Filarmoniyasının Yay zalında Dövlət Simfonik Orkestrinin 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib FOTO
Kriminal 14 İyl 2025 14:30:00 80 0
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalının səhnəsində aparıcı kollektivimiz olan Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib.Bu əlamətdar günə həsr olunmuş konsert proqramı orkestrin zəngin tarixini, musiqi mədəniyyətimizdəki yerini və müasir dövrdəki uğurlarını əks etdirib.
Bu xəbəri də oxu: Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü
İlk olaraq, bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi və orkestrin müşayiəti ilə Ü.Hacıbəylinin "Koroğlu" operasından Uvertüra konserti açıb. Daha sonra Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadə (piano) A.Məlikovun piano və orkestr üçün konsertindən fraqmentlər ifa edib.M.Adıgözəl-zadənin ifası böyük enerji, qığılcım, virtuozluq ilə dolu idi.
F.Əmirov "Simfonik rəqslər"dən "Şənlik" rəqsinin səslənməsi bu bayram gecəsini daha da rəngarəng edib.
Daha sonra dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə simfonik orkestrin təqdimatında Q.Qarayevin "Alban rapsodiyası" və M.Maqomayevin "Təntənəli marş" əsərləri ifa olundu.Konsert proqramı Niyazinin "Rast" simfonik muğamı (dirijor Fuad İbrahimov) ilə yekunlaşıb. Dinləyicilərin gur alqışları nəticəsində sonda orkestr bis olaraq Niyazi "Vals" ifa etdi. Qeyd edək ki, bu təntənəli bayram gecəsi eyni zamanda sezonun son konserti kimi bütün tədbirlərin yekunu olaraq səsləndi. Sonda orkestrin bədii rəhbər və baş dirijoru, Əməkdar artist Fuad İbrahimov hər bir ifaçının olduqca doğma və peşəkar musiqiçi olduqlarını bir daha vurğulayaraq, kollektivi ürəkdən təbrik etdi və çıxışı SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyliyə ötürdü.F.Bədəlbəyli orkestrin fəaliyyətində xalqımızın milli musiqi irsi ilə dünya musiqimizin vəhdəti, yüksək peşəkarlıq və sənətə sədaqətin əks olunduğunu qeyd etdi. Onların səhnədə yaratdıqları musiqi mənzərəsinin həm dinləyicilərin qəlbinə yol tapdığını, həm də Azərbaycan musiqisinin şöhrətinin dünyaya yayılmasının bariz nümunəsi olduğunu dedi.Orkestrin çoxillik rəhbəri və yaradıcı simaları başda olmaqla bütün kollektivəən səmimi təbriklərini çatdıraraq, gələcək fəaliyyətində uğurlar, yeni zirvələr və daim gur alqışlanan çıxışlar arzuladı.
Bu yubiley təkcə orkestrin deyil, bütövlükdə Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan Azərbaycan musiqisinin zəngin və parlaq yolunun təntənəsidir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə

ABŞ-də yaşayan keçmiş aparıcı Günel Musəvi artıq çəkisi olmasını t

İyulun 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alı

Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini

"Rəngarəng" verilişində gərgin anlar yaşanıb.

Milli Məclisin deputatı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək is

Sabirabadda döyüldüyü deyilən 85 yaşlı qadın xəstəxanada ölüb.

Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin üm

Xüsusi icra məmurları bu Qanunun tələblərinin pozulmasına görə qanunla

"MİDA" yaşayış kompleksində ölüm hadisəsi baş verib.

Xalq artisti Afaq Bəşirqızı diqqət çəkən açıqlamalar verib.
