Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar müəyyən edildi


Siyasət 01 İyl 2025 16:23:00 84 0

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar müəyyən edildi

Azərbaycanda tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar müəyyən edilib.

Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Belə ki, sənədə əsasən, qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib like
  • 01 İyl 16:21  
Siyasət Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Şimali

arrow Ətraflı
Faciəvi şəkildə ölən dönərçi Kamilin qızı ilə VİDEOsu like
  • 01 İyl 16:15  
Digərləri Faciəvi şəkildə ölən dönərçi Kamilin qızı ilə VİDEOsu

İyunun 26-da Göyçayda "VAZ-2107" markalı avtomobillə motosikle

arrow Ətraflı
Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır  Gərginlik artır like
  • 01 İyl 16:10  
Digərləri Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır Gərginlik artır

Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərdə yaranan gərginlik f

arrow Ətraflı
Rusiyada hərbi təyyarə qəzaya uğradı like
  • 01 İyl 16:03  
Digərləri Rusiyada hərbi təyyarə qəzaya uğradı

Nijni Novqorod vilayətində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 ti

arrow Ətraflı
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər  RƏSMİ like
  • 01 İyl 15:50  
Digərləri Bu şəxslər Azərbaycanı tərk etməlidirlər RƏSMİ

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müdd

arrow Ətraflı
Bakıda zəncirvari QƏZA: 5 maşın birbirnə çırpıldı like
  • 01 İyl 15:43  
Digərləri Bakıda zəncirvari QƏZA: 5 maşın birbirnə çırpıldı

Sosial şəbəkədə Bakıda qeydə alınan yol qəzası videosu yayılıb.

arrow Ətraflı
DİN Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstəni saxladı like
  • 01 İyl 15:40  
Digərləri DİN Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstəni saxladı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzit

arrow Ətraflı
Bu rayonun bir hissəsində qaz olmayacaq like
  • 01 İyl 15:35  
Digərləri Bu rayonun bir hissəsində qaz olmayacaq

Sabah Salyan rayonunun bir kəndinin qaz təchizatı dayandırılcaq.

arrow Ətraflı
Rusiyaya giriş çətinləşir  Yeni mürəkkəb prosedur qüvvəyə mindi like
  • 01 İyl 15:32  
Digərləri Rusiyaya giriş çətinləşir Yeni mürəkkəb prosedur qüvvəyə mindi

Artıq Rusiyaya səfər etmək elə də asan məsələ deyil.

arrow Ətraflı
Azərbaycan Dövlət Simfonik Orkestrinin artistlərinin konserti keçirilib – like
  • 01 İyl 15:21  
Kriminal Azərbaycan Dövlət Simfonik Orkestrinin artistlərinin konserti keçirilib –

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Kadırovun 17 yaşlı oğlu toyuna nadir “Mercedes”lə gəldi: "Steçkin"dən atəş açdı like
  • 01 İyl 15:15  
Dünya Kadırovun 17 yaşlı oğlu toyuna nadir “Mercedes”lə gəldi: "Steçkin"dən atəş açdı

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov iyunun 2

arrow Ətraflı
Tanınmış aktyor saxlanıldı like
  • 01 İyl 15:10  
Şou-biznes Tanınmış aktyor saxlanıldı

Aktyor Yücel Erten İzmir Böyükşəhər Bələdiyyəsinin keçirdiyi əməliy

arrow Ətraflı
Üç qurum partlayış baş verən kinostudiya ilə bağlı məlumat yaydı like
  • 01 İyl 14:54  
Digərləri Üç qurum partlayış baş verən kinostudiya ilə bağlı məlumat yaydı

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerlə�

arrow Ətraflı
Azər Zahid ev dustaqlığına buraxıldı like
  • 01 İyl 14:47  
Şou-biznes Azər Zahid ev dustaqlığına buraxıldı

"Həbsdə olan aparıcı Azər Zahid ev dustaqlığına buraxılıb".

arrow Ətraflı