Kişilər illərlə dözüb heç kimə demirlər ki, ayıbdır – Həkim gerçəkləri açıqladı


Digərləri 12 İyl 2025 21:36:00 81 0

Kişilər illərlə dözüb heç kimə demirlər ki, ayıbdır – Həkim gerçəkləri açıqladı

Cəmiyyət arasında formalaşmış ümumi qənaətə görə, psixi pozuntular daha çox qadınlarda müşahidə olunur. Lakin bir sıra statistik araşdırmalar bu fikri şübhə altına alır və bildirir ki, əslində bu cür pozuntulara kişilər arasında daha çox rast gəlinir.

Bununla belə, bəzi mənbələr bu yanaşmanı qəbul etmir və qadınların depressiya, təşviş pozuntusu kimi problemlərlə daha çox qarşılaşdığını qeyd edir. Bəs bu mövzuda həqiqət haradadır - psixi pozuntular doğrudan da kişilərdəmi daha çox müşahidə olunur, yoxsa qadınlardamı?

Son.az bildirir ki, yeni sabah-a açıqlama verən psixiatr Azad İsazadə məsələ ilə bağlı vacib nüanslara aydınlıq gətirib:

"Əvvəlcə biz öz aramızda terminləri dəqiqləşdirməliyik ki, nəyi nəzərdə tuturuq. Psixoloji pozuntu və psixi pozuntu arasında fərq var. Psixi pozuntu el dilində desək dəlilikdir. Dəlilik çox da cins fərqi olmayaraq, dünya statistikasına əsasən 10-15 faiz insanlarda rast gəlinir.

Bu baxımdan kişi və qadınlar arasında gözəçarpan fərq yoxdur. Sadəcə ölkəmizə nəzərən götürsək, psixiatriyada kişi şöbələrinin sayı daha çoxdur. Biz nəzərə almalıyıq ki, alkoqol və narkotik vasitələrin təsiri altında kişilərdə psixi pozuntular yaranır. Həmçinin, xanımlarda psixi problemlər ortaya çıxanda kişilər bunu özləri həll edir. Ancaq xanımlar bu cəhətdən əlacsız qalırlar deyə onları xəstəxanaya yerləşdirirlər. Eyni zamanda kişilərdə psixi pozuntular zamanı bu özünü qarşı tərəfə şiddət tətbiq edərkən göstərir.

Depressiya, təşviş, həyəcan kimi problemlər psixoloji sıraya aiddir. Bu istiqamətdə isə fərq sadəcə ondadır ki, qadınlar kişilərə nisbətən psixoloqa daha rahat müraciət edə bilirlər. Kişilər bu kimi məsələlərdə əziyyət çəksələr də dözməyi seçirlər".

A.İsazadə qeyd edib ki, Azərbaycanda, ümumilikdə isə post-sovet məkanında kişilər psixoloqa daha az müraciət edirlər:

"Ona görə də statistikada qadınlar çoxluq təşkil edir. Amma reallıqda problemlərə baxanda kişilərin daha ağır formada bunlarla rastlaşdığından əmin ola bilərik. Kişilər illərlə dözürlər, heç kimə demirlər ki, ayıbdır. Adətən belə düşünürlər: mən boyda kişi xeylağı problemi həll edə bilmirəm deyə kiməsə müraciət edirəm. Müraciət etmək fikrinə gələndə isə vəziyyət olduğundan daha ağırlaşır və həll yolları da bir o qədər azalır.

Xanımlar daha emosional olduqları üçün duyğularını tez büruzə verir və içlərində boğmurlar. Hansısa stressli vəziyyətdən sonra ağlamaq insana müsbət təsir edir və rahatlaşdırır. Ağlamaq kişilər arasında ayıb sayılır. Evdə yas düşəndə belə onlar öz gözyaşlarını nümayiş etdirmirlər".

"3035 il prezident olmayacağam, inanın mənə" like
  • 12 İyl 21:24  
Dünya "3035 il prezident olmayacağam, inanın mənə"

Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib ki, ölk

arrow Ətraflı
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib like
  • 12 İyl 21:05  
Siyasət İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə

arrow Ətraflı
İran: Putin bizə nüvə sazişi ilə bağlı nəsə deməyib like
  • 12 İyl 21:00  
Dünya İran: Putin bizə nüvə sazişi ilə bağlı nəsə deməyib

"Putin bizə nüvə sazişi ilə bağlı heç nə deməyib"

arrow Ətraflı
Meteor uçuşu saniyəbəsaniyə belə görüntüləndi  VİDEO like
  • 12 İyl 20:30  
Dünya Meteor uçuşu saniyəbəsaniyə belə görüntüləndi VİDEO

İyulun 11-nə keçən gecə saat 01:54-də (Bakı vaxtı ilə 00:54 - red.) Rus

arrow Ətraflı
"Louis Vuitton"a kiberhücum  Müştəri məlumatları oğurlandı like
  • 12 İyl 20:14  
Dünya "Louis Vuitton"a kiberhücum Müştəri məlumatları oğurlandı

Dünyaca məşhur fransız lüks brendi Louis Vuitton Böyük Britaniyadakı m�

arrow Ətraflı
Bu məlumat saxtadır  RƏSMİ like
  • 12 İyl 20:00  
Digərləri Bu məlumat saxtadır RƏSMİ

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafi�

arrow Ətraflı
Çiyələyi necə saxlayaq ki, dadı qaçmasın? like
  • 12 İyl 19:48  
Digərləri Çiyələyi necə saxlayaq ki, dadı qaçmasın?

Çiyələyin acılaşmaması və uzun müddət təzə qalması üçün saxlama q

arrow Ətraflı
Acunun 22 milyon borcu var like
  • 12 İyl 19:24  
Şou-biznes Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildir

arrow Ətraflı
Məktəblilərə dron uçurmağı öyrədəcəklər like
  • 12 İyl 19:12  
Dünya Məktəblilərə dron uçurmağı öyrədəcəklər

Ukrayna məktəblilərinə dron uçurmağı öyrədəcəklər.

arrow Ətraflı
Dövlət Departamentinin minlərlə əməkdaşı işdən çıxarıldı like
  • 12 İyl 19:00  
Dünya Dövlət Departamentinin minlərlə əməkdaşı işdən çıxarıldı

ABŞ Dövlət Departamentinin 1300-dən çox əməkdaşı ixtisar edilib.

arrow Ətraflı
Hava limanlarını robot çaqallar qoruyacaq  FOTO like
  • 12 İyl 18:36  
Dünya Hava limanlarını robot çaqallar qoruyacaq FOTO

ABŞ Ordusu hərbi hava limanlarında quşlar və digər vəhşi heyvanların ya

arrow Ətraflı
Azərbaycan təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib? like
  • 12 İyl 18:24  
Digərləri Azərbaycan təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarələrin Ermənist

arrow Ətraflı
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb  FOTO like
  • 12 İyl 18:18  
Siyasət Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb FOTO

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın

arrow Ətraflı
Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü like
  • 12 İyl 18:12  
Digərləri Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü

Tehranda dünən baş vermiş partlayışın əsas hədəfinin nə olduğu həl�

arrow Ətraflı