Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün “KOBların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimat keçirilib FOTO


Digərləri 14 İyl 2025 13:37:00 79 0

Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün “KOBların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimat keçirilib  FOTO

Məqsəd COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü və KOB-ların yaşıl keçidini təşviq edən Bakı İqlim Koalisiyası barədə səfirlikləri məlumatlandırmaq və daha çox ölkənin bəyannaməyə qoşulmasını təşviq etməkdir.

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qlobal müstəvidə KOB-ların yaşıl hərəkatının yaradılması məqsədilə irəli sürülmüş "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"nin təşviqi və daha çox ölkənin bu təşəbbüsə qoşulması üçün məlumatlandırıcı tədbirlər davam etdirilir.

"Bakı KOB evi"ndə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri üçün Bakı İqlim Koalisiyasına dair təqdimat keçirilib. "KOB-lar üçün Bakı İqlim Koalisiyası: yaşıl ideyadan fəaliyyətə" mövzusuna həsr olunmuş tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 60-a yaxın nümayəndəsi iştirak ediblər.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səviyyədə əməkdaşlığın önəmi, 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülən təşəbbüslər və bu tədbirin tarixi nəticələri barədə fikirlərini bölüşüb. Daha çox ölkənin KOB-lara cavabdeh qurumlarının Bakı İqlim Koalisiyasını dəstəkləyəcəyinə əminliyini vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edən bəyannamə ilə bağlı əldə olunan nəticələr, eləcə də sənədin təşviqi istiqamətində KOBİA tərəfindən həyata keçirilən yerli və beynəlxalq fəaliyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, artıq sözügedən bəyannaməyə 20 beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev "KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"nin məqsəd və hədəflərinə, bəyannamədə nəzərdə tutulan tədbirlərə dair təqdimatla çıxış edib. Qeyd olunub ki, bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün institutsional və yumşaq həllər təklif olunur. Yumşaq həllər olaraq bu sahədə KOB subyektlərinin bilik və bacarıqların artırılması məqsədilə təlim, seminar, ən yaxşı təcrübələrin mübadiləsi və s. kimi müəyyən edilib. İnstitutsional olaraq isə bəyannaməyə qoşulan ölkələrdə Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Belə ki, hər bir ölkədə yaradıla biləcək sözügedən mərkəzlərin rolu milli səviyyədə KOB-ların qarşılaşdığı problemlər barədə məlumatların toplanılması, təhlili və qlobal təcrübəni nəzərə alaraq konkret addımların müəyyən edilməsindən, o cümlədən texniki, ekspert və digər dəstəyin təmin edilməsindən ibarət olacaqdır.

Sonra xarici diplomatik korpusun əməkdaşlarının müvafiq sənədlə bağlı sualları cavablandırılıb.

Həmçinin, tədbir iştirakçıları sahibkarlara vahid məkanda "G2B" və "B2B" xidmətlərin göstərildiyi və 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən qabaqcıl innovativ təcrübə kimi qiymətləndirilmiş KOB evi modeli ilə əyani tanışlıq üçün "Bakı KOB evi" ilə tanış olublar.

Bu ərazilərdə kassaların fəaliyyəti dayandırılacaq like
  • 14 İyl 13:27  
Digərləri Bu ərazilərdə kassaların fəaliyyəti dayandırılacaq

Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini

arrow Ətraflı
"5 ilə bəzi ixtisaslar ləğv olunacaq" like
  • 14 İyl 13:17  
Digərləri "5 ilə bəzi ixtisaslar ləğv olunacaq"

Təxminən 5 ilə bəzi ixtisaslar ləğv olunacaq.

arrow Ətraflı
Deputat ailəsi ilə birlikdə Ağdama köçəcək like
  • 14 İyl 13:10  
Digərləri Deputat ailəsi ilə birlikdə Ağdama köçəcək

Milli Məclisin deputatı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək is

arrow Ətraflı
85 yaşlı qadını oğlu döyüb öldürdü like
  • 14 İyl 13:00  
Kriminal 85 yaşlı qadını oğlu döyüb öldürdü

Sabirabadda döyüldüyü deyilən 85 yaşlı qadın xəstəxanada ölüb. 

arrow Ətraflı
Torpaq sahələri ilə bağlı vacib like
  • 14 İyl 12:47  
Digərləri Torpaq sahələri ilə bağlı vacib

Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin üm

arrow Ətraflı
İcra məmurları bu hallarda məsuliyyət daşıyacaqlar like
  • 14 İyl 12:37  
Digərləri İcra məmurları bu hallarda məsuliyyət daşıyacaqlar

Xüsusi icra məmurları bu Qanunun tələblərinin pozulmasına görə qanunla

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 14 İyl 12:36  
Digərləri Sabah hava necə olacaq?

İyulun 15-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Bakıda məşhur yaşayış kompleksində ÖLÜM like
  • 14 İyl 12:27  
Digərləri Bakıda məşhur yaşayış kompleksində ÖLÜM

"MİDA" yaşayış kompleksində ölüm hadisəsi baş verib.

arrow Ətraflı
"Qızlar əncir yarpağında çölə çıxsalar, daha abırlıdır" like
  • 14 İyl 12:15  
Şou-biznes "Qızlar əncir yarpağında çölə çıxsalar, daha abırlıdır"

Xalq artisti Afaq Bəşirqızı diqqət çəkən açıqlamalar verib.

arrow Ətraflı
Unibank 2025ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb like
  • 14 İyl 12:10  
Digərləri Unibank 2025ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb

Unibank 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Ü

arrow Ətraflı
Zibil kimi atırdıq, indi kiloqramı like
  • 14 İyl 12:05  
Digərləri Zibil kimi atırdıq, indi kiloqramı

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidas�

arrow Ətraflı
Şəxsiyyət vəsiqələrinin forması DƏYİŞİR: like
  • 14 İyl 11:58  
Digərləri Şəxsiyyət vəsiqələrinin forması DƏYİŞİR:

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatl

arrow Ətraflı
Rusiyanın xalq artisti vəfat etdi like
  • 14 İyl 11:50  
Şou-biznes Rusiyanın xalq artisti vəfat etdi

Rusiyanın xalq artisti Aleksandr Mitta 92 yaşında vəfat edib

arrow Ətraflı
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır like
  • 14 İyl 11:49  
Siyasət Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır

Dünyanın siyasi xəritəsində geosiyasi plitələr tərpənəndə, bu titrəy

arrow Ətraflı