Azərbaycanda bu günlərdə işləməyən şəxslərə maaşları veriləcək İşəgötürənlərin NƏZƏRİNƏ
Digərləri 16 İyl 2025 15:16:00 63 0
Son günlər ölkənin bəzi ərazilərində isti hava şəraiti müşahidə olunur. Bəzi ərazilərdə havanın temperaturu 40 dərəcəyə qədər qalxıb. Milli Hidrometeorologiya Xidməti bəzi ərazilərdə iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti barədə məlumat yayıb və havanın əhali üçün əlverişsiz olduğunu açıqlayıb. Qeyd edilib ki, günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil. Eyni zamanda bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyi də isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib və yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq insanları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb. Həmçinin nəzərə alaq ki, isti hava şəraitində açıq məkanlarda da müxtəlif tikinti, quraşdırma və s. işlər həyata keçirilir. Bu isə orada işləyən şəxslər üçün həyati təhlükəyə səbəb ola bilər.
Bu xəbəri də oxu: General Qulamhüseynin vəfatı təsdiqləndi
Bəs isti hava şəraitində açıq məkanlarda iş yerləri hansı halda fəaliyyət göstərməyə bilər?
Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
Qeyd olunub ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir: "İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin, işəgötürən ilin isti vaxtlarında açıq havada və isti sexlərdə çalışan işçilərin istirahəti üçün otaqlar hazırlamalıdır".
İqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri nəticəsində ABŞ-də

Ermənistan hökuməti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasın

Aparıcı İdris Cəfərov qalmaqallı açıqlamalar verib.

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bit

"Bəsic" təşkilatının və "İmam Əli" qərargahının k

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun

Bakıda keçirilən beynəlxalq "Dream Fest 2025" musiqi festivalında

Rusiyanın Xabarovsk diyarında radarlardan itən Mi-8 tipli helikopter iki gün

Ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqu

Türkiyəli aktrisa Farah Zeyneb Abdullahın açıqlaması marağa səbəb olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

İyulun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmən

İstanbulun Eyüpsultan bölgəsində cəsədi çamadanda tapılan 22 yaşlı ti
