növü sayılmır. Bundan əlavə, dərin yeraltı təbəqələrdə bu qazla qidalanan unikal mikroorqanizmlər yaşaya bilər və hasilat bu ekosistemi məhv edə bilər.

Bundan başqa, 200 ton illik hasilat hələlik qlobal tələbat (ildə 100 milyon ton H₂) ilə müqayisədə çox azdır. Ancaq yataqda ümumi ehtiyatların 200 milyon tona çata biləcəyi istisna edilmir. Əsas diqqət isə həcmdən daha çox geoloji modelin öyrənilməsinə yönəlib, çünki bu, yeraltı hidrogen anbarının ilk dəqiq xəritələşdirilməsidir.

Albaniyada aşkar olunan bu hidrogen yatağı, bəşəriyyət üçün daha təmiz və effektiv enerji mənbələrinin mümkünlüyünü göstərən mühüm bir elmi irəliləyişdir. Bu tapıntı, həm enerji təhlükəsizliyi, həm də planetin dərinliklərində baş verən geoloji proseslərin anlaşılması baxımından böyük əhəmiyyət daşıyır./Qaynarinfo 

Prezident İlham Əliyev Trend BİA və Day.Azın bir qrup əməkdaşını təltif edib like
  • 21 İyl 19:50  
Digərləri Prezident İlham Əliyev Trend BİA və Day.Azın bir qrup əməkdaşını təltif edib

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda mill

arrow Ətraflı
Bakıda gənc motosiklet qəzasında öldü, sürücü ayaqlarını itirdi like
  • 21 İyl 19:40  
Digərləri Bakıda gənc motosiklet qəzasında öldü, sürücü ayaqlarını itirdi

Paytaxtın Səbail rayonu Bibiheybət qəsəbəsində ölümlə nəticələnən

arrow Ətraflı
Azərbaycanda qəribə hadisə  Atasının cinsi qadın kimi qeyd olundu like
  • 21 İyl 19:29  
Digərləri Azərbaycanda qəribə hadisə Atasının cinsi qadın kimi qeyd olundu

Ağcabədi sakini ötən il vəfat edən atasının adına olan həyətyanı sah

arrow Ətraflı
Polşada Avropanın ən böyük neft və qaz yataqlarından biri kəşf edildi like
  • 21 İyl 19:16  
Dünya Polşada Avropanın ən böyük neft və qaz yataqlarından biri kəşf edildi

Polşanın enerji sektorunda dönüş nöqtəsi ola biləcək mühüm kəşf edi

arrow Ətraflı
Süni intellekt "whatsapp" mesajlarımızı oxuya bilər?   Şəxsi məlumatlar təhlükədə like
  • 21 İyl 19:00  
Digərləri Süni intellekt "whatsapp" mesajlarımızı oxuya bilər? Şəxsi məlumatlar təhlükədə

Son günlərdə sosial şəbəkələrdə yayılan xəbərdarlıq mesajları nara

arrow Ətraflı
Hər zaman "uşaq qalmağın" sirri nədir? like
  • 21 İyl 18:45  
Digərləri Hər zaman "uşaq qalmağın" sirri nədir?

"İçimizdəki o saf, sevinən uşağı qoruyub saxlamaq həyatı daha rən

arrow Ətraflı
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması like
  • 21 İyl 18:14  
Digərləri Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması

Türkiyə Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Ermənistan arası

arrow Ətraflı
Baş nazirin birinci müavininin adından saxta məlumatlar yayılıb like
  • 21 İyl 18:06  
Siyasət Baş nazirin birinci müavininin adından saxta məlumatlar yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş naz

arrow Ətraflı
Bu həftə dəhşətli maqnit qasırğaları olacaq  XƏBƏRDARLIQ like
  • 21 İyl 18:00  
Dünya Bu həftə dəhşətli maqnit qasırğaları olacaq XƏBƏRDARLIQ

Bu günlərdə baş verəcək maqnit qasırğaları meteohəssas insanlar üçü

arrow Ətraflı
Hikmət Hacıyevin adından RusiyaAzərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb like
  • 21 İyl 17:54  
Siyasət Hikmət Hacıyevin adından RusiyaAzərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikası Prezidentini

arrow Ətraflı
İlin birinci yarısında neçə nəfərə əmək pensiyası təyin edilib? like
  • 21 İyl 17:47  
Digərləri İlin birinci yarısında neçə nəfərə əmək pensiyası təyin edilib?

2025-ci ilin yanvar-iyun ayları ərzində 33 min nəfərdən çox şəxsə ə

arrow Ətraflı
Alma yeyən əsgəri vuran gizir cəzalandırıldı like
  • 21 İyl 17:38  
Digərləri Alma yeyən əsgəri vuran gizir cəzalandırıldı

Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizirə cəza verilib. Əsgər h�

arrow Ətraflı
Prezident media nümayəndələrini təltif edib like
  • 21 İyl 17:36  
Siyasət Prezident media nümayəndələrini təltif edib

Prezident media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imza

arrow Ətraflı
Yuxulu sürücü qəzaya səbəb oldu  Xəsarət alan var like
  • 21 İyl 17:28  
Digərləri Yuxulu sürücü qəzaya səbəb oldu Xəsarət alan var

Goranboy rayonunun Dəliməmmədli kəndində yol-nəqliyyat hadisəsi baş veri

arrow Ətraflı
Bu küçələrdə də taksiyə minibdüşə bilərsiniz like
  • 21 İyl 17:27  
Digərləri Bu küçələrdə də taksiyə minibdüşə bilərsiniz

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha 3 ünvanda

arrow Ətraflı