MİDA və Ziraat Bank Azərbaycan arasında əməkdaşlıq başladı!
Digərləri 01 İyl 2025 16:55:00 95 0
Güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslər "Ziraat Bank Azərbaycan" ASC tərəfindən təklif olunan güzəştli ipoteka kreditindən faydalana bilərlər. Bu kreditlər Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış komplekslərindən mənzil əldə etmək istəyən vətəndaşlara İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına təqdim olunur.
Bu xəbəri də oxu: Bu toyda 6.5 milyon pul yığıldı 5 min qonaq... FOTO
Qeyd edək ki, MİDA tərəfindən satışa çıxarılan güzəştli mənzillərin üstünlüyü, qiymətlərinin yerləşdiyi ərazilər üzrə bazar qiymətindən daha aşağı olmasıdır. Eyni zamanda, bu mənzillər vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif olunur. "Ziraat Bank Azərbaycan" ASC və "MİDA" MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində bu mənzillərin əldə edilməsi üçün güzəştli ipoteka krediti 100 000 AZN-dək məbləğdə, 30 ilədək müddətə, illik 4 % və 10%-dən başlayan ilkin ödəniş şərti ilə təklif olunur. MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən (www.e-gov.az ) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
MİDA-nın sərəncamında olan mənzilləri əldə etmək istəyən şəxslər kredit müraciətlərini Ziraat Bank Azərbaycanın Bakı şəhərində yerləşən 7 filialına (Müştəri Xidmətləri Departamenti, İçərişəhər, Əhməd Rəcəbli, Azadlıq, Səməd Vurğun, Babək və Sədərək filialları), Sumqayıt şəhərində yerləşən Sumqayıt filialına və Gəncə şəhərində yerləşən Gəncə filialına ünvanlaya bilərlər. Ziraat Bank Azərbaycanın filialları həftə içi hər gün saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir və müştərilərə yüksək səviyyəli xidmət təqdim edir.
Müştərilər güzəştli ipoteka krediti almaq hüququna malik olan şəxslərin siyahısı və ətraflı şərtlərlə Bankın rəsmi internet səhifəsində tanış ola bilərlər. Link: MİDA İpoteka Krediti | Ziraat Bank
İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə son

Krımda Rusiyaya məxsus 3 helikopter məhv edilib.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yo

2025-ci ilin 1 iyulunda Elon Musk ABŞ-da yeni siyasi partiya yaratmağı planla

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.

"Sputnik Azərbaycan"ın redaktoru İqor Kartavıxın mənzilində axt

Müğənni Mənzurə Musayeva sənətə başladığı ilk addımlarını yada sa

Azərbaycanda tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Şimali

İyunun 26-da Göyçayda "VAZ-2107" markalı avtomobillə motosikle

Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərdə yaranan gərginlik f

Nijni Novqorod vilayətində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 ti

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müdd

Sosial şəbəkədə Bakıda qeydə alınan yol qəzası videosu yayılıb.
