Azərbaycan təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?
Digərləri 12 İyl 2025 18:24:00 77 0
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarələrin Ermənistan üzərindən keçən uçuş marşrutlarında dəyişikliklərin səbəbi texniki və təhlükəsizlik səbəbləri ilə həyata keçirilir.
Bu xəbəri də oxu: Canınızı sevirsinizsə bu 3 qidadan uzaq durun
Son.az axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Mülki Aviasiya Komitəsi bəzi "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarələrin Ermənistan üzərindən keçən uçuş marşrutlarında dəyişikliklərin səbəbini izah edərkən deyib.
Qeyd olunub ki, adətən Bakıdan Naxçıvana və əks istiqamətdə olan mülki reyslər Ermənistanın Vayotsdzor və Geğarkunik vilayətləri üzərindən həyata keçirilsə də, son vaxtlar bəzi uçuşlar Zəngəzur vilayəti üzərindən keçməyə başlayıb.
Komitənin məlumatına görə, marşrut dəyişiklikləri əlverişsiz hava şəraiti, ekipaj müraciətləri, hava məkanında müvəqqəti məhdudiyyətlər və uçuş təhlükəsizliyini təmin etmək məqsədilə görülən tədbirlərlə əlaqədardır.
"Azərbaycanın mülki təyyarələri də bu qaydalardan kənarda deyil. Onların marşrut dəyişikliyinə məhz bu kimi texniki və təhlükəsizlik amilləri səbəb ola bilər", - məlumatda bildirilib.
Ermənistan hava məkanı üzərindən keçirilən belə dəyişikliklər hava hərəkəti xidmətləri və ölkənin hava hücumundan müdafiə strukturları ilə razılaşdırılmış şəkildə həyata keçirilir.
Komitə həmçinin qeyd edib ki, İran hava məkanında dövri olaraq tətbiq olunan məhdudiyyətlər də tranzit uçuş marşrutlarının dəyişməsinə səbəb olub ki, bu da Ermənistan üzərindən uçuşların artmasına yol açıb.
Bütün qərarların yalnız texniki, peşəkar və təhlükəsizlik baxımından qəbul edildiyi vurğulanıb.
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın

Tehranda dünən baş vermiş partlayışın əsas hədəfinin nə olduğu həl�

Ötən il Azərbaycanda hər min nəfərə düşən nikah hallarının ən çox

Fransa Yeni Kaledoniya adlı yeni dövlətin yaradılması haqqında müqavilə

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərar�

Ölkəmizdə işgüzar səfərdə olan Suriya Ərəb Respublikasının keçid d�

Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı ü

Əhməd əl-Şaraa Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə

Ölkdə üzrə ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma s�

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göst�

Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan

Şair Cığatel İsaqızı ona hörmətsizlik edən aparıcıdan danışıb.
