Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub


Siyasət 16 İyl 2025 16:18:00 73 0

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Heydər Əliyev Mərkəzində olublar.

Trend xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Oquldjaxan Atabayeva əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə -1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan qonağa bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

"Musiqi alətləri: Birlik və müxtəliflik" sərgisi ilə tanışlıqdan sonra Oquldjaxan Atabayeva "Kukla İncəsənətdə" və Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxış keçirib.

Daha sonra qonaq tanınmış heykəltaraş Andrey Ostaşovun "Qızılgülün sirri", rəssam və heykəltaraş Luiz de Souzanın "Əbədiyyətin ifadəsi" sərgiləri ilə tanış olub.

Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva arasında görüş keçirilib.

Görüşdən sonra Mərkəzin direktoru Anar Ələkbərov qonağa xatirə hədiyyəsi təqdim edib.

Oquldjaxan Atabayeva Mərkəzdən xoş təəssüratla ayrılıb.

Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı like
  • 16 İyl 16:16  
Siyasət Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zə

arrow Ətraflı
Ümidim var idi ki, sağsalamat qayıdacaq...  Nəşi tapılan şəhidin həyat yoldaşı like
  • 16 İyl 16:14  
Digərləri Ümidim var idi ki, sağsalamat qayıdacaq... Nəşi tapılan şəhidin həyat yoldaşı

Üç il idi ailə qurmuşduq. İki qız övladımız vardı. İndiki kimi gözü

arrow Ətraflı
Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ like
  • 16 İyl 15:45  
Digərləri Azərbaycanda mopedlərin iştirakı ilə baş verən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ

Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücül�

arrow Ətraflı
Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi like
  • 16 İyl 15:31  
Digərləri Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı apa

arrow Ətraflı
Əkrəm İmamoğluna hökm oxundu like
  • 16 İyl 15:22  
Digərləri Əkrəm İmamoğluna hökm oxundu

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğluna İ

arrow Ətraflı
Bakıda qadın GÜLLƏLƏNDİ like
  • 16 İyl 15:07  
Digərləri Bakıda qadın GÜLLƏLƏNDİ

Bakıda qadın güllələnib.

arrow Ətraflı
"Əsrin fırtınası" gəlir  Bu ölkəni bürüyəcək like
  • 16 İyl 15:00  
Dünya "Əsrin fırtınası" gəlir Bu ölkəni bürüyəcək

İqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri nəticəsində ABŞ-də

arrow Ətraflı
Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq  Paşinyan like
  • 16 İyl 14:52  
Siyasət Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq Paşinyan

Ermənistan hökuməti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasın

arrow Ətraflı
Bakının bu rayonunda qəzalı binalar SÖKÜLÜR like
  • 16 İyl 14:18  
Digərləri Bakının bu rayonunda qəzalı binalar SÖKÜLÜR

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bit

arrow Ətraflı
General Qulamhüseynin vəfatı təsdiqləndi like
  • 16 İyl 14:16  
Digərləri General Qulamhüseynin vəfatı təsdiqləndi

"Bəsic" təşkilatının və "İmam Əli" qərargahının k

arrow Ətraflı
Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib like
  • 16 İyl 14:12  
Siyasət Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun

arrow Ətraflı
Reper Epi saxlanıldı like
  • 16 İyl 14:01  
Kriminal Reper Epi saxlanıldı

Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

arrow Ətraflı
Bakı rus aparıcılardan imtina etdi  Proqramdan çıxardılar like
  • 16 İyl 14:00  
Şou-biznes Bakı rus aparıcılardan imtina etdi Proqramdan çıxardılar

Bakıda keçirilən beynəlxalq "Dream Fest 2025" musiqi festivalında

arrow Ətraflı